Skip to content
11 Şubat 2026
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

Sosyal medya hesaplarımız

  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Primary Menu
  • HABERLER
    • Akademik Makaleler
    • Arapça
    • Azerbaycan
    • Basın
    • Dünya
    • Editörden
    • İngilizce
    • Kitap
    • Kültür – Sanat
    • Türkiye
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Genel Tanıtım
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim
  • Home
  • Yazarlar
  • QARDAŞIM QIZINA DEMƏK İSTƏDİKLƏRİM
  • Azerbaycan
  • Prof. Dr. Gazanfer Paşayev
  • Yazarlar

QARDAŞIM QIZINA DEMƏK İSTƏDİKLƏRİM

Prof. Dr. Gazanfer Paşayev 7 Mart 2025
59799789_2385966004800664_8317359212728418304_n

QARDAŞIM QIZINA DEMƏK İSTƏDİKLƏRİM

Gazenfer Paşayev

Şöhrətin sevincini bol-bol yaşadın, yaşın kədərini yaşamaq isə sənə qismət olmadı. Gödək oldu ömrün sənin. Səni çox tez itirdik. Nəyinsə itməsi, yoxa çıxması adamı min bir xəyala salır, pərişan edir. Lakin insan itkisi həyatda ən ağır, əvəzolunmaz itkidir. Sənin itkin qəlbimizi göynətdi, sağalmaz yaraya döndü. Təsəllini onda tapırıq ki, sən Allahın sevimli bəndələrindən idin. Yaradan sənə müdriklik, analitik təfəkkür, kəskin ağıl, zəka, fitri istedad, natiqlik, rəhbərlik etmək bacarığı, tükənməz enerji bəxş etmişdi.

Sən yaradanın əta etdiklərindən qədərincə bəhrələnərək bir ömrə sığmayan böyük işlər görə bildin. Nəticədə təkcə nəslimizin, xalqımızın deyil, bütün türk dünyasının sevimli övladına çevrildin.

Sən Qərb aləminin şərqli qadınlar haqqında formalaşan imicini öz fəaliyyətinlə alt-üst etdin.

Sən cəhalətdən, xurafatdan, mövhumatdan uzaq inamlı, imanlı Azərbaycan qadını idin. Bəzi dövlət adamlarından, ictimai xadimlərdən fərqli olaraq Həcc ziyarətinə getdin. Bu baxımdan da bir çox qadınlara nümunə oldun. Az yaşadın, lakin qəlbi inamla, imanla döyünən mənalı və örnək ömür yaşadın.

Zəhmətdən çəkinmədin. İstirahət nədi bilmədin. Özün haqqında düşünmədin. Ömrünü xalqımıza, insanlara həsr etdin. Fenomenal ağlın, fitri istedadın sayəsində Tibb Universitetini, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdin, tanınmış jurnalist kimi yetişdin. Namizədlik və doktorluq dissertasiyaları yazdın, professor oldun. Yazıçı və şair kimi ad-san qazandın. İctimai xadim kimi təkcə vətənimizdə deyil, bütün türk dünyasında tanındın. 2005-ci ildən millət vəkili idin. Sonuncu seçkilərdən sonra Parlamentin Mədəniyyət Komitəsinin sədri seçildin. Bu, sənə göstərilən böyük etimad idi. Sən bu etimadı doğrulda bildin, çünki Ulu öndər Heydər Əliyevin məktəbini keçmişdin.

Bütün bunlara qırx səkkiz illik ömür payında nail olmuşdun. Çünki tükənməz enerji daşıyıcısı idin. Bu enerji xalqımıza, türk dünyasına məhəbbətdən qaynaqlanırdı. O qədər şöhrətləndin, xalqın sevimlisinə çevrildin ki, səni nəzər kəsdi.

Altmışa qədər kitabım çıxıb, Əməkdar elm xadimi fəxri ada layiq görülmüşəm. Bununla belə, son illərdə məclislərdə eşidirdim: “Qənirə Paşayevanın əmisidir”. Sevinirdim, fəxr edirdim. Sən getməyinlə mənim bu sevincimi də apardın. Hərdən deyərdin: “Əmi, özünə fikir ver. Sən nəslimizin ağsaqqalısan, heç kim ağsaqqalsız olmasın”.

