Skip to content
16 Mayıs 2025
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

Sosyal medya hesaplarımız

  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Primary Menu
  • HABERLER
    • Akademik Makaleler
    • Arapça
    • Azerbaycan
    • Basın
    • Dünya
    • Editörden
    • İngilizce
    • Kitap
    • Kültür – Sanat
    • Türkiye
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim
  • Home
  • Azerbaycan
  • Gülnarə Israfil’den İki Adam
  • Azerbaycan
  • Türk Dünyası

Gülnarə Israfil’den İki Adam

Kerkük Gazetesi 21 Kasım 2022
316428232_3319470328270580_3885044041260141305_n
İki adam
Gülnarə Israfil
Qurban olum ey yaradan, dara düşən kimi əllərim açılır sənə, ayağım bir azca genişliyə çıxdımı, unudulursan. Niyə də unutmayım, xalxın maşa kimi qızları ərə gedib oğul uşaq sahibi oldular, mənsə namus qeyrət telylədim. Biri mənə səni “öpürəm” deyən kimi əlaqəni qırdım. Gərək görücülüklə gedəsən indi nə oğlanında abır -həya var, nə qızında. Yalan yerə deməyiblər ki, “Qonşun yaxşı qonşu olsa kor qızın da ərə gedər” Gəlin bir xeyli hərflərdən yan-yana düzək, keçəl qızın da ərə gedər, şikəst qızın da, pinti qızın da. Öz- özümə danışıram başıma hava gələcək…İndiki zəmanədə görücü yolu ilə evlənməyə də pis baxırlar, nə edəsən bu məmləkətdə ki, namusun, dəyərin, əxlaqın güvənin aradan getməsin?
Günəş səhər tezdən nənəsinin dağı arana, aranı dağa çəkməsini xeyli düşündü. O vaxtı nənəsi rəhmətlik deyərdi: “Oğul, bu gejə gözümə çimir getməyib, dağı arana, aranı dağa daşımışam”. İnanırdı elə bilirdi nənəsi doğrudan bu işlə məşğul olub səhərəcən dağı arana, aranı dağa köçürüb, çün ki o heç vaxt dilinə yalan söz gətirməmişdi.
– Ay nənə, onu necə daşımısan, aranı dağa, dağı arana daşımaqmı olar tək başına? Nənəsi qəş edib yıxılıb gözündən yaş gələnə qədər ucadan gülərdi. Üzündəki təbəssüm, Günəşi görəndə qəhqəhəyə çevrilərdi, nənəsinin onunla zarafatlaşdığını fikirləşib, boş-bekar adam axtardığını zənn edib, hələ bir ürəyində yazığı da gələrdi…
Nənə xeyli yaşlanmışdı, müharibənin dul qoyduğu, gəlin nənə nəvəni ancaq evli-eşikli, uşaqlı, ər qayğısını çəkən görürdü. Arada bir köks ötürüb, pıçıltı ilə öz-özünə danışırdı.
“Yazıq balam hardan bilsin ki, bu dünyadakı adamlar nə qədər zalımdırlar?” İçində böyük xof var idi. Elə bilirdi qızı nəzərindən qoysa nəsə bədbəxt hadisə baş verəcək.
– Bax bala; bir gün böyüyüb oğul uşaq sahibi olacaqsan, pisi yaxşıdan ayıracaqsan, sənin öz evin olacaq, öz dostun tanışların onda heç kəsə güvənmə. İnsanlara güvən olmaz! Bircə dəfə dişinin dibindən, oxuyub adam olacaqsan, çoxlu tanışların, güvəndiyin dostların olacaq, kimsəyə möhtac olmayacaqsan sözləri çıxmadı. Günəş, ilan çalmış kimi gəzişirdi.
– İndi mənə kimin yazığı gələcək, ay məzarda torpaqlaşmış…
Torpaq demişkən bir hadisə yadıma düşdü. Bir gün məzarlıqdan bir gül bitmişdi, gülə yaxın qəbir daşının üstünü oxudum; Əliyeva Lalə, İsa qızı, 25. 05.1991-ci il. O gəlin kimdir? Görəsən övlad həsrəti ilə tutuşan biridirmi, yoxsa bətnində uşaq ağlayan, ya uşağını yuxuya verib intihar edən… Sualları özümə hər verdiyimdə bir nar çiçəyi ağacdan qopub yerə düşürdü, ikilikdir bu. Beynimdən sürətlə keçdi, yüz faiz bu rəhmətliyin ruhudur gülə çevrilib.
Gənc gəlin qara mərmərdə elə dayanmışdı ayaq üstündə, elə bil dünyaya rişxənd edirdi, külü qoyum sənin dünya başına, adamlara sahib çıxa bilmirsən, üstündə gəzdirdiyin heyvanları, həşaratları ya udursan, ya da uddurursan. Bax, bu gəlin ömrümlə sənə yazığım gəlir. Başa düşə bilmirəm iki əlli səndən yapışanlar sənin harandan hansı səmtindən səni ələ keçirdiklərini güman edirlər? Gülümsədi, necə müddət idi, dodağını qaçıran ciddi bir şey olmamışdı həyatında. Nənəsi dünyasını dəyişəndən sonra, nənəsinin bacısı evi öz adına keçirmişdi. İndi yer üzündəki insanların çoxu ona saxta, vecsiz, iyrənc görünürdülər.
