Üşüt , Fələk!
Üşüt mənim nəfəsimi,
Elə üşüt, şaxta tutsun ciyərimi,
Ürəyimi
Hiss etməsin bu Dünyanın gərdişini
Üşüt mənim saçlarımı
Donsun, tel-tel
Axtarmasın isti dodaq şəhvətini
Üşüt mənim gözlərimi
Donsun , sel-sel
Ağlamasın,
Yolda qoysun həsrətini…
Üşüt yeri, üşüt Göyü
Fırlanmasın,
Donsun Dünya.
Yerin oxu
Dolanmasın Kainatı
Yenə çaş-baş
Ömrümüzün
Bərkiməmiş fidanları
Dolandıqca qopur,
Düşür yaş-yaş
Gəlir yenə yaş üstə yaş….
Nesibe Nesib Qizi