Bu gün də kiçik qardaşım, sənin sevimli atan Ələsgər müəllimin sözləri yadımdan çıxmır. Ölümqabağı dedi: “Qardaş, Ləman qızına diqqəti artır, Qənirəyə qayğı göstər”. Qardaşımın sözlərini vəsiyyət kimi qəbul etdim. Sən ilk dəfə Milli Məclisə millət vəkili seçiləcəkdin. Sənə qayğım nə ola bilərdi. Çox fikirləşdim. Tovuzun bütün adlı-sanlı, görkəmli alimləri akademik Bəhram Əsgərov, professorlar Müseyib Müseyibov, Dəmir Qəmbərov, Cəfər Quluzadə, Rauf Ağayevin iştirakı və akademik Vasim Məmmədəliyevin xeyir-duası ilə film çəkdirdim. Hamı sənin məziyyətlərindən, iş qabiliyyətindən, xeyirxahlığından, millət vəkili olmağa artıqlaması ilə layiq olduğundan söz açdı. Təbii ki, mən sənin mənəvi keyfiyyətlərindən  danışdım. Film Tovuz televiziya kanalında axşamlar göstərildi və hadisəyə çevrildi.

Həyat keşməkeşli və bəzən amansızdı. İndi o böyük insanların hamısı sənin kimi haqq dünyasındadır. O vaxtdan sonra çox bulanıq sular axdı, duruldu. Sən cismani cəhətdən bizdən ayrılsan da, hər gün bizimləsən.

Əzizim, sən dünyanı dəyişəndən sonra, nə qədər ağır olsa da anan, bacın, qardaşların ağlasığmaz ləyaqət göstərdilər. Qəbrinin üstündə qeyri-adi abidə düzəldildi. Baş daşında sənin şeirin həkk edildi.

Xalça Muzeyində bir həftə davam edən “Qənirə Paşayevaya ithaf” adlı bədii sərgi baş tutdu. Təntənəli açılış mərasimində Parlamentdə sənin yerinə seçilən Polad Bülbüloğlu, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, akademik Nizami Cəfərov, Kəmalə və mən çıxış etdik. Bədii sərginin materiallarından ibarət 148 səhifəlik möhtəşəm rəngli kitab buraxıldı. Kitabı vərəqlədikcə fikir adamı xəyalən sənli günlərə aparır. Bu bədii əsərdə Fərhad Xəlilov, Arif Hüseynov, Fazil Mustafa, Etibar Babayev, Kəmalə və mənim yazılarımız  çap olundu. Kəmalənin “Mənəvi ölümsüzlük” və mənim “Qənirə xanım həsəd aparılacaq, qürur duyulacaq bir ömür yaşadı” məqalələrimizdə sənin çoxşaxəli yaradıcılığına və şəxsiyyətinə hər yöndən işıq tutulur.

Mart ayının 1-6-sı arası (2025) sənə həsr olunmuş qadınlararası Beynəlxalq Şahmat Turniri keçirilir. Açılış yığıncağında görkəmli qələm sahibləri, ziyalılar iştirak ediridlər. Dostun Rəşad Məcid sənin haqqında candan gələn ürək sözlərini açıqladı. İndi Rəşad Məcid Mətbuat Şurasının sədridir. Böyük hörmət qazanıb.

Əziz anan Tehran müəllimə çıxış edərək təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirdi.

Tovuz Xeyriyyə Cəmiyyəti və “Tovuz qəzeti”nin xüsusi buraxılışı sənə həsr olunub. Mənə dünyanın hər tərəfindən sənə həsr olunmuş məqalələr, dərgilərdə yazılar gəlir. Balkanların “Türkcəm” dərgisinin (274-cü sayında, sentyabr 2023-cü il) arxa qapağı sənin portretin və “Ana” şeirin yer alır. İraq türkmanlarının İstanbulda çıxan “Qardaşlıq” dərgisində (oktyabr, dekabr, 2019-cu il, səh.8-9) “Vətən qoxusu və Qənirə Paşayeva” adlı mənalı məqalə çap olunub.

Kərkükdə çıxan “Türkmaneli” dərgisinin üz qabığında sənin çox gözəl portretin (sentyabr, 2023) verilib. Dərginin 1-ci səhifəsində İraq Türkman Cəbhəsinin “Qənirə Paşayeva haqqa qovuşdu” vida məqaləsi və İraq Parlamentinin İraq türkman millət vəkillərinin Azərbaycan səfirliyinə gələrək başsağlığı vermələri barədə yazı verilib. “Bursa Türk Ocağı”nın qəzeti (sentyabr, sayı 158, 2023-cü il) 1-ci səhifəsində sənin portretin və haqqında maraqlı yazı vermişdir.

Qənirə xanım, səni axıska türkləri sonsuzluğa qədər çox istəyirmiş. Onların “Türk Birliyi” dərgisinin 96 səhifədən ibarət sentyabr-dekabr 2023-cü il sayı bütövlükdə sənə həsr olunub. Üz qabığında ən gözəl, məna dolu portretin və altında “Bu dünyadan bir Qənirə Paşayeva keçdi” cümləsi verilib. İkinci səhifədə “Prezident Qənirə Paşayevanın şeirini oxudu” yazılıb və Ərdoğanla şəklin verilib. Sonrakı səhifədə “Mən ana olmadım” şeirin verilib. Sonra orqanlarını bağışlamağından və “Bu, mənim dünyaya son faydam olar” sözlərin yazılıb. Sonrakı səhifədə Azərbaycan Prezidenti İlham Əliyevin Portreti və  Vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla sənin haqqında dövlət rəhbərlərinin nekroloqu çap olunub.

