Home Azerbaycan Şəmsəddin Kuzəci: İraq Türkmənlərinin Mədəniyyətini Qoruyan və Tanıdan Böyük Elm Adamı

Şəmsəddin Kuzəci: İraq Türkmənlərinin Mədəniyyətini Qoruyan və Tanıdan Böyük Elm Adamı

Şəmsəddin Kuzəci, İraq türkmənlərinin mədəniyyətini, tarixini və ədəbiyyatını dünya miqyasında tanıtmaq üçün həyatını bu mübarək amala həsr etmiş görkəmli alimdir. Onun elmi və ədəbi fəaliyyəti, İraq-türkman mədəniyyətinin qorunması və gələcək nəsillərə çatdırılması üçün böyük əhəmiyyət daşıyır. Bu məqalədə Kuzəçinin həyatı, təhsili, elmi və ədəbi fəaliyyəti, həmçinin onun mədəniyyət və jurnalistika sahəsindəki uğurlarını, eləcə də Azərbaycandakı fəaliyyətinin özətini təhlil edəcəyik.

Əvvəla, bu gün sayın Şəmsəddin bəyin doğum günüdür. Ömrünün 59-cu baharını yaşayır. Yəni Şəmsəddin Kuzəci 1 iyul 1965-ci ildə Kərkükdə doğulub. Bildiyimiz kimi, Kərkük, İraq türkmənlərinin mədəni mərkəzi olaraq, Kuzəçinin erkən yaşlarından türkman mədəniyyətinə bağlılığını formalaşdırıb. Ş.Kuzəçi 1984-89-cu illərdə Mosul Universitetində tarix ixtisası üzrə təhsil alıb və bu onun akademik həyatı, İraq türkmənlərinin tarixini və mədəniyyətini dərindən araşdırmaq və təbliğ etmək üçün ilk addım olub.

1992-1996-cı illərdə Kərkük Liseyində müəllim kimi fəaliyyət göstərən Kuzəçi Bu dövrdə, Kərkük televiziyasında və Bağdad Türkmən radiosunda “Gənclik və idman” proqramlarını hazırlayıb təqdim etməsi, türkmən gənclərinin mədəniyyətinə olan marağını artırmaq və onların mədəni irsə bağlılığını gücləndirmək məqsədi daşıyırdı. 1993-cü ildə İraq rejimi tərəfindən həbs edilən Kuzəci, üç ay həbsdə qaldıqdan sonra sərbəst buraxılmışdır. Bu hadisə, onun siyasi vəziyyətlərin mədəni fəaliyyətlərə təsirini şəxsən yaşamasına səbəb olmuşdu.

1996-cı ildə siyasi səbəblərdən Türkiyəyə köçən Kuzəçi, burada da türkman mədəniyyəti və ədəbiyyatı ilə bağlı fəaliyyətlərini davam etdirmişdir. Türkiyədə keçirdiyi illər, onun elmi fəaliyyətlərini genişləndirmək və daha çox insanla türkman mədəniyyətini paylaşmaq üçün bir fürsət olmuşdur. 2015-ci ildə təqaüdə çıxsa da, Kuzəçi mədəni irsimizi yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçün fəaliyyətlərini əzmlə davam etdirir.

Şəmsəddin Kuzəçi, İraq türkmanlərinin mədəni irsini dünya miqyasında tanıtmaq üçün çoxsaylı elmi və ədəbi əsərlər yazmışdır. Onun əsərləri arasında “Şehit Şair Kemal Ömer Beg”, “Kerkük Soykırımları”, “Türkün Sesi” və “İraq Basın Tarihi” kimi məşhur kitablar vardır. Kuzəci, əsərlərini türk, ərəb, azərbaycan, ingilis, özbək və qazax dillərində yazaraq, türkman mədəniyyətini geniş auditoriyaya çatdırmışdır. Bu, onun çoxdilli və çoxkultural bir yanaşma ilə mədəni irsin təbliğinə böyük əhəmiyyət verdiyini göstərir.

Kuzəçinin akademik tədqiqatları, İraq türkmənlərinin mətbuatı və mediasının inkişafına böyük töhfə vermişdir. 2008-ci ildə Qazi Universitetinin “İraq mətbuatı tarixi” üzrə magistr dərəcəsi almış və 2010-cu ildə Haaqa Qlobal Universitetində “İraq televiziyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun elmi tədqiqatları, İraq türkmənlərinin tarixi və mədəniyyətinin müxtəlif aspektlərini araşdırmaq və sənədləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Kuzəçinin elmi yanaşması, tarixi hadisələri obyektiv və dəqiq bir şəkildə təhlil etmək və gələcək nəsillərə doğru məlumatlar çatdırmaq məqsədi daşıyır.

