Şəbnəm Tofiqqızının “Dramaturgiya kitabının tanıtımı

29 aprel 2024 cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natavan “ klubunda AYB-nin üzvü yazıçı – ssenarist,pedaqoq  Şəbnəm Tofiqqızının “Dramaturgiya və dram nəzəriyyəsi “adlı kitabının təqdimatı olmuşdur. Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri Salman Aruz və sədrin baş müşaviri Rauf Aslanov açmışdır. Tədbirin aparıcısı jurnalist, publisist Nəcibə İlkin, qocaman dramaturq və ssenarist Azərbaycannın Əməkdar İncəsənət xadimi  Marat Haqverdiyev, AMEA- nın professoru ,ədəbiyyatşünas alim Asif Rüstəmli, Azərbaycan Mətbuat Şurasının idarə heyyətinin üzvü,əməkdar  jurnalist  Azər Həsrət, şair-publisist Rafail Tağızadə, Azərbaycan Ukrayna Beynəlxaq Alyansın sədri Elmar Məmmədov, Xalq artisti, professor Ağaverdi Paşayev ,UNES- in nəzdində Sosial-İqtisadi Kollecin direktoru, pedaqogika elmlər doktoru Vidadi Orucov, ADMU nun nəzdində Humanitar Kollecin İncəsənət şöbəsinin müdiri Dəvəliməhəmməd Zülfiyyə, “Bədii yaradıcılıq işi və kinooperator sənəti fənn birləşmə komissiyası”nın müəllimləri və digər ziyalılar müəllifin ünvanına təbriklər söyləmiş ,kitab haqqında fikirlərini bölüşmüşlər.

Qeyd edək ki, tədbirdə bir sıra ictimai xadimlər, ziyalılar, qazilər ,müəllimlər və tələbələr iştirak etmişlər.