Skip to content
6 Kasım 2026
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

Özgür Basın, Özgür Toplum

Sosyal medya hesaplarımız

  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Primary Menu
  • HABERLER
    • Akademik Makaleler
    • Arapça
    • Azerbaycan
    • Basın
    • Dünya
    • Editörden
    • İngilizce
    • Kitap
    • Kültür – Sanat
    • Türkiye
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Genel Tanıtım
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim
  • Home
  • Haberler
  • Ata Terzibaşı’nın Doğumunun 100. Yılı Etkinlikleri
  • Azerbaycan
  • Haberler
  • Türk Dünyası
  • Türkmen Edebiyatı

Ata Terzibaşı’nın Doğumunun 100. Yılı Etkinlikleri

Kerkük Gazetesi 19 Mart 2024
432277592_7568167409913805_9014752923629977064_n
Ata Terzibaşı’nın Doğumunun 100. Yılı Etkinlikleri
ELAN
22-23 may 2024-cü il tarixlərində Bakı şəhərində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA Folklor İnstitutu və Kərkük Kültür Dərnəyinin birgə təşkilatçılığı ilə görkəmli tədqiqatçı Əta Tərzibaşının anadan olmasının 100 illiyi münasibətilə “İRAQ-TÜRKMAN FOLKLORU VƏ ƏDƏBİYYATI” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
Tariximizin, ədəbiyyatımızın və mədəniyyətimizin mühüm bir parçasını təmsil edən İraq türkmanları ağır ictimai-siyasi hadisələr fonunda milli kimliyin qorunub saxlandığı zəngin dil və qədim xalq ədəbiyyatı, mədəniyyəti incilərini sağlam şəkildə yaşatmağa, yeni çalarlar qataraq inkişaf etdirməyə nail olmuşlar.
İraq türkmanları tükənməz folklor qaynağına malik olmaqla yanaşı, həm də dahi İmadəddin Nəsimi və Məhəmməd Füzulinin qiymətli yaradıcılığı ilə başlayan və bu gün də xalqın siyasi-ictimai həyatını işıqlandırmaq istiqamətində inkişaf etdirilən zəngin yazılı ədəbiyyat nümunələri də yaradırlar. İraq türkmanlarının yaratdığı yazılı ədəbiyyat tarix boyu inkişaf etdirilərək zəngin bir irs meydana gətirmiş və dövrümüzədək yaşamaqdadır. Yad xalqlar və dillərlə əhatə olunmuş bir çevrədə anadilli poeziyanın da yaşadılması bu ədəbiyyatın həqiqətən möhkəm sütunlar üzərində bərqərar olmasından xəbər verir.
İraq türkmanlarının və bütövlükdə türk dünyasının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri olan Əta Tərzibaşı xalqın tarixi keçmişinin, milli-mənəvi zənginliyinin ən bariz göstəriciləri – dil, folklor, tarix, ədəbiyyat, mətbuat və s. kimi mühüm sahələrdə yorulmadan çalışmış, fundamental əsərlər yaratmışdır.
İraq türkmanlarının milli özünüdərk və özünütəsdiqində mühüm rol oynayan bu görkəmli elm fədaisi əsasən ədəbiyyat və folklora dair araşdırmaları ilə tanınmış, xalqın milli irsinin toplanması, nəşri və tədqiqi zərurətini yaradıcılığının əsas qayəsinə çevirmişdir.
XX əsrin 50-ci illərinədək İraq-türkman dili, tarixi, ədəbiyyatı, folkloru, ümumiyyətlə mədəniyyət tarixi sistemli şəkildə araşdırılmamış, bu sahədə ciddi tədqiqatlar aparılmamışdır. Etnik yaddaşda qorunub saxlanan, milli ruhu və milli zövqü əks etdirən bu zəngin mədəniyyət xəzinəsinin yazıya alınıb araşdırılmasını İraq türkmanları qarşısında bir vətəndaşlıq və vətənpərvərlik vəzifəsi kimi dəyərləndirən görkəmli araşdırıcı Əta Tərzibaşı bütün mənalı ömrünü təmənnasız olaraq İraq türkmanlarının elmi-mənəvi yüksəlişinə, milli-mədəni tərəqqisinə həsr etmişdir.