Skip to content
2 Mayıs 2026
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

Özgür Basın, Özgür Toplum

Sosyal medya hesaplarımız

  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Primary Menu
  • HABERLER
    • Akademik Makaleler
    • Arapça
    • Azerbaycan
    • Basın
    • Dünya
    • Editörden
    • İngilizce
    • Kitap
    • Kültür – Sanat
    • Türkiye
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Genel Tanıtım
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim
  • Home
  • Azerbaycan
  • Polat Bülbüloğlu 80 Yaşında
  • Azerbaycan

Polat Bülbüloğlu 80 Yaşında

Kerkük Gazetesi 4 Şubat 2025
475954705_10236985925683916_4637862765356491553_n

SƏNƏTKAR

Xalq artisti Polad Bülbüloğlu yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının sənət və mədəniyyət təmsilçisi kimi ün qazanmış müstəsna bir sənətkardır. TÜRKSOY-un ilk başqanı
(1993-2008) olmuş görkəmli sənətkarın adı musiqidən diplomatiyaya, ictimai fəaliyyətdən mədəniyyətin zərif gücünün tətbiqinə qədər geniş bir spektrdə tanınır və qiymətləndirilir. 80 illik ömrü boyu o, təkcə fərdi bir sənətkar kimi deyil, həm də xalqların mənəvi inteqrasiyasını həyata keçirən, mədəniyyət körpüləri salan şəxsiyyət kimi çıxış edib. Bu baxımdan, Polad Bülbüloğlunun yubileyi yalnız milli deyil, daha geniş anlam daşıyan universal bir hadisədir. Bəşərilik əslində, millilik üzərində qurulub-ucalır. Polad Bülbüloğlu da öz sənətində məhz milli ruhu qlobal kontekstdə təqdim etməyi bacarıb.
Sənətkarın Dədəm Qorqudun eposunun motivləri əsasında yaratdığı “Eşq və Ölüm” baleti vurğularımızın parlaq təsdiqidir.

Türk dünyasında ədəbiyyat sahəsində Çingiz Aytmatov son qərinələrin zirvəsidir, musiqidə isə Polad Bülbüloğlu eyni səviyyədə dəyərləndirilə bilər.

Polad Bülbüloğlu yaradıcılığına təkcə musiqi(çi) kimi baxmaq onun geniş və çoxşaxəli fəaliyyətinə dar çərçivədə yanaşmaq olardı. Onun bəstələdiyi musiqilər xalqın ruhunu ifadə edən özəl kodlar daşıyır – Gündoğar melodik gələnəkləri ilə Günbatar musiqisinin çağdaş ritmik dinamikası arasında tarazlıq yaratmaq baxımından Polad Bülbüloğlu yaradıcılığı fenomenaldır. Onun bəstələdiyi mahnılar və musiqilər məhz bu universallıqla hər kəsə doğma görünür. Bu, eyni zamanda, onun dünya musiqi mədəniyyətinə ləyaqətli bir şəkildə daxil olmasının ifadəsidir.

Bəli, Polad Bülbüloğlu yalnız musiqidə universallıq yaratmaqla yetinməyib. Onun mədəniyyət sahəsindəki rəhbərlik fəaliyyəti Azərbaycanın özünü dünyaya yeni imicdə təqdim etməsi ilə yadda qalıb. Polad Bülbüloğlundan danışdıqda, Xalq artisti titulunu və ödüllərini sadəcə bir bioqrafik detala çevirmək olmaz – təltifləri, əslində, onun ölkə və sənət adına gördüyü işlərin rəsmi təsdiqidir. Müstəqil Azərbaycanın ən yüksək dövlət təltiflərinin laureatı olan sənətkar, Prezidentin imzası ilə bu gün daha bir yüksək təltif aldı: 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni!

*
Bir çox sənətkar milli dəyərlərin daşıyıcısıdır, lakin Polad Bülbüloğlu bu dəyərləri beynəlxalq səhnəyə çıxarmağı bacaran azsaylı simalardandır. Azərbaycanın Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli Səfiri kimi fəaliyyəti dönəmində o, Azərbaycan mədəniyyətini diplomatiya ilə uhulətli-suhulətli şəkildə birləşdirərək, dünya ilə ünsiyyət qurdu. Bu, “sənət siyasət deyil, lakin siyasətdən daha güclü bir körpüdür” fəlsəfəsini ortaya qoymuş oldu.

Azərbaycanın (1982), Türkmənistanın (2017), Özbəkistanın (2024), Başqurdistanın (2024) Xalq artisti, Dağıstanın (2015) Əməkdar incəsənət xadimi
olaraq onun gördüyü işlər, mədəniyyət arealları arasında da ortaq dəyərləri tapmaq və onlara yeni həyat verməklə əlamətdardır. Polad Bülbüloğlu fəaliyyətində musiqinin və diplomatiyanın vəhdətini yaratmaqla xalqlar arasında empatiya üçün mükəmməl bir örnək təqdim edib.

