
Ölüm Gəlmə, Yuxum Gəlmir
Ali Hacı
Günü sovurma havaya,
Vaxt,zamanın ölçüsüdür !
Göz-görməyin nişanəsi,
Ruh,bu canın ölçüsüdür !
Haqqın donu öz içində,
Sirr,gizlənir söz içində !
Min dağ gördüm düz içində,
Qəflət,anın ölçüsüdür !
Olmaq-halın görüntüsü,
Coşmaq-yalan görüntüsü !
Namus,yolun ən itisi
Qeyrət,şanın ölçüsüdür !
Sən,Arazdan su içirsən
Mən,ayrılığdan !
Bu qəm dağının başındayam,
Sən,ayağında !
Bu,tayda bir söyüd ağacı su içir,
O,tayda bir daş !
Bura yer üzündən küsüb,
Orda,göy üzünün yeri-yaş !
Yol şəkirəm,
Gözlərimdən göy üzünə !
Ayrlığın şəklini çəkirəm,
Bölünmüş Ay üzünə !
Səssizlikdə boğulur,
Günahlardan doğulan ağrılar !
“Səs salsan”,qorxuya bax…
“Anan ağlar” !
Anam ağlar,
Türkmənçaydan anam ağlar !
Gülüstan-Ölümstan,
Hər tayda anam ağlar !
Gülən varmı bu sabah?!
Yanında yar kəsilim !
Qurbanlıq qan istəyir,
Vərəq-vərəq söz kəsim !
Kəs qayadan bu daşı,
Yon günümə su daşı !
Dərd qaynayır,qəm daşır
Yanımda yox yar,kəsim !
Gün ağla bu günümə,
Gözünü yu günümə !
Qalaylanıb gün,günə
Yox ayıran bir kəsim !
Gələn yoxdur ağrısız,
Sən də gəlib ağri sız !
Düz danışan “ağılsız”,
Söz tanımır hər kəsim !
Gülən varmı bu sabah?!
Yanında yar kəsilim !
Qurbanlıq qan istəyir,
Vərəq-vərəq söz kəsim !
***