Azerbaycanlı Usta Edebiyatçı Teymur Kerimli’den “Marionetler” şiiri

MARİONETLƏR

Teymur Kerimli

Atılıb-düşürük çingənə kimi,
Tanrı ipimizi kəsənə kimi.
Dünya ha çalışdı, qoparammadı –
Yapışdıq dünyaya bir gənə kimi.
Deyirəm, şeytana bac veririk biz,
Şeytanın şəriylə itənə kimi.
Yerdə şər toxumu əkdik bir zaman,
Suladıq, becərdik bitənə kimi.
Tiryək olmasa da, dünya həvəsi
Dolur beynimizə çətənə kimi.
Görsək bir acizi, əsib-coşuruq,
Ondan əl çəkmirik didənə kimi.
Teymur, məraq etmə, dünyanı boş ver:
Kimi nə etməyə, edə nə kimi…
22. 01. 2024