Tebrizli Şair Xosrev Barışan’dan Şiirler

ÇİRAQ

Şair: Xosrov Barışan

İndimi yaşamaq üçün

Çiraq etdim

Geçmişimi gələcəyimə

Bir haldaki yerlidaşlarım

Gələcəyi geçmişə quylamışdılar

Və  gələcək yaxşılarındır deyərək

İndini pisliklərdə boğmuşlar

Mən isə

Heç yaşamadım ki

Hey şeir yazdım

Həp yalqızlığımı paylaşdım yəni

Şeir yazanda

Sözcük dalısıca qaçmadım ki

Sənin dalınca qaçdım ey azadlıq

Şeirim çatsa da sənə

Əlim çatmadı

İnsanlıq yolunun ağzında

Gözlədim səni

Sən isə gəlmədin

Sözcüklər gəldilər

Vay

Tün bə tün düşənlər

Dolamışlar

Gələ biləcəyin hər yolu

Bir boyuna

Kimisinə kravat olmuş

Mənə isə dar kəndiri

Hər bayaq

Şairi

Şəhərin azadlıq adlı meydanında tutuqladılar

Ah ey azadlıq

Bəlkə ildik vurdular sənə tün bə tün düşənlər

Çünki yerlidaşlarım addımlayacağını

İşıq məzarlığına çevirmişlər

Əlimdən bir iş gəlməyir

Çünki yalqızam

Yalqızam çünki

Başlanğıcın da

Yolun da

Sonun da

Mən olduğunu bilməkdəyəm

Əlimdəki tək bu bir çiraqla

Sənin yoluvu işıqlandıra bilsə idim

Hər sözcük bir insan olardı

Yaşamaqsa

Şeir kimi zamansız

___________________