Tebrizli Şair Xosrov Barışan’den Şiirler
QUŞ
Öncəsi bir sorğu idim,
Namaz qılınırdım hər səhər!
Sonrası bir quşam,
Gözlərinin qəfəsində!
Baxışına vurulmuşam.
Bax…,
Bax..,
Kirpık çal,
Çal, yellə,
İçimdəki bu anarşi köz,
Alışsın
Eşiyimdə göz-göz.
Şeirə dönüşsün söz-söz gördüklərim.
Və bu saralmış həyatın rəngi dəyişilsin.
Aclığımızı gedərməyə quş ürəyi qızartmışam!
Amma
Göz ac olunca…
Mən bir quşam
Gözlərinin qəfəsində.
Baxışına vurulmuşam.
Bax..,
Bax..,
Kirpik çal,
Çal, ürəyimi çal.
Kirpiklərin
Dünyanı açır, yumur!
Bütün yollar gözlərindən başlanır,
Gözlərində bitir!
Tıxac işıqlarının rəngi dəyişilir!
Keçmişəm..,
Keçmişəm..,
Səni görcək, mən özümdən keçmişəm!
Amma, sən
Sarı saçlarını yeldə
Sovurma, ha…
Biləyimin bir damarıdır
Hər teli.
Yazıq olar,
Qırılar!
Amma, sən
Birinə yolda
Göz vurma, ha…
Keçər al-qan işıqlardan!
Yazıq olar,
Olar mən, şair olar!
Bura bir sinəma,
Önü izdiham!
İzdiham oxuduğum romanıydı mı?
Bilməyirəm!
Polislər yelkən açırlar
Düşüncənin üstünə!
Bu dəli yalqızlığım sanki
Tıxanıb qalıb dünya boğazında!
Sıxır..,
Sıxır..,
Fələc edir!
“-To məhşəri, Əfsungəri..,” yazısı..,
Nədənsə, tərəzim gözlərin oldu..!
Ağlım sözümdəykən,
Ağlın gözündəydi!
Mən ölümün nə olduğunu bilməsəm də,
Həyatın bu olmadığını, bilməkdəyəm.
Qiyamət..,
Qiyamət..,
Yalnız smslər edir qiyamət!
Hardasan gözəlim?
Məni bura tikdin, ağac oldum, ha…
Oyandım gördüm ki bir səhər,
Üstündə yuva qurduğum yaşıl ağac
Dəyişib rəngini!
Payız mı, quşlar köçərlər.
Hər yan sarı…
Hər yan al…
Al,
Qorxma, al.
Tökdüyün quş qanıdır
Ovuclarına al,
Səp,
Yağış olsun bu saralmış şəhərə.
Sonrası bax..,
Bax..,
Yenə də kirpik çal,
Çal.., çəkilsin pərdələr.
Çal.., açılsın pərdələr.
“-Namaz Allahla bəndənin arasındaki pərdəni açar.” deyirdi anam.
Amma, quş deyildi ki anam!
Amma, uçacaqdı.
Amma, mən bir quşam
Gözlərivin qəfəsində!
Uçanmıram!
Uçanmıram!
Əslində mən, bitincə hər gecə,
Sənin şans quşun idim.
Göy rəngli bir bayraq idi azadlıq.
Dəniz sanmadım, balıq olam.
Göy üzü sanmadim,
Gözlərin sandım insan olam;
Vurulam sənə, aşiq olam;
Amma, indi bir quşam gözlərivin qəfəsində.
Gözəlim hardasan?
Bax..,
Bilmirəm, neçənci sekansı geçdi bu filmin!
Gəlmdin!
***
YAPIŞQAN
Eşq bir yapışqan değilsə
Niyə ulduzlar gecənin vampir dişləri
Niyə ay gecədən aslanan oraq
Niyə zaman qanımdır
Tənim zindanım
qanım içimə axır
Pəncərə etdim zindanıma gözlərimi
Həmişə sən baxır
O pəncərədən
Sən bir tabusan sevgilim
Mən isə bir tablo
Nə mənzərələr çəkdi içimdə gözlərin bir bilsən
Amma son görüşməmizdəki o acı çay
Calandı üstünə
Sən vətən idin vətən
Mən isə başkəndin
Araz araz xan araz
Sultan araz qan araz
Səni görüm yanasan
Bir dərdimi qan araz
Beynimi belə laxlatsa da
Ürəyimdəki qanı laxtalatsa da
Bu mahnı
Sən qopmadın ki məndən qopmadın
Nolarə Gəl gizlət qucağında
Məni
Gecə görməsin
Yoxsa bilirəm
bu axıntılar
Məni ölümə aparır
Birazdan yoxluğuvun qaranlığında
Kəsiləcək nəfəsim
Boğulucağam
Bəlkə də şeir kimi doğulacağam
Nə bilim
***