Şəmsəddin Kuzəci, jurnalistika sahəsində də böyük uğurlar qazanmışdır. 1999-cu ildə İraq-Türkmənistan Cəbhəsinin Türk nümayəndəliyində nəşrlər və mətbuat məlumatları şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Bu dövrdə, Kuzəçi, türkman mədəniyyətini və tarixi hadisələri işıqlandıran məqalələr yazaraq, türkman mədəniyyətini geniş kütlələrə çatdırmışdır. Onun jurnalistik fəaliyyəti Kərkük-Türkiyə-Azərbaycan və ümumən türk dünyası üçün əvəzolunmaz və unudulmazdır.

2005-2009-cu illərdə Kərkük qəzeti və Türkmeneli TV-nin Türk nümayəndəliyinin müxbiri, proqramçısı və xəbər direktoru vəzifələrində çalışmışdır. Kuzəçinin jurnalistika sahəsindəki fəaliyyəti, türkmən mədəniyyətinin tanıtılması və qorunması baxımından mühüm rol oynamışdır. 2020-ci ildən etibarən Türkməneli Fondunun prezidentinin mətbuat müşaviri vəzifəsini tutan Kuzəçi, türkman mədəniyyətini və tarixini geniş kütlələrə çatdırmaqda davam edir.

Şəmsəddin Kuzəçi, öz fəaliyyəti ilə bir çox beynəlxalq mükafat və təltiflərə layiq görülmüşdür. O, Türk dünyası Akademiyasının “fəxri professoru” adına, Azərbaycanın “VEKTOR” Beynəlxalq Elmi Mərkəzinin “fəxri doktoru” adına və Türkməneli Fondunun şükran bəlgəsinə və yüzlərlə mükafatlara layiq görülmüşdür. Kuzəçi’nin bu mükafatları, onun türkmən mədəniyyətinin təbliği və qorunması sahəsindəki uğurlarının beynəlxalq miqyasda tanındığının isbatıdır.

Sayın Kuzəçinin 25 ildir Azərbaycanla ədəbi-mədəni əlaqələrini davam etdirir. Azərbaycan Milli Elmlər Akademiyası, Folklor institutu, Mətbuat Şurası, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Media İnkişaf mərkəzi ilə Kərkük Kültür dərnəyi arasında qarşılıqlı ədəbi, mədəni, elmi, mətbu fəaliyyət haqqında memorandumlar imzalamış, hətta beynəlxalq və ölkəmiqyaslı tədbirlərin təşkilatçılığını etmişdir. Bu ilin may ayında Kərkükün təməl daşı olan, Kərkük dili və mədəniyyətinin nəzəriyyəsini yazan Ata Tərzibaşının 100 illik yubileyi münasibətilə Bakıda silsilə tədbirlərin təşkilatçılığını etdi. Kərkükdən 120 nəfərlik heyətin özəl təyyarə ilə Azərbaycana gəlməsi məhz Kuzəçinin əzmkar fəaliyyətinin bəhrəsi idi. Bu gəliş həm də Kərküklə Bakını doğmalaşdırmaq yolunda ilk addımlardan biri oldu. Növbəti illərdə bu səfərlərin geniş miqyas alacağını, qarşılıqlı əlaqələrin elmi, siyasi, ədəbi-mədəni ampulada daha da genişlənəcəyini təmənni edirik. Qeyd edək ki, Kərküklü qardaşlarımızın gəldiyi ərəfədə AMEA-da elmi konfrans keçirildi, Kərkük ədəbiyyatı nümunələrini əks etdirən sərginin açılışı oldu, Azərbaycan Milli konservatoriyasında Kərkük musiqiçiləri ilə birgə konsert keçirildi. Həm də Şəmsəddin Kuzəçinin müəllifi olduğu “Kərkükün təməl daşı- Ata Tərzibaşı” kitabının təqdimatı oldu. Və bütün bu taleyüklü işlərin memarı bilavasitə Şəmsəddin Kuzəçi idi. Azərbaycan mediası tərəfindən rəğbətlə qarşılanan bu tədbirlərə görə televiziya rəhbərləri ilə də görüşlər keçirildi. Görüşlər çərçivəsində Ulusum.az və Rednews.az xəbər saytları tərəfindən Ş.Kuzəçiyə “Onur bəlgəsi” təqdim olundu, qarşılıqlı fəaliyyət haqqında memorandum imzalandı. Azərbaycan Media İnkişaf Mərkəzi Kərkük Kültür Dərnəyinin Azərbaycan təmsilçiliyi seçildi. Daha sonra biz sayın Kuzəçinin təşkilatçılığı ilə Ankarada Ata Tərzibaşının yubileyinin TÜRKSOY tərəfindən keçirilən beynəlxalq konfransında da birgə iştirak etdik.

