Skip to content
22 Mayıs 2025
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

Sosyal medya hesaplarımız

  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Primary Menu
  • HABERLER
    • Akademik Makaleler
    • Arapça
    • Azerbaycan
    • Basın
    • Dünya
    • Editörden
    • İngilizce
    • Kitap
    • Kültür – Sanat
    • Türkiye
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim
  • Home
  • Azerbaycan
  • Press-reliz  
  • Azerbaycan

Press-reliz  

Kerkük Gazetesi 11 Nisan 2024
35

Azərbaycan Respublikasının Mədəniyyət Nazriliyi və “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə 2024-cü il aprel ayının 8-i saat 19:00-da M.Maqomayev adına Azərbaycan  Dövlət Akademik Filarmoniyasının səhnəsində bəstəkar Bəhram Nəsibovun yaradıcılığına həsr olunmuş konsert keçirilib.

Bəhram Nəsibovun ilk bəstələdiyi “Qarabağ” mahnısını bu gün Azərbaycanın ən məşhur nəğmələrindən biridir və demək olar II Qarabağ müharibəsinin himninə çevrilərək, müzəffər ordumuzu qələbələrə ruhlandırıb və Qarabağ zəfərində rolu olub. 1965-ci ildə “Arşın mal alan” bədii filmində toy səhnəsində tar ifaçısı kimi epizodik rola çəkilib. Xanəndəmiz Xan Şuşinskinin Filarmoniyadakı studiyasında, sonralar Əhmədxan Bakıxanovun ansamblında tarzən kimi fəaliyyətə başlayıb. 1968-ci il Hindistanda keçirilən Azərbaycan Mədəniyyəti ongünlüyündə mahnıları səsləndirilib. 1975 – 1993-cü illər Bakı şəhər İcraiyə Komitəsi Mədəniyyət Şöbəsinin “Musiqi Orkestrləri Bürosu”nun tabeliyində fəaliyyət göstərərkən “Şahnaz” instrumental ansamblını yaradaraq çıxışlar edib, 2 dəfə fəxri fərman alıb. 1970 – 1980-ci illərdə müəllifi olduğu bir çox “bəhri-təvil”ləri, novellalları Azərbaycan televiziyası ilə məşhur gülüş ustalarımızın ifalarında yayımlanıb. 1982-ci il “Ovda” adlı bəhri-təvili “Kirpi” satirik jurnalının mükafatına layiq görülüb. 1987-ci ildə Suraxanı rayonunun Zığ qəsəbə klubunun dram dərnəyində Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasına rejissor kimi quruluş verib. 1989-cu il Rəhbəri olduğu “Şahnaz” ansamblı ilə Bolqarıstanda konsert səfərində olub. 1990-cı il “Respublika Aşıqlar Birliyi”nə üzv seçilib. 1991-ci ildə, vətənin dar günündə bədii rəhbəri olduğu “Şahnaz” ansamblının adını dəyişərək “Vətən” adlandırıb və cəbhə bölgələrində çıxışlar edib. 1991-ci il Ankarada keçirilən “Azərbaycan günləri” festivalında solist kimi iştirak eib. 1993-cü il Azərbaycanı yox olmaq təhlükəsindən qurtaran xilaskar, Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından fərəhlənərək, bu dahi şəxsiyyətin şərəfinə şeirlər, mahnılar bəstələyib. Bu xilaskar qayıdışı alqışlayan ilk sənət adamlarından olub. 1993-cü ildə beyninə qan sızıb. 1994-ci ildə haqqında ilk dəfə “Ömrün izləri” adlı film çəkilib. 1998-ci il uzun sürən xəstəlikdən sonra vəfat edib. Müxtəlif illərdə xatirə gecələri təşkil edilib. 1998-ci ildə “Səbuhi” səsyazma studiyasında Rəmiş və Bəhram Nəsibovun gitarada ifa etdikləri melodiyalardan ibarət “İnstrumental” adlı audio-kasset buraxılıb. 2000-ci il Naxçıvan Universitetinin “Ünsiyyət” nəşriyyatında pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqovun “Nəğməli-sözlü Bəhram” adlı kitabı nəşr olunub. Kitaba daxil edilən mahnıları ilə yanaşı lirikası, hekayələri, səhnəcikləri, novellaları, parodiyaları, karikatura mövzuları, bəhri-təvilləri bu gün də xalqımız tərəfindən böyük məhəbbətlə və rəğbətlə qarşılanır. 2009-cu il “TRT” kanalının ərsəyə gətirdiyi “Türk dünyasında savaşların müzikteki izleri” adlı albom-diskinə Üzeyir Hacıbəylinin və Bəhram Nəsibovun mahnıları daxil edilib. 2018-ci il “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyi (qeydiyyatdan keçib) təsis edilib və bu günə qədər Azərbaycançılıq məfkurəsinə xidmət edən layihələr icra edir.

