Kərkük
Görən qovuşarmı yolun yolumla…
Sən ey ayrılıqlar Vətənim- Kərkük
Mən ki, hürriyəti aldım canımla,
Tarixi, keçmişi itənim… Kərkük
Bağdad yolu, Qorya, Şatırlı, Bəylər
Ah bilsən könlümdən o yerlər keçər…
Qarabağ səni də hər yerdə deyər
Baş alıb qürbətə gedənim Kərkük…
Ərəfə, Mahatta, Bəylər, Piryadı
Necə qəbullansın özgəni, yadı?…
Qarabağ qoparar burda fəryadı
Kəfənsiz, qəbirsiz ölənim Kərkük
Səni ürəyimdə tutdum, saxladım
Hər ölən kəsinə burda ağladım
Gedim yol axtarım, yollar bağladım
Səninçün qanıma bələnim Kərkük…
Vesile Möhsümova- Bakü
