Kerkük Kültür Derneği ile Azerbaycan İlimler Akademisi Nizami Gencevi adına Edebiyat Enstitüsü arasında Protokol imzalandı

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Kərkük Kültür Dərnəyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Kərkük Kültür Dərnəyinin rəhbəri Dr. Şəmsəddin Kuzəçi imzalayıblar.
Müqavilə çərçivəsində tərəflər birgə elmi tədqiqatların aparılması, elmi-praktiki tədbirlərin təşkili və nəşr işlərinin həyata keçirilməsi istiqamətində razılığa gəliblər.
Daha sonra Kərkük Kültür Dərnəyinin rəhbəri Dr. Şəmsəddin Kuzəçi İraq-Türkman mədəniyyətinə və incəsənətinə verdiyi töhfələrə görə akademik İsa Həbibbəyliyə Kərkük Kültür Dərnəyinin “Hizmet Fermanı”nı təqdim edib.