Skip to content
21 Eylül 2026
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

Özgür Basın, Özgür Toplum

Sosyal medya hesaplarımız

  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Primary Menu
  • HABERLER
    • Akademik Makaleler
    • Arapça
    • Azerbaycan
    • Basın
    • Dünya
    • Editörden
    • İngilizce
    • Kitap
    • Kültür – Sanat
    • Türkiye
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Genel Tanıtım
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim
  • Home
  • Azerbaycan
  • Vətəndaşların tibbi qaydalara riayət etməsi zəruridir
  • Azerbaycan

Vətəndaşların tibbi qaydalara riayət etməsi zəruridir

Kerkük Gazetesi 17 Nisan 2020
dr nurlana az

 

Vətəndaşların tibbi qaydalara riayət etməsi zəruridir

Nuranə Əliyeva,
Avropa Kardioloqlar Assosiasiyasının üzvü,
“İDEA” İctimai Birliyinin üzvü, həkim- kardioloq

Koronavirusun hələ 2002-ci ildə Sars virusu adı altında yarasadan insana keçdiyi iddialar arasında yer alır. Ondan sonra 8 ölkədə bir neçə adla insanlara yoluxmağa başladı. Son olaraq 2019-cu ildə COVİD-19 adı altında özünün ən yüksək mərhələsinə qədəm qoydu. Artıq minlərlə insan onun qurbanına çevrilmişdir. Bu xətəliyin əlamətləri , bildiyimiz kimi, yuxarı tənəffüs yollarının ağırlaşması iltihabı, boğazda göynəmə və ağciyərlərdə pnevmaniya kimi öz təsirini göstərir. Bu isə ağciyər iltihabına çevrilərək insan həyatına böyük təhlükə törədir və bir çox hallarda ölümlə nəticələnir.

Bu xəstəlik daha çox risk faktoru çox olan xəstələr, immuniteti zəif olanlar, xüsusən, yaşlılarda özünü daha tez göstərir. İlk olaraq soyuqdəymə kimi yayılsa da, əlamətləri əsasən hərarət, yuxarı tənəffüs yollarının ağırlaşması, oksigen çatışmazlığı və antibiotek terapiyaya cavab verməməsidir. Xəstəliyin risk faktorları əsasən odur ki, şəkərli diabetlər təzyiqli xəstələr ürəyin işemik xəstəlikləri olanlar yoluxmaya həssas olurlar. Ürək damar xəstəliklər olan insanlar tənginəfəslikdən əziyyət çəkirlər. Onlarda gecə boğulmaları olur və bu kimi xəstələrdə koronavirusa yoluxma halları daha tez müşahidə olunur. Belə xəstələrin həyat təhlükəsi daha çox olur.

Bu gün koronavirusun dərmanları alimlər tərəfindən konkret olaraq tapılmayıb. Bir nüansı qeyd etmək yerinə düşər. Bizim müqəddəs kitabımız Qurani-Kərimdə də, hədislərimizdə də insanlarımıza nəfslə bağlı göstərişlər var. İnsanı sağlam saxlaya bilən konkret faydalı buyuruqlar var ki, onlardan biri də hər şeydə normanı həddi aşmamaqdır. Bu, xüsusilə qida, su məsələlərində çox faydalıdır. İnfeksiya daşıyıcısı olan qidalardan xüsusilə qaçılmalıdır. Çoxlu miqdarda qaynaadılmış, strelizə olunmuş su içmək insan üçün daha faydalıdır.Lakin su belə həddində qəbul edilərsə effektiv olar. Yoluxmanın qarşısını almaq üçün əsasən içinə duz əlavə edilmiş qaynar sudan gündəlik istifadə edilməlidir. Sarımsaqdan, soğandan gündə bir dəfə istifadə etmək mikroblara qarşı istifadə etmək effektivdir. Əlləri spirtləməkdən daha çox, sabundan tez-tez istifadə etmək məsləhətdir. Bir sözlə, gigiyenik qaydalara düzgün riayət insanın köməyinə gəlir. Lakin əsas faktorlardan biri də, psixoloji durumu yaxşı saxlamaq, fərd olaraq xəstəliyə yenilməməkdir. İnsanlar xəstəliyə qarşı müqavimətdə qətiyyətli olmalıdırlar.