Bəstəkar Azərbaycana aid olan bayramlara, əlamətdar hadisələrə yaradıcılığında geniş yer ayırıb. Toxunmadığı sahə, mövzu demək olar ki yoxdu. Məktəblilər üçün tərbiyəvi səciyyə daşıyan mahnı və şeirlər, vətənə, təbiətimizə, bayrağımıza, təhsilimizə, ziyalılarımıza və müəllimlərimizə, jurnalistlərimizə, kosmonavtikaya, dilimizə, dinimizə, həkimlərimizə, qardaş Türkiyəyə və qurucusu Atatürkə, Turançılıq mövzusuna, bu gün Türk dünyasında aktual mövzuya çevrilmiş Zəngəzur mahalına, Ulu Öndərin təməlini qoyduğu Ümid körpüsünə, 30 ildən sonra bayrağımızın dalğalandığı Xankəndinə, musiqi və muğamımıza, ekologiyamıza, klassik dünya şairlərinin sözlərinə, xarici ölkələrdə yaşayan həmyerlilərimizə, uşaqlarımıza, gənclərimizə, zəhmətkeşlərimizə, 20 Yanvar və Xocalı faciəsinə, Cənub həsrətinə, Qadınlar bayramına, Xalqlar dostluğuna, Neftçilərimizə, Novruz və Yeni il bayramlarına, zəhmətkeşlərimizə, saf sevgiyə, bütün iqtisadi rayon və əzəli ərazilərimizə, şəxs adlarımıza, məzəli duetlərlə toy-düyünlərə, idman sahəsinə, işğal olunan bölgələrə, əsgərlərimizi döyüşə ruhlandıran əsərlər, eləcə də Qarabağ zəfərinin memarı olacaq şəxsə mahnı və marşlar yazıb. Bəhram Nəsibovun bəstəkarlıq, ifaçılıq, şairliyi haqqında bu sahələrin hər birində öz sözünü demiş dahi şəxsiyətlərimiz dəyərli fikirlər söyləyib. Xalqımızın sevimli sənətkarı Bəhram Nəsibovun yaradıcılığına ölümündən sonra da dövlətimiz tərəfindən diqqət göstərilib. Onun yaradıcılığına həsr olunmuş xatirə gecələri keçirilib, müxtəlif televiziya kanallarında verilişlər təşkil olunub. Bu diqqət və qayğıya görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, M.Maqomayev adına Azərbaycan  Dövlət Akademik Filarmoniyasının rəhbərliyi və kollektivi, Azərbaycan Televiziyasının rəhbərliyinə ailəsi və bütün sənətsevərlər təşəkkür edir.

Konsertdə Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının İnstrumental heyətinin (bədii rəhbər və baş dirijor: Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayev; musiqi rəhbəri Mahir Ordubadi). və solistlər – Azərbaycan Respublikasının Əməkdar artistləri Nuriyyə Hüseynova, Almaz Orucova, Sevinc Sarıyeva və Ehtiram Hüseynov, Respublika və beynəlxalq müsabiqələr laureatı Vəfa Vəzirova, Fərhad Allahverdiyev, Rəvanə Qurbanova, Hüseyn Məlikov, Ümidvar İsmayılov, Günay İmamverdiyeva, Murad Laçınlı, Ayşən Eminli, Kamran Şəkərovun ifasında “Güləndən sonra”, “Naçar gedər”, “Sən də həmdəm, mən də həmdəm”, “Ay gecikən məhəbbətim”, “Xatırla məni”, “Elə bəndəm”, bəstəkarın öz sözlərinə bəstələmiş olduğu “Var gülüşündə”. “Qal sənə qurban”, “Eşqimin baharı”, “Deyin hardadır”, “Ay dəli ceyran”, “Gözlərin”, “Səni qəmli görəndə”, “Qarabağ” mahnıları səslənib.

 

Paylaş:

Continue Reading

Previous: Mutlu Bayramlar
Next: Aramızdan Ayrılan, Anılarımızdan Ayrılmayan Değerli Dayım Ata Tezibaşı’na

Related Stories

492ae289-3ea0-43b9-a95e-e759e08df583
  • Azerbaycan

Iğdır Üniversitesi Uluslararası İlişkiler Topluluğu Nahçıvan’da!

