Şiir: Shahane Müşfiq
Çıxma daha yoluma,
Getdiyin yerdəcə qal.
Gözlərin də dinməsin,
Başını aşağı sal.
Harda görünübdü ki,
Xoşbəxt ola gedənlər?!
Yalan olar, desəm ki,
Darıxmışam, qayıt, gəl…
Hansı peşmanlıqdı de,
Fayda verib sonradan?!
Yadındamı demişdim,
Ən gözəl sevən kəsdir,
Ən möhtəşəm unudan…
Getmək istəyən üçün,
Nə çox yalan, bəhanə.
Gözlərimdən düşəni,
Tutan tutsun, mənə nə?
Sındırdığın qəlbimin
qırıntısı döşənib,
Getdiyin o yollara.
Ürəyini soyutma!
Ayağını incidər,
Aman gündü, qayıtma..!