Məlum olduğu kimi, ağciyər ürəyə çox yaxın və əlaqəli orqandır. Ürəkdə olan dəyişikliklər ağciyərə də təsir edir və yaxud əksinə. Ürəyin qan işlətməsi ağciyərlər vasitəsilə daha da tezləşir. Qan dövranında düzgün nəfəs almaq çox vacibdir. Yaşlılarda xroniki ürək çatışmazlığı çox inkişaf etdiyindən bu xəstəliyə də məhz ən çox yaşlılar arasında rast gəlinir. Qan azlığı olan xəstələrdə də, yoluxma riski yüksəkdir. Qanı artran qidalardan istifadə etməyi tövsiyə edirəm. Xüsusilə, gənclərdə qan azlığı xəstəliklərinə çox rast gəlinir. Gənclərə də tövsiyyəm budur ki, bu sıradan qrip olmadığından, onunla mübarizə də, ciddi və diqqətli olmalıdır. İmkan daxilində özlərini qələbəlik yerlərdən izolyasiya etməyi bacarsınlar.

Hazırda dünyanın bir sıra ölkələrində qorxulu tendensiya yaradan və getdikcə çoxsaylı insan ölümlərinə səbəb olan koronavirus ÜST tərəfindən qlobal pandemiya elan edilib. Ölkəmiz də bu virusa qarşı mübarizəyə qoşularaq ciddi tədbirlər görməkdədir. ÜST ekspertlərinin də qeyd etdiyi kimi, Azərbaycan hazırki qlobal təhlükəni ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət olunması üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqi qərara alınmışdır. Tətbiq olunan qaydalar həm də milli təhlküsizlik və milli həmrəylik məsələsidir. Hər bir vətəndaşmız təkcə öz sağlamlığı üçün deyil, həm də yaxınlarının təhlükəsizliyi üçün çalışmalıdır. Prezident İlham Əliyevin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsini gücləndirilməsi haqqında son sərəncamı da göstərdi ki, dövlətimiz bu məsələyə nə qədər ciddi yanaşır.

Beləliklə, son nəticə odur ki, dünyanı bürüyən bu təhlükəli xəstəliklə mübarizə asan olmasa da, mümkündür və inanıram ki, dövlətimizin təxirəsalınmaz tədbirlər görməsi, vətəndaşlarımızın qaydalara riayət etməsi ilə bu bəşəri problemi uğurla dəf edəcəyik.

Paylaş:

Continue Reading

Previous: Türkiye’de Corona Virüsünde Son Veriler Açıklandı!
Next: Türkiye’nin Kovid-19 ile mücadelesinde son veriler!

Related Stories

817455859_18417220699156704_5547794966857255334_n
  • Azerbaycan

Türk Dünyası Kadın Şairleri Bakü’de bir araya geldi

Kerkük Gazetesi 20 Eylül 2026
ChatGPT Image 9 Ağu 2026 12_10_10
  • Azerbaycan

Elza Seyitcehan’dan “Cennet Ehli” şiiri

Kerkük Gazetesi 17 Eylül 2026
486bdb06-3843-44fe-9861-2f2886367585
  • Azerbaycan

Azerbaycan’da Türk dünyasının gururu, Nobel Ödülü sahibi Aziz Sancar’ın 80. yaşı konfrens’la kutlandı

Kerkük Gazetesi 10 Eylül 2026

Güncel Haberler

Türkiye Cumhurbaşkanı Erdoğan, BM 81. Genel Kurulu’na katılmak üzere ABD’ye ulaştı thumbs_b_c_e03a52be058289fac824236352eb5d4d 1