Sənətkarın “Gəl, ey səhər”, “Doğma diyar”, “Durnalar”, “Bayatılar”, “Bakı”, “Məni gözlə”, “Bənövşələr” və b. mahnıları təkcə Azərbaycanda deyil, Türk dünyasında da dillər əzbəridir. Bu musiqilərdən axan melodik ruh insanın öz mənəviyyatı ilə dialoqa girməsinə münbit ortam yaradır. Onun musiqisində xalq dastanları ilə çağdaş insanın tənhalığını, milliliklə qloballıq arasında olan harmoniyanı görmək mümkündür. – Zatən, biz Azərbaycanın coğrafi mövqeyini Asiya ilə Avropanın ayrıcı deyil, məhz qovşağı kimi qəbul edirik. Bu qovuşma da öz ruhi energetikasını dalğa-dalğa yayır. Üzeyir bəy Hacıbəyli, Bülbül, Səttar Bəhlulzadə, Rəsul Rza, Qara Qarayev, Niyazi, Rəşid Behbudov, Toğrul Nərimanbəyov, Vaqif Mustafazadə, Məmməd İsmayıl… və əlbəttə, Bülbüloğlu kimi sənətkarlar o dalğaları tutub, sənət fəzasında təcalla etdiriblər…

Yubilyar sənətkarımız dillər əzbərinə çevrilmiş bir çox mahnının müəllifi və onların ifaçısı, habelə, kino-filmlərin, dram tamaşaları musiqilərinin, simfoniya, simfonik poema və b. unudulmaz əsərlərin müəllifidir.

Görkəmli bəstəkar və müğənni, ictimai, sənət və dövlət xadimi, professor Polad Bülbüloğlunun 80 illik yubileyi onun keçdiyi mənalı yolun həm simvolik yekunu, həm də yeni bir mərhələyə keçidi kimi qəbul oluna bilər. Bu yubiley təkcə sənətkarın deyil, onun təmsil etdiyi mədəniyyətin və dəyərlərin təntənəsi, qələbəsidir. O, təkcə keçmişin və günümüzün deyil, gələcək dönəmlərin də mədəniyyət xəritəsində unikal bir iz buraxıb.
Sənətkarın bu ilki yubileyi ərazi bütövlüyümüzün, suverenliyimiz bərpa olunmasının, azad Şuşaya, digər şəhər və kəndlərimizə Böyük Qayıdışın başlanmasının sevinci, qüruru fonunda keçirilir. Bu, mənalı ömrün 80-ci ildönümünü daha da əlamətdar edir.

15 il öncə Azərbaycanda “İlin adamı” seçilərkən, çox haqlı olaraq, onun ərazi bütövlüyü uğrunda apardığımız mübarizəni beynəlxalq ictimaiyyətə səlist təqdim etməsi, diplomatiyaya qoyulan təbii sınırlamalara baxmayaraq cəsarətli açıqlama və müsahibələr verməsi, ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu təsirli şəkildə aşılaması və s. vurğulanırdı.

Azərbaycanın Mədəniyyət naziri (1988–2006), Azərbaycanın Rusiyadakı Fövqəladə və səlahiyyətli səfiri (2006–2024) olmuş sənətkar, Milli Məclisin I və VII çağırış üzvü (1995–2000, 2024-cü ildən), 2024-cü ilin 23 sentyabrından Mədəniyyət komitəsinin sədridir.
Mən incəsənət xadimlərinin, mədəniyyət işçilərinin, ona necə inandıqlarının, dərdləşdiklərinin, uğurlaşdıqlarının şahidiyəm. Mən sənətkarın TÜRKSOY başqanı və Mədəniyyət naziri olduğu dönəmlərdəki əməkdaşlığımızı illər sonra xatırlamasının da şahidiyəm. Buradan öz minnətdarlığımı bir daha bildirirəm. Heç təsadüfi deyil ki, Polad müəllim Mədəniyyət komitəsinin sədri kimi, QHT-lərə ilk məktubunu məhz Dünya Gənc Türk Yazarlar Birliyinə (25 illik yubileyə görə) ünvanladı. Sədr müavini olduğum Mədəniyyət Nazirliyinin İctimai Şurası ilə görüş təklifimi müzakirəsiz qəbul etdiyini də bura minnətdarlıqla yazıram. Bunlar Polad Bülbüloğlunun bir sənət və dövlət xadimi olaraq qayğıkeşkiyinin, nəcibliyinin və xeyirxahlığının göstəriciləridir.

Belə şəxsiyyətlər haqqında düşünəndə, onların nə qədər böyük bir missiyanı həyata keçirdiklərinin fərqinə varırıq. Polad Bülbüloğlu kimi nadir simaların fəaliyyəti insanları ruhlandırır, xalqlar arasında bağları dərinləşdirir və mədəniyyətin nə qədər sınırsız olduğunu bizə xatırladır.

Sənətkarın yubileyi qutlu olsun!

