Skip to content
17 Mayıs 2025
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

Sosyal medya hesaplarımız

  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Primary Menu
  • HABERLER
    • Akademik Makaleler
    • Arapça
    • Azerbaycan
    • Basın
    • Dünya
    • Editörden
    • İngilizce
    • Kitap
    • Kültür – Sanat
    • Türkiye
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim
  • Home
  • Azerbaycan
  • “İraq mətbuat tarixi” kitabı ictimaiyyətə təqdim edilib
  • Azerbaycan

“İraq mətbuat tarixi” kitabı ictimaiyyətə təqdim edilib

Kerkük Gazetesi 30 Aralık 2019
3

 

“İraq mətbuat tarixi” kitabı ictimaiyyətə təqdim edildi və​ İraq türkmanları soydaşlarımızla əməkdaşlığın genişləndirilməsinin vacibliyi müzakirə olundu.​ ​

Regional Hüquqi və İqtisadi Araşdırmalar İctimai Birliyinin ​ təşkilatçılığı ilə “Azərkitab” Kitab Təbliğatı Mərkəzində “İraq mətbuat tarixi” (1869-2019) kitabı təqdim edildi. Tədbiri giriş sözü ilə açan Regional Hüquqi və İqtisadi Araşdırmalar İctimai Birliyinin ​ İctimai Birliyinin sədri Arzu Bağırova İraqın Azərbaycan üçün dost ölkə olduğunu bildirdi. O, öz fəaliyyyəti ilə iki ölkə arasında dostluğa töhfə verən dəyərli ziyalı, bir çox kitabların müəllifi, doktor Şəmsəddin Kuzəçinin kitabının nəşrini həyata keçirməkdən​ və ictimaiyyətə təqdim etməkdən məmnun olduğunu vurğuladı:” Tarixən İraqla hər zaman yaxın əlaqələrimiz olub və bu bu gün də ziyalılarımızın simasında davam edir. Bu cür tədbirlər əlaqələrimizi daha da möhkəmləndirir, Azərbaycanı İraqa, İraqı Azərbaycana daha da doğmalaşdrır. Professor Qəzənfər Paşayevin “Altı il Dəclə Fərat sahilində” kitabı bizə İraqı daha çox sevdirən və tanıdan kitab kimi bu gün də sevilir və oxunur. Ümid edirik ki, təqimatına toplandığımız bu kitab da ictimaiyyət, xüsusilə də media nümayəndələri üçün maraqla qarşılanacaq.”​

Kitabın müəllifi Şəmsəddin Küzəçi bildirdi ki, kitab​ gərgin araşdırmalar, uzun zaman ərzində ərsəyə gəlib. ​ İstər İraqda, Kərkükdə, istərsə də Türkiyədə jurnalistika fəaliyyəti dövründə apardığı araşdırmaların nəticəsinin kitabda toplandığını qeyd etdi. İraq türkmanlarının və Azərbaycan xalqının eyni soydan gəldiyini, ortaq mədəniyyətin, dilin, folklore malik olduqlarını xatırladan müəllif​ Kərkük xoryat və manilərinin Azərbaycanda da məşhur olduğunu, azərbaycanlı sənətkarlar tərəfindən sevilərək ifa edildiyini qeyd etdi.​ Kitab müəllifi tarixin müxtəlif dövrlərində İraq​ mediasının keçdiyi mərhələlərdən söz açdı, bütün dövrlərdə jurnalistlərin cəmiyyətdə baş verən hadisələri işıqlandırmaq istəyi və mübarizə əzminin​ olduğunu vurğuladı.​ İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri professor​ Fadil Al-Şuveyli ​ nəşr edilmiş kitabı yüksək qiymətləndirdi və bu cür təşəbbüslərin İraq və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirəcəyini vurğuladı. Mətbuat Şurasının sədri, kitabın ön sözünün müəllifi Əflatun Amaşov 150 illik İraq mətbuat tarixinin bu kitabda əks olunduğunu söyləyərək çoxsaylı dəyərli mənbələr əsasında əhəmiyyətli nəşr ərsəyə gətirildiyini qeyd etdi. Kitabı İraq jurnalistikasını öyrənmək üçün əsas ensklopedik nəşr adlandıran Mətbuat Şurasının sədri kitabın İraq mətbuatı ilə daha yaxından tanış olmaq istəyənlər üçün dəyərli mənbə olduğunu əlavə etdi. Şəmsəddin Kuzəçinin bir ziyalı olaraq fəaliyyətinin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə olduğunu əlavə etdi və yazıçıya yaradıcılığında uğurlar arzuladı.

