8 Noyabr – Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günüdür. 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan bu qələbə xalqımızın 30 illik həsrətinə son qoydu, ədaləti və tarixi torpaqlarımızın bütövlüyünü bərpa etdi.
Bu şanlı Zəfər Azərbaycan Ordusunun gücünün, xalqımızın dəmir yumruq kimi birləşməsinin və Ali Baş Komandanın qətiyyətli rəhbərliyinin təntənəsidir. Həmin gün mədəniyyət beşiyimiz, Qarabağın tacı olan Şuşanın azad edilməsi müharibənin taleyini həll etdi və düşməni kapitulyasiyaya məcbur etdi.
Bayramınız mübarək olsun, bu Şanlı günlərin şahidi yazarlar, şairlər. Qələminiz tükənməsim..
ŞUŞA
İçində hayqırtın, səssiz qalmışdın,
Həsrətə sarılıb bizsiz qalmışdın,
Əsir yaşayırdın, susuz qalmışdın,
Mən əsgər andımı içdim səninçün.
Sən azad olmalı, hürr olmalıydın,
Bir gecə içində sirr olmalıydın.
Qara sevdamıza yar olmalıydın,
Yar bağrım başını, açdım səninçün.
Sıldırım qayandan od ələdilər,
Qoynunu tənimə yurd elədilər,
Ayağın altına cənnət dedilər,
Mən ayağı yalın qaçdım səninçün.
Dan yeri sökülür yaralı yerdən,
Götür şəhid olmuş balanı yerdən!
Keçilməz yollardan, dolama yerdən,
Yol tapıb canımdan keçdim səninçün,
Yol bulub canımdan keçdim səninçün.
Hayat Shami