Ümumilikdə, Şəmsəddin Kuzəci, İraq türkmən mədəniyyətinin qoruyucusu və tanıtıcısı olaraq, ömrü boyu göstərdiyi səylərlə yaddaşlarda qalacaqdır. Onun doğum günü, yalnız bir şəxsin doğum günü deyil, eyni zamanda İraq türkmən mədəniyyətinin zənginliyini və bu mədəniyyəti yaşadan insanların əhəmiyyətini qeyd etmək üçün bir fürsətdir. Kuzəci’nin həyatı və fəaliyyəti, gələcək nəsillərə mədəni irsimizi qorumaq və yaşatmaq üçün bir ilham mənbəyi olacaqdır.
Bir daha türkün böyük oğlu Şəmsəddin Kuzəçini Azərbaycan ictimaiyyəti, mediası və “Ulusum” ailəsi adından səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı bildiririk.

Sonsuz sayğı və sevgilərimlə,

Rübabə SAHİB

Azerbaycan

RELATED ARTICLES

Türkiye’den Kerkük’teki nüfus hareketliliğine ilişkin açıklama

Türkiye Dışişleri Bakanlığı Sözcüsü Öncü Keçeli, Irak'taki nüfus sayımı bağlamında Kerkük'e yönelik gerçekleşen nüfus hareketliliğine ilişkin, "Söz konusu nüfus sayımında etnik kökene dair veri...

Azerbaycan’ın Halk Şairi Zalimxan Yakub’dan “Halin Necedi Kerkük” şiiri

Halin Necedi Kerkük  Zalimxan Yakub-Azerbaycan Atılanlar, atılmış, satılanlar satılmış, Ağı zeher katılmış, balın necedi Kerkük El verdin el kestiler, yeridin yol kestiler Danıştın dil kestiler, lalın necedi Kerkük Yamaç yandı,...

Tebrizli Şair Xosrov Barışan’den Şiirler

Tebrizli Şair Xosrov Barışan’den Şiirler QUŞ Öncəsi bir sorğu idim, Namaz qılınırdım hər səhər! Sonrası bir quşam, Gözlərinin qəfəsində! Baxışına vurulmuşam. Bax..., Bax.., Kirpık çal, Çal, yellə, İçimdəki bu anarşi köz, Alışsın Eşiyimdə göz-göz. Şeirə dönüşsün söz-söz gördüklərim. Və...

Most Popular

Türkiye’den Kerkük’teki nüfus hareketliliğine ilişkin açıklama

Türkiye Dışişleri Bakanlığı Sözcüsü Öncü Keçeli, Irak'taki nüfus sayımı bağlamında Kerkük'e yönelik gerçekleşen nüfus hareketliliğine ilişkin, "Söz konusu nüfus sayımında etnik kökene dair veri...

Azerbaycan’ın Halk Şairi Zalimxan Yakub’dan “Halin Necedi Kerkük” şiiri

Halin Necedi Kerkük  Zalimxan Yakub-Azerbaycan Atılanlar, atılmış, satılanlar satılmış, Ağı zeher katılmış, balın necedi Kerkük El verdin el kestiler, yeridin yol kestiler Danıştın dil kestiler, lalın necedi Kerkük Yamaç yandı,...

Tebrizli Şair Xosrov Barışan’den Şiirler

Tebrizli Şair Xosrov Barışan’den Şiirler QUŞ Öncəsi bir sorğu idim, Namaz qılınırdım hər səhər! Sonrası bir quşam, Gözlərinin qəfəsində! Baxışına vurulmuşam. Bax..., Bax.., Kirpık çal, Çal, yellə, İçimdəki bu anarşi köz, Alışsın Eşiyimdə göz-göz. Şeirə dönüşsün söz-söz gördüklərim. Və...

Zafer Partisinden Kerkük Protostosu

"Kerkük Türk'tür, Türk Kalacaktır" dediğimiz için polis müdahale etti! Bugün, Zafer Partisi İstanbul İl Başkanımız Hakan Akşit, il yöneticilerimiz ve ilçe teşkilatlarımızla birlikte Kerkük için...

Recent Comments