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA Folklor İnstitutu və Kərkük Kültür Dərnəyinin birgə təşkilatçılığı ilə bu fədakar araşdırıcının yubileyi şərəfinə “Görkəmli tədqiqatçı Əta Tərzibaşının anadan olmasının 100 illiyi münasibətilə “İraq-türkman folkloru və ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Sizi İraq-türkman dili, tarixi, folkloru, etnoqrafiyası, ədəbiyyatının, eləcə də Əta Tərzibaşının zəngin yaradıcılığının araşdırılmasını əhatə edəcək məruzələrlə konfransda iştiraka dəvət edirik.
Konfransın 4 mövzu istiqamətində təşkil edilməsi planlaşdırılır:
1. Əta Tərzibaşı –
a) həyatı
b) ədəbiyyatşünaslıq irsi
c) folklorşünaslıq fəaliyyəti
d) mətbuat sahəsindəki yaradıcılığı
2. İraq türkmanlarının dili
3. İraq-türkman folkloru
4. İraq-türkman ədəbiyyatı
Sədarət:
Akad. İsa Həbibbəyli – AMEA-nın prezidenti
Akad. Muxtar Kazımoğlu-İmanov – AMEA Folklor İnstitutunun direktoru
Dr. Şəmsəddin Küzəçi – Kərkük Kültür Dərnəyinin sədri
Akad. Teymur Kərimli–İraq-türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şura sədri
Elmi heyət:
Prof. Qəzənfər Paşayev – AMEA Ədəbiyyat İnstitutunun baş elmi işçisi, İraq-türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının həmsədri
Akad. Möhsün Nağısoylu – AMEA-nın müşaviri
Prof. Ramazan Qafarlı – AMEA Folklor İnstitutunun şöbə müdiri
Prof. Əfzələddin Əsgər – AMEA Folklor İnstitutunun şöbə müdiri
Prof. Məhərrəm Qasımlı – AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri
Prof. Dr. Çoban Xıdır Uluxan – Kərkük Universiteti
Dos. Leyla Məmmədova – AMEA Folklor İnstitutunun şöbə müdiri
Doç. Dr. Məhəmməd Əli Şərif – Kərkük Universitetinin Türkologiya fakültəsi
Fil.ü.f.d., dos. Kübra Quliyeva – AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi
Fil.ü.f.d., dos. Afaq Ramazanova – AMEA Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini
Fil.ü.f.d., dos. Mehman Həsənli – AMEA Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini
Fil.ü.f.d., dos. Aygün Bağırlı – AMEA Ədəbiyyat İnstitutunun elmi katibi
Fil.ü.f.d., dos. Elçin Abbasov – AMEA Folklor İnstitutunun elmi katibi
Məsul katib:
Səkinə Qaybalıyeva – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi
Katiblik:
Elnarə Əmirli – Fil.ü.f.d., AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi
MÜHÜM TARİXLƏR:
• Konfransda iştirak etmək istəyənlər 150-200 sözdən ibarət məruzə özətlərini 20 aprel 2024-cü il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
• Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 25 aprel 2024-cü il tarixinədək elektron poçt ünvanı vasitəsilə məlumat veriləcəkdir.
• Konfrans 22-23 may 2024-cü il tarixlərində üz-üzə və onlayn formatda keçiriləcəkdir.
• Məruzələrin tam mətni 25 iyun 2024-cü il tarixinədək təqdim edilməlidir.
• Konfransda məruzə etməyən şəxslərin məqalələri konfrans materialları kitabına salınmayacaqdır.
Paylaş:

Continue Reading

Previous: Kerkük Kültür Derneği ile Azerbaycan İlimler Akademisi Nizami Gencevi adına Edebiyat Enstitüsü arasında Protokol imzalandı
Next: مدينتي داقوق

Related Stories

AYŞEN REHİMLId
  • Azerbaycan

Har-ı Bülbül Şairlerinden “Ayşen Rehim”

