
XOŞ GƏLİBDİ AYRILIQ
Bəhanələr tükənmirdi dilindən,
Qurtul artıq səni sevən dəlindən,
Çoxdan idi bu keçirdi könlündən,
Aramıza xoş gəlibdi ayrılıq.
**
Bahar ötsə, payız olsa, deyirdin,
Yarpaqlar da təmiz, solsa, deyirdin.
Sevəcəyəm hər nə olsa, deyirdin,
Tələsibdi qış, gəlibdi ayrılıq,
Aramıza xoş gəlibdi ayrılıq.
**
Nə mənası daha baharın, qışın,
Əsən yelin, yağan qarın, yağışın,
Mənə aid deyil gözün, baxışın,
Gözlərində yaş gəlibdi ayrılıq,
Aramıza xoş gəlibdi ayrılıq.
**
Leyla, sevmək günahından əzəlmiş,
Saxtakarmış, gözlərini bəzərmiş,
Şair üçün ayrılıq da gözəlmiş.
Şeirlərə tuş gəlibdi ayrılıq,
Aramıza xoş gəlibdi ayrılıq
**
Leyla Mətin