Skip to content
24 Nisan 2026
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

Özgür Basın, Özgür Toplum

Sosyal medya hesaplarımız

  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Primary Menu
  • HABERLER
    • Akademik Makaleler
    • Arapça
    • Azerbaycan
    • Basın
    • Dünya
    • Editörden
    • İngilizce
    • Kitap
    • Kültür – Sanat
    • Türkiye
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Genel Tanıtım
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim
  • Home
  • Türkmeneli
  • “… Kərkük bir məmləkətdir, Anahtarı – Qəzənfər”
  • Azerbaycan
  • Türk Dünyası
  • Türkmeneli

“… Kərkük bir məmləkətdir, Anahtarı – Qəzənfər”

Kerkük Gazetesi 28 Şubat 2022
GAZANFER PAŞAYEVA, BİBLİYOGRAFYA

“… Kərkük bir məmləkətdir, Anahtarı – Qəzənfər”

 Dr. Şəlalə Ana Hümmətli,

 Elə ilk günündən mənimçün olduqca yaddaqalan və dəyərli olan “Günlərdən şeir” layihəsinin bu cümə günü – 28 iyulda artıq dördüncü tədbiri keçiriləcək. Və layihə rəhbəri Xəyal Rzanın sözləri ilə desək, “şeirli dünyaya düşmək istəyən hər kəs dəvətlidir”. Üç şeir günü isə artıq tarixə çevrildi. İkincisində, Rusiyada yaşayan şairimiz Nəsib Nəsiboğlu və onun qonağı şair Adil Cəmillə görüşdə iştirak edə bilməsəm də (Tədbir iş saatlarımda keçirildiyi üçün hər həftə iştirak etmək çətindir.

Məncə, keçirildiyi saat  bir qədər dəyişdirilsə, gözəl olardı), ötən həftəki üçüncü şeir günündə İraqdan gələn Kərkük şairi Faruk Faiq Köprülüylə  görüşdə iştirak etmək imkanım oldu. Kərküklü şair və onun hörmətli qonaqlarını bizə tanınmış ədəbiyyatşünas alim, İraq-Kərkük ədəbiyyatının, folklorunun yorulmaz   tədqiqatçısı kimi tanınıb sevilən professor Qəzənfər Paşayev təqdim etdi. Uzun illər öncə “Altı il Dəclə-Fərat sahillərində” adlı kitabıyla tanıyıb sevdiyimiz bu dəyərli alimi İraq  türkmənləri haqlı olaraq “Kərkükün oğlu” adlandırırlar. Elə “Günlərdən şeir”in qonağı Faruk Faik bəyin də böyük bir şövqlə söylədiyi şeirlər, xoyratlar içərisində bir neçəsi məhz Qəzənfər müəllimə həsr olunmuşdu.

“… Kərkük bir məmləkətdir,

     Anahtarı – Qəzənfər.”

 Yazdığı bayatılardan birinin, təəssüf ki, təkcə son misraları yadımda qaldı. Amma bayatının əsas fikri, canı, özəyi də elə son misralarda olur, axı… “Kərkük məmləkəti”ndəki qardaşlarımızın həyatını, mənəvi dünyasını özündə əks etdirən İraq-Kərkük folklorunun, ədəbiyyatının – söz dünyasının qapısını açan bu gözəl tədqiqatçı-alim özü isə xalq şairi Rəsul Rzanın da bu sahədəki əməyini  dəyərləndirərək onu  hörmətlə yad etdi. Faruk Faiq  bəyin şövqlə və coşğun bir tərzdə oxuduğu şeirlərilə  yanaşı, Qəzənfər müəllimin həzin bir tərzdə səsləndirdiyi   Kərkük xoyratları şeir gününün gözəlliyinə xüsusi rəng qatdı.Tədbirin sonunda  alim əsərlərinin yeddicildliyini şair qonağımıza hədiyyə etdi. Milli kitabxana tərəfindən də Kərküklü qonaqlara milli-mədəni tariximizi əks etdirən kitablar bağışlandı. Faruk Faik Köprülünün şeirsevərlərə hədiyyə etdiyi kitablardan biri də mənə çatdı. “Türk dünyasına  selam (Destan)” adlı bu kitabı şair “Türk dünyası şairlerinə və  özəlliklə Təbrizli şair Şəhriyarın ruhuna ithaf” edib.

                    Şehriyarım, bu benim şeker dilim,

                    Naziri yok, dünyaya değer dilim,

                    Dost yolunda mühübbet eker dilim,

                    Barış sever,ötüşü sevgi kuşu,

                    Güzel okur, güzel türkçe  konuşu.

                                          * *

                     … Şehriyarım yaseminler açanda,

                     Misk kokusun yere göge saçanda,

                   Size doğrü sevgi kuşu uçanda

                    Selam etsin Köprülüden sizlere,

                   Kanat açsın güneş dek gündüzlere.