Kerkük Gazetesi 20 Mayıs 2025
AHMET AĞAOĞLU
  • Azerbaycan

Türk fikir hayatının öncülerinden Ahmet Ağaoğlu

Kerkük Gazetesi 19 Mayıs 2025
file (1)
  • Akademik Makaleler

«Yenı Bir Ritim»: Xosrov Barışanın Şeirinə Postmodern Yanaşma

Kerkük Gazetesi 14 Mayıs 2025

Güncel Haberler

Iğdır Üniversitesi Uluslararası İlişkiler Topluluğu Nahçıvan’da! 492ae289-3ea0-43b9-a95e-e759e08df583 1

Iğdır Üniversitesi Uluslararası İlişkiler Topluluğu Nahçıvan’da!

20 Mayıs 2025
Kerküklü Kadın Şair Kadriye Ziya’nın yeni şiir kitabı tanıtıldı 475754394_8916679588430987_6032810612883149677_n 2

Kerküklü Kadın Şair Kadriye Ziya’nın yeni şiir kitabı tanıtıldı

20 Mayıs 2025
Kul Hummat’in Sufi Bahçelerinde Bir Gül .jpg 3

Kul Hummat’in Sufi Bahçelerinde Bir Gül

20 Mayıs 2025
Türk fikir hayatının öncülerinden Ahmet Ağaoğlu AHMET AĞAOĞLU 4

Türk fikir hayatının öncülerinden Ahmet Ağaoğlu

19 Mayıs 2025
Gülhan Gürbüz’den Pazar’dan Pazara Şiir ” Ey Gönül” gülhan gürbüz 19 mayıs 5

Gülhan Gürbüz’den Pazar’dan Pazara Şiir ” Ey Gönül”

18 Mayıs 2025

Editörden

178386911_1925588547591950_2559509787806110237_n
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Haberler
  • Türkmeneli
  • Yazarlar

Irak Türkmen Cephesi 26 Yaşında

24 Nisan 2021
ALTUNKÖPRÜ ŞEHİTLERİ (1)
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Türkmeneli
  • Yazarlar

30. Yılında Kerkük’te Altunköprü Katliamı

28 Mart 2021
120594794_3362293387141128_9047910336164904962_n
  • Azerbaycan
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Türk Dünyası
  • Yazarlar

Karabağ Bizimdir. Karabağ Azerbaycan’dır

18 Ekim 2020

Videolar

eed5bfac-185e-4361-a144-ea9eb702ee9d
  • Azerbaycan
  • Basın
  • Haberler
  • Türk Dünyası
  • Türkmen Edebiyatı
  • Video
  • Videolar

Kerkük’ün Milli Yazarı Ata Terzibaşı’nın Hayatı Filim Oldu

26 Aralık 2024
demirel
  • Haberler
  • Türk Dünyası
  • Türkiye
  • Türkmeneli
  • Videolar

20 önce Süleyman Demirel Irak Türkmen Öğretmenlerini kabul etmişti

23 Aralık 2020
indir
  • Basın
  • Haberler
  • Türkmen Basını
  • Türkmeneli
  • Videolar

Kerkük Gazetesi’nin YouTube kanalı açıldı

16 Kasım 2020

Foto Galeri

DSCI8493
  • Basın
  • Foto Galeri
  • Haberler

Türkmeneli TV’nin eski Teknik Müdürü Sacit Baydar Vefat etti

17 Ekim 2020
M ZİYA1
  • Foto Galeri
  • Kitap
  • Kütüphane

Mustafa Ziya’nin Küçük Not Defterinden Şiirler kitabı çıktı

20 Ocak 2020
1828866_620x410
  • Foto Galeri

ABD’li komutandan Münbiç’e ziyaret!

8 Şubat 2018
Facebook
kerkuk_turkuleri
Youtube

AMACIMIZ

Irak’taki Türkmenlerin gerçek anlamda varlıklarını, birlik ve beraberliklerini sağlamak; gazete yoluyla da sıkıntılarını, kültürlerini ve varlıklarını dünyaya tanıtmak ve Türk dünyası arasında bir köprü oluşturmaktır.

Bizi Takip Edin

Facebook Twitter Youtube Instagram
Menu
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim

  • HABERLER
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Copyright © All rights reserved. | MoreNews by AF themes.