Rəfiqə Qasımqızı’den “Gəldim” Şiiri

Gəldim

Sən mötəbər bir and yerim,
Vətən bağım, dağım, pirim,
Otuz illik dərdi-sərim,
Cıdır düzüm, çıxıb gəldim.
**
Sıralanıb dağın,daşın,
Nələr çəkib sənin başın,
Sevincimdən gözdə yaşım,
Çağlayanda, axıb, gəldim.
**
Oğullarım tez boy atar,
Qabağına səni qatar,
Yağı, baxtın belə yatar,
İldırımtək çaxıb, gəldim.
**
Dumanlı dağ, başın sərin,
Amma yaran yaman dərin,
Müqəddəs məbədim, pirim,
Yolum açıq, baxıb, gəldim.
Bayrağımdı dalğalanan,
Xarı bülbül halqalanan,
Nidam,nöqtəm, çalxalanan,
Oyanıbdı, bəxtım, gəldim.
**
Qürur yerim öz bayrağım,
Can verdiyim var torpağım,
Layla çalır hər yarpağım,
Dodağımı sıxıb gəldim.
**
Verərdimmi qurda quşa,
Tarixdi də gedib huşa,
Sən canımın canı Şuşa,
Dumanına baxıb gəldim.
**
Çatla, baxıb bayrağıma,
Üz qoymuşam torpağıma,
Əl vurmuşdun yarpağıma,
Bulud olub yağıb gəldim
**
Rəfiqə Qasımqızı
15.07.2023