Səni xatırlamaq istədim bu gün,
İllər xatirəmin üstünə kölgə.
İki yad adamıq bilirəm, gülüm
Dünyada hər kəsdən tənhayıq bəlkə.
Səni xatırladım gülüşlərinlə,
İçimə qəribə ağırlıq çökdü.
Doldu gözlərimin qəm buludları,
Getdiyim hər yerə xatirə tökdü.
Hər yer xatirənmiş, mənsə fikirli,
Neçə il yaşadım bundan xəbərsiz.
Sən demə dünəndə ilişib qalan,
Qanadı qırılmış xatirəyik biz.
Ömründə nə idim sevinc, səadət?
Yoxsa ki bəxtinə hopan çənmişəm?
Sən demə mən səni unutmamışam,
Təpədən dırnağa xatirənmişəm…