
Toxunmayın Təbrizimə!
Nesibe Nesib Qizi
Toxunmayın Təbrizimə,
Yaralıdır…
Nənəm, babam oralıdır.
Orda neçə qardaşımız,
Qəlbi qırıq soydaşımız,
Anamız var, bacımız var…
Orda canlı tarix yatır.
Abidələr boy-boyadır,
Şəhriyarın evi vardır.
Məqbərət-üş-şüarada
400-dən çox şair yatır.
Bu raketlər hara atır?
Dünya batır, obam batır…
Toxunmayın Təbrizimə!
Biçar şəhər gözüyaşlı
Naçar uşaq, cavan, yaşlı
Donub göy üzündə Ay
Oxu, oxu,
Orhan Gencebay!
“Batsın bu dünya,
Bitsin bu dünya…”
Heç kəsdən mədət ummadı
Gələcəyə yol qalmadı.
Zincirlənən ədalət də
Nahaqları durdurmadı.
Sən nigaran qalma, Təbriz
Dəmir Yumruq sıxılacaq.
Axan qanın izi ilə
Sənə də yol açılacaq.
Bu Müzəffər Azərbaycan
Düşmənlərin ocağından
Dartıb səni qoparacaq
Öz bağrımıza basacaq…
***