96 səhifənin hər birində portretin və haqqında yazılar verilib. Məqalələrdən bəzisinin adını çəkməklə kifayətlənirəm: “Qənirə Paşayevaya vida”, “Həkimlər Qənirənin diaqnoz kağızlarını yox, şeirlərini oxumalı idi”, “Qənirə xanıma dedim ki, evlən, övladın olsun, dedi ki, bacı, Allah məni  ailə, ev üçün yaratmayıb”, “Paşayeva özünü qurban demişdi o gün”, “Qiymətli qardaşım, keşkə Vəqfdəki Xocalı anma günündə mənə “Xocalını alaq, Allah həmin gün mənim canımı alsın” – deyibsənmiş.

Özünü Xocalıya qurban deyibsənmiş. Xocalı alınandan çox keçmədi, dünyanı dəyişdin.

Qənirə xanım, haqqında qəzetlərdə çoxsaylı məqalələr çap olundu. Kərküklü qardaşın, ürək dostun Dr.Şəmsəddin Küzəçi “Kərkükün mənəvi qızı” adlı sənə layiq məqalə yazdı.

Sən dost seçərkən necə də müdrik olubsanmış. Şəmsəddin Küzəçi sən dünyanı dəyişəndə də, qırxında da, ilində də uzaq yoldan bağsağlığı verməyə gəldi.

Məleykə Mirzəlinin “Unutmaq olmur” adlı içdən gələn məqaləsi də mənə dərin təsir etdi.

Səndən sonra çox kövrək olmuşam. Tehran müəllimə, Hüseyn və Aslan bizə gələndə, eləcə də sənə həsr  olunmuş yığıncaqlarda göz yaşımı saxlaya bilmirəm.

Tovuzlu şair Dilqəm Təmraz  sənə çox təsirli, kiçik həcmli “Heykələ döndün” adlı poema həsr etmişdir.

Ruhun şad olsun! Poemadan sonuncu bəndi təqdim edirəm.

Vətənə xoş gələn bahar qızıydın,

Qəfil əcəl gəldi şam kimi söndün.

Qoşulub getsən də sən mələklərə

Qızım, qəlbimizdə heykələ döndün.

Qənirə xanım, heç vaxt unudulmursan. Şəhla Aslan sənin haqqında kitab hazırlayıb (Ankara, 2024, 161 səh.). Kitabın üz qabığında “Bu kitap, Ganire Paşayevanın aziz ruhuna ithaf olunur” yazılıb.

Kitabda mənim “48 il qürurla yaşanan bir ömür” məqaləmlə bərabər Ankara Universitetinin rektoru, Prof.Dr.Necdet Ünüvar, Türkiyənin Azərbaycandakı əski böyükelçisi Hulusi Kılıç, Türk ədəbiyyatı Vakfı Yönətim Kurulu Başqanı Serhat Kabaklı, Dr.Şəmsəddin Küzəçi, Arzuman Azaflı və bir çox başqa qənirəsevənlərin maraqlı yazıları çap olunmuşdur.

Zaman keçdikcə Türk Dünyasında necə böyük hörmət sahibi olduğunu indi daha dərindən dərk edirik. Türk aləmindən Azərbaycana rəsmi və qeyri-rəsmi nümayəndə heyətləri gələndə Fəxri Xiyabanda səni ziyarət edirlər.

Əzizim, burada yazıma son verərkən əziz qardaşım, sənin sevimli atan Ələsgər müəllim göz önünə gəlir. Ədəbiyyat müəllimi idi. Poeziyamızı candan sevirdi. Sənə ədəbiyyatı o aşılamışdı.

Arzusu ilə dünyasını dəyişəndə baş daşına Səməd Vurğunun dahi  Üzeyir bəyi son mənzilə yola salanda oxuduğu misralar həkk olundu. O şeiri sən də çox sevirdin, mən də çox sevirdim. Ona görə də yazımı şairin həmin misraları ilə tamamlayıram:

Ölüm sevinməsin qoy, ömrünü vermir bada,

El qədrini canından daha əziz bilənlər.

Şirin bir xatirətək qalacaqdır dünyada,

Sevərək yaşayanlar, sevilərək ölənlər.

Əziz Qənirə xanım, sən xalqımızı, eli-obanı, mədəniyyətimizi, bütün Türk Dünyasını candan sevdin, sevilərək haqqa qovuşdun.

