Aysel Aliyeva’dan Hocalı Katliamı Şiiri

Xocalı
Qəlbim nifrətlə vurur
Xocalını ananda
İnsanlıqdan utandım
Xocalını ananda !
Söyləsəm dərdim qanar
Gözlər sel olub ağlar
Yatan vicdanlar ağlar ,
O gecəni ananda
Qələm ələ gəlməyir
Dünya susub , dinməyir
Körpə , qadın bilməyib
Düşmən silah çəkəndə.

***

Xocalım
Gözünün yaşını sıxır yollara ,
Bütün dünya susur bu oyunlara,
Gecənin fəryadı, məzlumun ahı
Əlləri qoynunda qalan Xocalım .
Hər il fevralında dindirir kədər ,
Ruhunun ağrısı daim təzə-tər,
Anaların ahı duyur hər səfər
Əlləri qoynunda qalan Xocalım .
Qəm yağır könlümün hər bir sətrinə
Şair , döz dünyanın ədalətinə
Bir gün bələnəcək vüsal ətrinə
Əlləri qoynunda qalan Xocalım

                                                       Aysel Aliyeva