Arzu Göytürk’te bir şiir

Cəsarətin varsa, otur masaya ,
Mən kimi həyatın nərdinə oyna.
A bala, sevincdən hər kəs oynayar ,
Bacara bilirsən dərdinə oyna.
Kürəyindən bıçaq vursalar da ,qalx ,
Qəlbini yüz yerdən qırsalar da qalx .
Satqınlar üzünə dursalar da qalx ,
Gir dərdin qoluna ,dərd inən oyna .
Həyat sənin üçün kədər, zülümsə,
Yaşamaq çətinsə, hətta ölümsə.
Dərdin inadına dərdə gülümsə ,
Qoyma dərd danışa ,dərd dinə ,
oyna …
ARZU GÖYTÜRK