PAYIZ
KİRMAN RÜSTƏMLİ
Ələndi saçıma ömrün payızı
Nə qədər soyuqmuş dövrün payızı,
Bax budur,qrübda görün payızı,
Xəzəl tək uçuşub mən də gedirəm,
Bir ömür yaşadım,bəndə gedirəm.
Nə çoxmuş həyatda başa gələnlər,
Ömrünü bitirib yaşa gələnlər,
Alın yazısı tək qaşa gələnlər,
Dönübdür payızın xəzan rənginə,
Təbiət payızı alıb ənginə.
Külək sovuranda uçuşur yarpaq,
Qurusa ovulur , tez düşür yarpaq.
Payızın sonunda sovuşur yarpaq,
Demək ki,bu fəslin payızı gəlmiş,
Payız öz başına külün ələmiş
Başlayır millətİn toyu ,düyünü,
Mağarı bürüyüb xanəndə ünü.
Qızlar gəlin gedir bir payız günü,
Xınalı saçlarda bərq vurur payız,
Torpaqda xəzəldən taxt qurur payız.
***