Əkbər QOŞALI

Paylaş:

Continue Reading

Previous:  KKTC: Bölgesel Plan Değişiyor mu?
Next: Necdet Kocak’ın Evrakları Arasında Abdülhalik Beyatlı’ya Ait Önemli Elyazmaları

Related Stories

1777475163309106343_1200x630
  • Azerbaycan

WUF13: Another global platform for sustainable cities and secure future

Kerkük Gazetesi 30 Nisan 2026
f1a14b7db8b2a0e500abb3744f01348f
  • Azerbaycan

Ankarada Əməkdaşlıq müqaviləsi imzalanıb

Kerkük Gazetesi 29 Nisan 2026
0a475cc3-e609-4f23-ad39-96eac51616faff
  • Azerbaycan

Kərkük: Tarixi Ədalətsizlik və Beynəlxalq Sorumluluq

Kerkük Gazetesi 27 Nisan 2026

Güncel Haberler

Trump: Ez-Zeydi’ye Irak hükümetini kurma çabalarında başarılar diliyoruz bf59167411_epa_69420bd5938a-1765936085 1

Trump: Ez-Zeydi’ye Irak hükümetini kurma çabalarında başarılar diliyoruz

1 Mayıs 2026
WUF13: Another global platform for sustainable cities and secure future 1777475163309106343_1200x630 2

WUF13: Another global platform for sustainable cities and secure future

30 Nisan 2026
Kerkük’te Vali Türkmen olunca ! 672110748_1255338893437846_692569919958448453_n 3

Kerkük’te Vali Türkmen olunca !

29 Nisan 2026
حضر مستشار الشؤون التعليمية والثقافية في السفارة العراقية بأنقرة المؤتمر الدولي للهوية الوطنية وتراث القرابة DSC07659 4

حضر مستشار الشؤون التعليمية والثقافية في السفارة العراقية بأنقرة المؤتمر الدولي للهوية الوطنية وتراث القرابة

29 Nisan 2026
Irak’ın Ankara Büyükelçiliği Eğitim ve Kültür Müşaviri “Milli Kimlik ve Soydaşlık Mirası Uluslararası Konferansına katıldı DSC07659 5

Irak’ın Ankara Büyükelçiliği Eğitim ve Kültür Müşaviri “Milli Kimlik ve Soydaşlık Mirası Uluslararası Konferansına katıldı

29 Nisan 2026

Editörden

8a680ac8-4ae7-4206-affa-f7b541cd7857
  • Azerbaycan
  • Editörden

Şemsettin Küzeci’nin Azerbaycan Kitaplarının imza günü

11 Ocak 2026
178386911_1925588547591950_2559509787806110237_n
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Haberler
  • Türkmeneli
  • Yazarlar

Irak Türkmen Cephesi 26 Yaşında

24 Nisan 2021
ALTUNKÖPRÜ ŞEHİTLERİ (1)
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Türkmeneli
  • Yazarlar

30. Yılında Kerkük’te Altunköprü Katliamı

28 Mart 2021

Videolar

eed5bfac-185e-4361-a144-ea9eb702ee9d
  • Azerbaycan
  • Basın
  • Haberler
  • Türk Dünyası
  • Türkmen Edebiyatı
  • Video
  • Videolar

Kerkük’ün Milli Yazarı Ata Terzibaşı’nın Hayatı Filim Oldu

26 Aralık 2024
demirel
  • Haberler
  • Türk Dünyası
  • Türkiye
  • Türkmeneli
  • Videolar

20 önce Süleyman Demirel Irak Türkmen Öğretmenlerini kabul etmişti

23 Aralık 2020
indir
  • Basın
  • Haberler
  • Türkmen Basını
  • Türkmeneli
  • Videolar

Kerkük Gazetesi’nin YouTube kanalı açıldı

16 Kasım 2020

Foto Galeri

DSCI8493
  • Basın
  • Foto Galeri
  • Haberler

Türkmeneli TV’nin eski Teknik Müdürü Sacit Baydar Vefat etti

17 Ekim 2020
M ZİYA1
  • Foto Galeri
  • Kitap
  • Kütüphane

Mustafa Ziya’nin Küçük Not Defterinden Şiirler kitabı çıktı

20 Ocak 2020
1828866_620x410
  • Foto Galeri

ABD’li komutandan Münbiç’e ziyaret!

8 Şubat 2018
Facebook
kerkuk_turkuleri
Youtube

AMACIMIZ

Irak’taki Türkmenlerin gerçek anlamda varlıklarını, birlik ve beraberliklerini sağlamak; gazete yoluyla da sıkıntılarını, kültürlerini ve varlıklarını dünyaya tanıtmak ve Türk dünyası arasında bir köprü oluşturmaktır.

Bizi Takip Edin

Facebook Twitter Youtube Instagram
Menu
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim

  • HABERLER
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Genel Tanıtım
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Copyright © All rights reserved. | MoreNews by AF themes.