Şəmsəddin Kuzəçi: “Fələstin ərəblərin problemidir, Türk dövlətləri Kərkükə sahib çıxmalıdır” – MÜSAHİBƏ

“Kərkük” qəzetinin baş redaktoru, Ankaradakı Kərkük Kültür Dərnəyinin başqanı Şəmsəddin Kuzəçinin TNS-ə müsahibəsi.

– Şəmsəddin bəy, Vətəninizə xoş gəlmisiniz. Bildiyimiz qədərilə bu, Azərbaycana 25-ci səfərinizdir. Bu səfərinizin məqsədi nədir?

– Hamınızı xoş gördük. Mən 2000-ci ildən indiyədək Azərbaycana mütəmadi gəlirəm. Budəfəki səfərimizin əsas məqsədi Kərkükün çox məşhur alimi Ata Tərzibaşının anadan olmasının 100 illik yubileyi ilə bağlı Azərbaycanda keçiriləcək tədbirlərə hazırlıqdır. Ata Terzibaşı 2016-cı ildə 92 yaşında dünyasını dəyişib. Biz yubiley münasibətilə AMEA, AMEA-nın Folklor və Ədəbiyyat institutları ilə birgə tədbirlər, İraq türkmənlərinin ədəbiyyatına həsr olunmuş konfrans keçirəcəyik. Mən Ata Tərzibaşının həyatını yazıram, bir kitab hazırlamışam. May ayında kitabın burada təqdimatı olacaq. AMEA prezidenti İsa Həbibbəyli, Folklor İnstitutunun rəhbəri Muxtar İmanovla görüşdük, tədbirlərlə bağlı müzakirələr apardıq.

İraq türkmənləri ilə Azərbaycan arasında ədəbi-mədəni əlaqələr 1959-cu ildə başlayıb. Rəsul Rza, Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə ilk dəfə Kərkükə gediblər. Bu səfərdən sonra Rəsul Rza “Uzaq ellərin yaxın töhfələri” başlığı ilə 6 yazı yazıb. Bu silsilə yazılar 1968-ci ildə Bağdadda nəşr olunan “Qardaşlıq” dərgisində də çap edilib. 60 il sonra bu yazıları toplayıb, Türkiyə türkçəsinə çevirdik, kitab halına saldıq. Kitabın təqdimatını ötən ilin sonlarında Bakıya gələndə Azərbaycan Yazıçılar Birliyində keçirdik. Bu kitaba görə Azərbaycan Yazıçılar Birliyinin “Rəsul Rza mükafatı”na layiq görüldüm. Amma qeyd edim ki, mükafatı hələ almamışam, təqdimat mərasimi olmayıb. devamı için tıklayınız

https://tns.az/musahibe/44247-shemseddin-kuzechi-felestin-ereblerin-problemidir-turk-dovletleri-kerkuke-sahib-chixmalidir/