Milli Məclisin V çağırış üzrə üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri Qənirə Paşayeva ərəbdilli ölkələr arasında Azərbaycana ən yaxın və doğma ölkənin İraq olduğunu xüsusi vurğuladı. İstər jurnalistlik fəaliyyəti dövründə, istərsə də Milli Məclis üzvü kimi dəfələrlə İraqda olduğunu bildirən Qənirə Paşayeva orada 3 milyon soydaşımızın-türkmanların yaşadığını xatırlatdı: “Bizim ədəbiyyatımızın, şeirimizin böyük ustadlarından olan Məhəmməd Füzuli, böyük alimimiz Nəsrəddin Tusi məhz İraq torpağında uyuyur. Azərbaycan İraqla münasibətlərin yüksək səviyyədə olmasına çox önəm verir. İraq da bu əlaqələrin daha da inkişafına diqqət edir. Müharibədən əvvəl və sonra da İraqda olarkən ziyalılar, rəsmilərlə görüşlərdə onların Azərbaycana olan xoş münasibətin, iki ölkə arasında əlaqələrin inkişafında istəkli olduqlarının şahidi olmuşam. İndi iki ölkə arasında açılan aviareyslər də​ gediş-gəlişin, səfərlərin artmasına öz müsbət təsirini göstərir.”

İraq mətbuat tarixi ilə bağlı yazılmış bu kitaba, eləcə də Azərbaycan-İraq arasındakı dostluq əlaqələrinə və İraqda yaşayan soydaşlarımıza diqqət və həssaslıqla yanaşdıqları üçün iştirakçılara, Şəmsəddin Küzəçi başda olmaqla kitabda əməyi keçən şəxslərə və kitabın nəşr edilib ictimaiyyətə təqdim edilməsində Regional Hüquqi və İqtisadi Araşdırmalar İctimai Birliyinin rəhbəri Arzu Bağırovaya təşəkkür etdi. “Şəmsəddin bəylə bu kitab barədə söhbət edərkən Regional İqtisadi və Hüquqi Araşdırmalar İctimai Birliyinin sədri Arzu xanım onu nəşr və təqdimatını həyata keçirə biləcəyini söyləmişdi. Bu dəyərli təşəbbüsə görə təşəkkür edirəm. Kitaba Mətbuat Şurasının sədri Əflatun bəyin ön söz yazması ona ayrı bir daha anlamlı məna qatdı. Şəmsəddin bəyi uzun illərdir, tanıyıram. O, İraqla Azərbaycan arasında mənəvi körpülərin qurulması və gücləndirilməsində böyük əməyi olan ziyalılarımızdandır. Müntəzəm olaraq Azərbatcanın İraqda tanınması, oradakı soydaşlarımızın səsinin Azərbaycanda duyurulması üçün ziyalı, yazar olaraq bir çox işlər görüb. Ədəbi-mədəni əlaqələrin inkişafına töhfə verən layihələr bunlardandır. Sizi təbrik edirəm, hələ qarşıda yenə önəmli layihələr bizi gözləyir. Qeyd edim ki, Şəmsəddin bəy yeni kitab üzərində işləyir, ümid edirəm ki, onun da təqdimatına toplaşacağıq.”

Daha sonra çıxış edən kitabın redaktoru Azər Həsrət kitabın Azərbaycan mediası üçün əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, hər iki ölkə KİV-i arasında əlaqələrin intensivləşməsi və əməkdaşlıqların gücləndirilməsi olduqca önəmlidir.Kitabın digər redaktoru Atatürk Mərkəzinin şöbə müdürü, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, “Vektor” nəşriyyatının rəhbəri Elçin İsgəndərzadə, Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyi sədri Tahirə Məmmədova, kitabı türlkiyə türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdıran Əfsanə Ələsgərli və digərləri çıxış edərək kitabla bağlı fikirlərini bildirdilər.​ Sonda kitabın ərsəyə gəlməsində əməyi keçən şəxslərə, RHİM sədri Arzu Bağırovaya, millət vəkili Qənirə Paşayevaya və Kərkük Kültür Dərnəyinin​ rəhbəri dr. Şəmsəddin Kuzəçiyə İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri professor​ Fadil Al-Şuveyli ​ təşəkkürnamə təqdim edib. Kərkük Kültür Dərnəyinin​ rəhbəri dr. Şəmsəddin Kuzəçi də kitabın hazırlanlamsı, çapı, təqdimatı və dərnəyə hər zaman dəstəyinə görə millət vəkili Q.Paşayevaya, RHİM sədri Arzu Bağırovaya ​ Kərkük Kültür Dərnəyi adından plaket və xidmət ödülü, Atatürk Mərkəzinin şöbə müdürü, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı Əkbər Qoşalıya, kitabı türlkiyə türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdıran Əfsanə Ələsgərliyə, kitabın redaktoru Azər Həsrətə, Mətbuat Şurasının sədri Əflatun Amaşova, Azərikitab rəhbərliyinə isə təşəkkürnamə təqdim edib.​ Daha ​ sonra müəllif kitabı oxucuları üçün imzaladı.

 Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

Paylaş:

Continue Reading

Previous: Azerbaycan Rüzgarı TV Programı ve Bengü Türk
Next: ABD, Irak ve Suriye’de İran destekli Hizbullah tugaylarını vurdu

Related Stories

file (1)
  • Akademik Makaleler

«Yenı Bir Ritim»: Xosrov Barışanın Şeirinə Postmodern Yanaşma

Kerkük Gazetesi 14 Mayıs 2025
484706367_693480616345057_4633719267356651412_n
  • Azerbaycan

Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor

Kerkük Gazetesi 14 Mayıs 2025
24cbb0a3-95e1-4554-83b1-5a9368a4b38e
  • Azerbaycan

Seadet Qerib’ten Aşk Acısı

Kerkük Gazetesi 13 Mayıs 2025

Güncel Haberler

Bağdat’ta Arap Zirvesi Başladı Adsız 1

Bağdat’ta Arap Zirvesi Başladı

15 Mayıs 2025
Türkmen Lideri Şehit Mustafa Kemal Yayçılı Kerkük’te anıldı 6bebdfdf-2acd-436d-8c47-19e9217c25f1 2

Türkmen Lideri Şehit Mustafa Kemal Yayçılı Kerkük’te anıldı

15 Mayıs 2025
Bağdat’ta Arap Zirvesi Dışişleri Bakanları Hazırlık Toplantısı Başladı aa 3

Bağdat’ta Arap Zirvesi Dışişleri Bakanları Hazırlık Toplantısı Başladı

15 Mayıs 2025
«Yenı Bir Ritim»: Xosrov Barışanın Şeirinə Postmodern Yanaşma file (1) 4

«Yenı Bir Ritim»: Xosrov Barışanın Şeirinə Postmodern Yanaşma

14 Mayıs 2025
Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor 484706367_693480616345057_4633719267356651412_n 5

Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor

14 Mayıs 2025

Editörden

178386911_1925588547591950_2559509787806110237_n
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Haberler
  • Türkmeneli
  • Yazarlar

Irak Türkmen Cephesi 26 Yaşında

24 Nisan 2021
ALTUNKÖPRÜ ŞEHİTLERİ (1)
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Türkmeneli
  • Yazarlar

30. Yılında Kerkük’te Altunköprü Katliamı

28 Mart 2021
120594794_3362293387141128_9047910336164904962_n
  • Azerbaycan
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Türk Dünyası
  • Yazarlar

Karabağ Bizimdir. Karabağ Azerbaycan’dır

18 Ekim 2020

Videolar

eed5bfac-185e-4361-a144-ea9eb702ee9d
  • Azerbaycan
  • Basın
  • Haberler
  • Türk Dünyası
  • Türkmen Edebiyatı
  • Video
  • Videolar

Kerkük’ün Milli Yazarı Ata Terzibaşı’nın Hayatı Filim Oldu

26 Aralık 2024
demirel
  • Haberler
  • Türk Dünyası
  • Türkiye
  • Türkmeneli
  • Videolar

20 önce Süleyman Demirel Irak Türkmen Öğretmenlerini kabul etmişti

23 Aralık 2020
indir
  • Basın
  • Haberler
  • Türkmen Basını
  • Türkmeneli
  • Videolar

Kerkük Gazetesi’nin YouTube kanalı açıldı

16 Kasım 2020

Foto Galeri

DSCI8493
  • Basın
  • Foto Galeri
  • Haberler

Türkmeneli TV’nin eski Teknik Müdürü Sacit Baydar Vefat etti

17 Ekim 2020
M ZİYA1
  • Foto Galeri
  • Kitap
  • Kütüphane

Mustafa Ziya’nin Küçük Not Defterinden Şiirler kitabı çıktı

20 Ocak 2020
1828866_620x410
  • Foto Galeri

ABD’li komutandan Münbiç’e ziyaret!

8 Şubat 2018
Facebook
kerkuk_turkuleri
Youtube

AMACIMIZ

Irak’taki Türkmenlerin gerçek anlamda varlıklarını, birlik ve beraberliklerini sağlamak; gazete yoluyla da sıkıntılarını, kültürlerini ve varlıklarını dünyaya tanıtmak ve Türk dünyası arasında bir köprü oluşturmaktır.

Bizi Takip Edin

Facebook Twitter Youtube Instagram
Menu
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim

  • HABERLER
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Copyright © All rights reserved. | MoreNews by AF themes.