Türkiye Cumhurbaşkanı Erdoğan, BM 81. Genel Kurulu’na katılmak üzere ABD’ye ulaştı

21 Eylül 2026
Gülhan Gürbüz’den Pazar’dan Pazar’a a126785d-2086-4827-bff4-06173625bac7 2

Gülhan Gürbüz’den Pazar’dan Pazar’a

20 Eylül 2026
Türk Dünyası Kadın Şairleri Bakü’de bir araya geldi 817455859_18417220699156704_5547794966857255334_n 3

Türk Dünyası Kadın Şairleri Bakü’de bir araya geldi

20 Eylül 2026
El-Abbudi: 30 Eylül, Irak’ın koalisyon ülkeleriyle ilişkilerinde yeni bir aşamanın temelini atan egemen bir haktır 8e167c0c63_274593 4

El-Abbudi: 30 Eylül, Irak’ın koalisyon ülkeleriyle ilişkilerinde yeni bir aşamanın temelini atan egemen bir haktır

19 Eylül 2026
Halbusi ve Rus Büyükelçi çeşitli alanlarda ortak işbirliğini güçlendirmeyi görüşüyor ae9a290001_794560975_1617271036600477_6125530289089483240_n 5

Halbusi ve Rus Büyükelçi çeşitli alanlarda ortak işbirliğini güçlendirmeyi görüşüyor

18 Eylül 2026

Editörden

8a680ac8-4ae7-4206-affa-f7b541cd7857
  • Azerbaycan
  • Editörden

Şemsettin Küzeci’nin Azerbaycan Kitaplarının imza günü

11 Ocak 2026
178386911_1925588547591950_2559509787806110237_n
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Haberler
  • Türkmeneli
  • Yazarlar

Irak Türkmen Cephesi 26 Yaşında

24 Nisan 2021
ALTUNKÖPRÜ ŞEHİTLERİ (1)
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Türkmeneli
  • Yazarlar

30. Yılında Kerkük’te Altunköprü Katliamı

28 Mart 2021

Videolar

eed5bfac-185e-4361-a144-ea9eb702ee9d
  • Azerbaycan
  • Basın
  • Haberler
  • Türk Dünyası
  • Türkmen Edebiyatı
  • Video
  • Videolar

Kerkük’ün Milli Yazarı Ata Terzibaşı’nın Hayatı Filim Oldu

26 Aralık 2024
demirel
  • Haberler
  • Türk Dünyası
  • Türkiye
  • Türkmeneli
  • Videolar

20 önce Süleyman Demirel Irak Türkmen Öğretmenlerini kabul etmişti

23 Aralık 2020
indir
  • Basın
  • Haberler
  • Türkmen Basını
  • Türkmeneli
  • Videolar

Kerkük Gazetesi’nin YouTube kanalı açıldı

16 Kasım 2020

Foto Galeri

DSCI8493
  • Basın
  • Foto Galeri
  • Haberler

Türkmeneli TV’nin eski Teknik Müdürü Sacit Baydar Vefat etti

17 Ekim 2020
M ZİYA1
  • Foto Galeri
  • Kitap
  • Kütüphane

Mustafa Ziya’nin Küçük Not Defterinden Şiirler kitabı çıktı

20 Ocak 2020
1828866_620x410
  • Foto Galeri

ABD’li komutandan Münbiç’e ziyaret!

8 Şubat 2018
Facebook
kerkuk_turkuleri
Youtube

AMACIMIZ

Irak’taki Türkmenlerin gerçek anlamda varlıklarını, birlik ve beraberliklerini sağlamak; gazete yoluyla da sıkıntılarını, kültürlerini ve varlıklarını dünyaya tanıtmak ve Türk dünyası arasında bir köprü oluşturmaktır.

Bizi Takip Edin

Facebook Twitter Youtube Instagram
Menu
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim

  • HABERLER
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Genel Tanıtım
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Copyright © All rights reserved. | MoreNews by AF themes.