 “Günlərdən şeir” layihəsinin tədbirlərində mənə hədiyyə olunan iki kitabın hər biri ayrıca bir tədqiqat və məqalə mövzusu olmağa layiqdir. “Günlərdən şeir”i Türk şeirini, şairlərini tanıtmaqda, türkcəmizi, ədəbiyyatımızı qorumaqda – Türk birliyini yaşatmaqda gözəl bir addım kimi dəyərləndirir, bu gözəl layihənin rəhbəri şair Xəyal Rzaya, bu işdə əməyi olan hər kəsə bir daha uğurlar arzulayır və  yazımı Mehmet Nuri Parmaksızın  “Bencileyin sözler”iylə  bitirmək istəyirəm:

Şeirin məktəbinə hər dövrdə bir çox tələbə qeydiyyat olunur, amma bu məktəbdən məzun olan çox azdır.

Şeirin faydasızlığından bəhs edənlərin özlərinə faydaları varmı, yoxmu – araşdırmaq gərəkdir.

                                                           * *

Bir hədiyyə min qapı aça bilər, lakin ən dəyərlisi könül alandır.

ədəbiyyatşünas-şair, filologiya üzrə fəlsəfə doktoru

http://turkustan.info/2017/07/27/gunl%C9%99rd%C9%99n-seir-esqd%C9%99ki-mu%C9%99mma-v%C9%99-turk-dunyasina-salam/

Paylaş:

Continue Reading

Previous: Araştırmacı Yazar Necmettin Evci’den İslam Sanatında Estetik Konferansı
Next: Eski Devlet Bakanı Sadi SOMUNCUOĞLU vefat etti

Related Stories

EHİTLERİN ANNESİ
  • Azerbaycan

Kerkük Gazetesi 20 Nisan 2026
672681413_1535742555105792_36001183806372055_n
  • Türk Dünyası

Kerkük’e 102 Yıl Sonra Bozkurt Duruşlu Türkmen Vali

Kerkük Gazetesi 19 Nisan 2026
0a475cc3-e609-4f23-ad39-96eac51616faff
  • Azerbaycan

Tarixin Lal Şahidləri: Kərkük və Mosulun Diplomatik Tənhalığı

Kerkük Gazetesi 18 Nisan 2026

Güncel Haberler

Yeni Dünya Aranıyor image 1

Yeni Dünya Aranıyor

21 Nisan 2026
Kürşat Çavuşoğlu ve Mohammed Ziyad Taher çifti altın madalya kazandı 673766955_2514876448934074_4886264264891818050_n 2

Kürşat Çavuşoğlu ve Mohammed Ziyad Taher çifti altın madalya kazandı

21 Nisan 2026
Kerkük Kültür Derneği’nden Irak Büyükelçiliği’ne ziyaret 2 3

Kerkük Kültür Derneği’nden Irak Büyükelçiliği’ne ziyaret

20 Nisan 2026
EHİTLERİN ANNESİ 4

20 Nisan 2026
Antalya Diplomasi Forumu 2026 sona erdi thumbs_b_c_6cb9d58b7484085b3cbd5c2cae7468db 5

Antalya Diplomasi Forumu 2026 sona erdi

20 Nisan 2026

Editörden

8a680ac8-4ae7-4206-affa-f7b541cd7857
  • Azerbaycan
  • Editörden

Şemsettin Küzeci’nin Azerbaycan Kitaplarının imza günü

11 Ocak 2026
178386911_1925588547591950_2559509787806110237_n
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Haberler
  • Türkmeneli
  • Yazarlar

Irak Türkmen Cephesi 26 Yaşında

24 Nisan 2021
ALTUNKÖPRÜ ŞEHİTLERİ (1)
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Türkmeneli
  • Yazarlar

30. Yılında Kerkük’te Altunköprü Katliamı

28 Mart 2021

Videolar

eed5bfac-185e-4361-a144-ea9eb702ee9d
  • Azerbaycan
  • Basın
  • Haberler
  • Türk Dünyası
  • Türkmen Edebiyatı
  • Video
  • Videolar

Kerkük’ün Milli Yazarı Ata Terzibaşı’nın Hayatı Filim Oldu

26 Aralık 2024
demirel
  • Haberler
  • Türk Dünyası
  • Türkiye
  • Türkmeneli
  • Videolar

20 önce Süleyman Demirel Irak Türkmen Öğretmenlerini kabul etmişti

23 Aralık 2020
indir
  • Basın
  • Haberler
  • Türkmen Basını
  • Türkmeneli
  • Videolar

Kerkük Gazetesi’nin YouTube kanalı açıldı

16 Kasım 2020

Foto Galeri

DSCI8493
  • Basın
  • Foto Galeri
  • Haberler

Türkmeneli TV’nin eski Teknik Müdürü Sacit Baydar Vefat etti

17 Ekim 2020
M ZİYA1
  • Foto Galeri
  • Kitap
  • Kütüphane

Mustafa Ziya’nin Küçük Not Defterinden Şiirler kitabı çıktı

20 Ocak 2020
1828866_620x410
  • Foto Galeri

ABD’li komutandan Münbiç’e ziyaret!

8 Şubat 2018
Facebook
kerkuk_turkuleri
Youtube

AMACIMIZ

Irak’taki Türkmenlerin gerçek anlamda varlıklarını, birlik ve beraberliklerini sağlamak; gazete yoluyla da sıkıntılarını, kültürlerini ve varlıklarını dünyaya tanıtmak ve Türk dünyası arasında bir köprü oluşturmaktır.

Bizi Takip Edin

Facebook Twitter Youtube Instagram
Menu
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim

  • HABERLER
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Genel Tanıtım
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Copyright © All rights reserved. | MoreNews by AF themes.