Kerkük Gazetesi 4 Kasım 2026
85366fd5-afcd-4583-abd1-23b295f04038
  • Azerbaycan

Irak Türkmen Milli Kıyafetleri İçerişehir’de Tanıtıldı

Kerkük Gazetesi 4 Kasım 2026
img_4460
  • Haberler

Bakanlar Kurulunun salı günü gerçekleştirdiği toplantıda aldığı kararlar açıklandı

Kerkük Gazetesi 4 Kasım 2026

Güncel Haberler

ABD’deki ara seçimlerde Temsilciler Meclisinde Demokratlar 240, Cumhuriyetçiler 147 sandalye kazandı thumbs_b_c_bf8aa1b810920cab306af9af128536fb 1

ABD’deki ara seçimlerde Temsilciler Meclisinde Demokratlar 240, Cumhuriyetçiler 147 sandalye kazandı

5 Kasım 2026
Sandık Şokunun Ardından Washıngton b54fedd9-c63a-4963-b7a7-dc796cb0530b 2

Sandık Şokunun Ardından Washıngton

5 Kasım 2026
Har-ı Bülbül Şairlerinden “Ayşen Rehim” AYŞEN REHİMLId 3

Har-ı Bülbül Şairlerinden “Ayşen Rehim”

4 Kasım 2026
Irak Türkmen Milli Kıyafetleri İçerişehir’de Tanıtıldı 85366fd5-afcd-4583-abd1-23b295f04038 4

Irak Türkmen Milli Kıyafetleri İçerişehir’de Tanıtıldı

4 Kasım 2026
Bakanlar Kurulunun salı günü gerçekleştirdiği toplantıda aldığı kararlar açıklandı img_4460 5

Bakanlar Kurulunun salı günü gerçekleştirdiği toplantıda aldığı kararlar açıklandı

4 Kasım 2026

Editörden

8a680ac8-4ae7-4206-affa-f7b541cd7857
  • Azerbaycan
  • Editörden

Şemsettin Küzeci’nin Azerbaycan Kitaplarının imza günü

11 Ocak 2026
178386911_1925588547591950_2559509787806110237_n
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Haberler
  • Türkmeneli
  • Yazarlar

Irak Türkmen Cephesi 26 Yaşında

24 Nisan 2021
ALTUNKÖPRÜ ŞEHİTLERİ (1)
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Türkmeneli
  • Yazarlar

30. Yılında Kerkük’te Altunköprü Katliamı

28 Mart 2021

Videolar

eed5bfac-185e-4361-a144-ea9eb702ee9d
  • Azerbaycan
  • Basın
  • Haberler
  • Türk Dünyası
  • Türkmen Edebiyatı
  • Video
  • Videolar

Kerkük’ün Milli Yazarı Ata Terzibaşı’nın Hayatı Filim Oldu

26 Aralık 2024
demirel
  • Haberler
  • Türk Dünyası
  • Türkiye
  • Türkmeneli
  • Videolar

20 önce Süleyman Demirel Irak Türkmen Öğretmenlerini kabul etmişti

23 Aralık 2020
indir
  • Basın
  • Haberler
  • Türkmen Basını
  • Türkmeneli
  • Videolar

Kerkük Gazetesi’nin YouTube kanalı açıldı

16 Kasım 2020

Foto Galeri

DSCI8493
  • Basın
  • Foto Galeri
  • Haberler

Türkmeneli TV’nin eski Teknik Müdürü Sacit Baydar Vefat etti

17 Ekim 2020
M ZİYA1
  • Foto Galeri
  • Kitap
  • Kütüphane

Mustafa Ziya’nin Küçük Not Defterinden Şiirler kitabı çıktı

20 Ocak 2020
1828866_620x410
  • Foto Galeri

ABD’li komutandan Münbiç’e ziyaret!

8 Şubat 2018
Facebook
kerkuk_turkuleri
Youtube

AMACIMIZ

Irak’taki Türkmenlerin gerçek anlamda varlıklarını, birlik ve beraberliklerini sağlamak; gazete yoluyla da sıkıntılarını, kültürlerini ve varlıklarını dünyaya tanıtmak ve Türk dünyası arasında bir köprü oluşturmaktır.

Bizi Takip Edin

Facebook Twitter Youtube Instagram
Menu
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim

  • HABERLER
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Genel Tanıtım
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Copyright © All rights reserved. | MoreNews by AF themes.