Yaddaşlarda şirin xatirətək qaldın.

Ad günün mübarək, qardaş qızı!

Paylaş:

Continue Reading

Previous: ITC Başkanı Hasan Turan, Türkiye Dışişleri Bakanı Hakan Fidan le görüştü
Next: العراق بين فكي الضغط الأمريكي والتحالف مع طهران

Related Stories

02.09.26-Bir Terk Etme Hikayes
  • Prof. Dr. Ata Atun

Bir Terk Etme Hikayesi

Prof. Dr. Ata Atun 10 Şubat 2026
801793f1-cf66-44ee-a853-793b82f2bd2e
  • Akademik Makaleler

Dr. Şemsettin Küzeci’nin “Azername”  Eserleri

Prof. Dr. Gazanfer Paşayev 7 Şubat 2026
emsettin küzeci 2026
  • Akademik Makaleler

Irak’ta Türkmen Varlığı

Dr. Şemsettin Küzeci 7 Şubat 2026

Güncel Haberler

Bir Terk Etme Hikayesi 02.09.26-Bir Terk Etme Hikayes 1

Bir Terk Etme Hikayesi

10 Şubat 2026
ITC Başkanı M. Seman Ağa, Devlet Yönetimi İttifakı toplantısına katıldı 627970212_1403270715146006_2427834818620588253_n 2

ITC Başkanı M. Seman Ağa, Devlet Yönetimi İttifakı toplantısına katıldı

9 Şubat 2026
Kerkük Ticaret Odası seçimlerinde Nuri Salihi en çok oyu aldı 630620295_10231362624636814_1439693655436076109_n 3

Kerkük Ticaret Odası seçimlerinde Nuri Salihi en çok oyu aldı

9 Şubat 2026
أنا قد كَبُرتُ يا أبي EMSETTİN KÜZECİ 2023 4

أنا قد كَبُرتُ يا أبي

8 Şubat 2026
Pazar’dan Pazar’a Gülhan Gürbüz’den “Gittin Ya Hani” Şiiri image (1) 5

Pazar’dan Pazar’a Gülhan Gürbüz’den “Gittin Ya Hani” Şiiri

8 Şubat 2026

Editörden

8a680ac8-4ae7-4206-affa-f7b541cd7857
  • Azerbaycan
  • Editörden

Şemsettin Küzeci’nin Azerbaycan Kitaplarının imza günü

11 Ocak 2026
178386911_1925588547591950_2559509787806110237_n
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Haberler
  • Türkmeneli
  • Yazarlar

Irak Türkmen Cephesi 26 Yaşında

24 Nisan 2021
ALTUNKÖPRÜ ŞEHİTLERİ (1)
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Türkmeneli
  • Yazarlar

30. Yılında Kerkük’te Altunköprü Katliamı

28 Mart 2021

Videolar

eed5bfac-185e-4361-a144-ea9eb702ee9d
  • Azerbaycan
  • Basın
  • Haberler
  • Türk Dünyası
  • Türkmen Edebiyatı
  • Video
  • Videolar

Kerkük’ün Milli Yazarı Ata Terzibaşı’nın Hayatı Filim Oldu

26 Aralık 2024
demirel
  • Haberler
  • Türk Dünyası
  • Türkiye
  • Türkmeneli
  • Videolar

20 önce Süleyman Demirel Irak Türkmen Öğretmenlerini kabul etmişti

23 Aralık 2020
indir
  • Basın
  • Haberler
  • Türkmen Basını
  • Türkmeneli
  • Videolar

Kerkük Gazetesi’nin YouTube kanalı açıldı

16 Kasım 2020

Foto Galeri

DSCI8493
  • Basın
  • Foto Galeri
  • Haberler

Türkmeneli TV’nin eski Teknik Müdürü Sacit Baydar Vefat etti

17 Ekim 2020
M ZİYA1
  • Foto Galeri
  • Kitap
  • Kütüphane

Mustafa Ziya’nin Küçük Not Defterinden Şiirler kitabı çıktı

20 Ocak 2020
1828866_620x410
  • Foto Galeri

ABD’li komutandan Münbiç’e ziyaret!

8 Şubat 2018
Facebook
kerkuk_turkuleri
Youtube

AMACIMIZ

Irak’taki Türkmenlerin gerçek anlamda varlıklarını, birlik ve beraberliklerini sağlamak; gazete yoluyla da sıkıntılarını, kültürlerini ve varlıklarını dünyaya tanıtmak ve Türk dünyası arasında bir köprü oluşturmaktır.

Bizi Takip Edin

Facebook Twitter Youtube Instagram
Menu
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim

  • HABERLER
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Genel Tanıtım
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Copyright © All rights reserved. | MoreNews by AF themes.