
Əzizim
Leyla Mətin
Sənə möhkəm vurulmuşam
Yalnız səni görür gözüm
Gözlərində qərq olmuşam
Kök atmışam mən əzizim.
***
Səhər olmur bitmir gecə
Çətindir sənsiz sadəcə
Duya bilsən sənçün necə
Darıxmışam mən əzizim.
***
Qaldım uzaq əllərinə
Gəl toxunum tellərinə
Xəstəliksən sənsiz sənə
Yoluxmuşam mən əzizim.
***