Ekber Qoşalı’dan “Göy Üzüne” şiiri

Göy Üzüne

Ekber Qoşalı

Göy üzünə ulduz səp,

Naxış olsun, İlahi.

Arxamca bir cam su səp,

Yağış olsun, İlahi…

**

“Qaranlıqlar yarılsın”,

Nə sorğun var sorulsun;

Axırımız durulsun,

Alxış olsun, İlahi.

**

Xatirəmi ağ saxla,

Gözlərimi sağ saxla,

Qoy keçmişdən sabaha

Baxış olsun, İlahi.

**