İki gün əvvəl, toy gecəsi qonşunun qızı “Ginekoloq”un yanına əməliyyata getdiyini, Günəşdən gizlətməmişdi. Bu qızı sevməsə də sözünü də kəsə bilməmiş, qonşuluq naminə axıra qədər dinləmək məcburiyyətində qalmışdı, həm qızın anasının eşitməsindən ehtiyyat etmişdi…
– Bilirsən, Günəş, beş günlük dünyadır hamımız ölüb gedəcəyik, canımız torpağın altında çürüyəcək, Günəş istədi onun sözünü ağzında qoysun, üzünə salıb davam elədi. Hələ bu gün varamsa niyə bu ləzzətdən məhrum qalmalıyam ki? Ha ha ha ha…Əslində yoldaşım bilir mənim qız olmadığımı bir neçə dəfə yaxınlıq eləmişik, ona o qədər xoş gəlmişəm ki, məndən əl çəkə bilmir, həkimə getməyimi də o istədi, axı, onun qohumları müasir düşüncəli deyil, onlara heç nəyi izah edə bilməzdik. Bilirsən də “milli mentalitet”miz var, ha ha ha ha… Günəş var gücü ilə bağırdı, Aysel… Ayselin heç vecinə də gəlmədi, aaa, ay qız sənə nə olub? Mənim həyatımdır özüm bilərəm necə edirəm, necə etmirəm, mənim etdiklərim səni niyə narahat edir? Ha ha ha ha.
Söhbətin sabahısı, bahalı restoranların birində çal-çağırlı, Xonçalı, birilliantlı toy keçdi, dəstlərlə Aysel boğulmuşdu, görünür qohumlar varlı karlı adamlar idilər, hər gələn bir dəst, ya bir üzük, ya bir qolbağı bağışlayırdı.
-Dərdim böyükdür. Deyəcəksiniz ki, sən nə dərd çəkirsən ay tifil, ailən yox, uşağın yox, evin yox, bir nimçəndir, bir əyin başın. Qoy bu dünyada zürrüyəsi olanlar yerbəyer etmədikləri uşaqlarının dərdini çəksinlər. Qoy bir qarın ac, bir qarın sussuz böyüdüb adam edə bilmədikləri, valideynlərinə nankorluq edəndə qovrulanlar dərd çəksinlər. Deyəcəksiniz gündə bir dəb xəstəliyinə tutulanlar, dəb davanında ölənlər dərd çəksinlər. Sən ki, hələ öz mənlik, qürur dediyin dəyərin arxasında gözə görünməz olmusan şükür elə!
Şükür eləyim? Hə, şükür eləyim deyirsən hə? Hə, hə. Qulağına səslər gəlməyə başladı, təlaşlı özünü divardan asılmış böyük güzgünün önünə çatdırdı. Dəqiq havalanıram deyəsən, yanağı pörtmüşdü.
Bu ilahi səsdir, inanıram buna. Bir neçə dəfə qəlbimə dolmuşdu, nə var burda qorxulacaq?
Barlara düşsən, yaxud bir yekə qarın məmurun sevgilisi olsan dərd çəkəcəkdin? Özünlə üzləş, istəyirsən əqidəni dəyiş, ol zahid. Bütün bağları sındır o məzardan boylanıb dünyanı ələ salan gəlin kimi, dərviş kimi. Kimə istəyirsən bənzə, istəmirsən istəmə, bənzəmirsən, bənzəmə… Günəş hıçqırırdı. Özünü ələ ala bilməyib xeyli key, donmuş, ruh halında cəsədinə tamaşa elədi. Düşüncəsini tam cilovlaya bilmədi, axı nə düşünürdü ki? Yox, başında iyirmi ilin yeməyi bir-birinə qarışıb kifləmiş kimiydi. Təmizləyib bitirmək mümkün deyildi. Amma vücudu, ruhu təmiz idi. Əlləri, ətli üzü məsum cildindən çıxmamışdı. Gözünün altında xırda qırışlar əmələ gəlmişdi. Lənət olsun həyatın məzmunsuzluğuna! İki parlaq gözlərin dərinliyində, lap dərinliyində, heç kəsin sezə bilməyəcəyi dərinliyində on altı yaşlı qız qeyb olmuşdu. Saçları iki rəngə çalırdı qəhvəyi və ordan -burdan ağarmış. Əllərini başına çəkdi. İllərlə bu saçlara heç öz əlləri də sığal çəkib oxşamamışdı. Dərd çəkmək, qayğılanmaq, elə də böyük dərd sayılmırdı bu məsumiyyətin önündə. Əlləri titrədi, yaratdığı dünyada, bir əl əksik ki, üzünü silsin! Nəfəsi boğazına tıxandı. Deyəsən gözlərinə baxmaqdan, o qızın məsumluğundan qoruxurdu.
Qaçmaq, hər kəsdən, hər şeydən qaçmaq ən asan işgəncəydi. Axtardığı paklığı, təmizliyi fərqli sandıqlarında tapmaq istəyirdi. Bir ümidi vardı, dərinlikdə, lap dərinlikdə yox olan o qız, qayıda bilərdi, bəli, qayıda bilərdi. Təkcə o paklığı, fərqliliyi, dəyərlərini çeynəməyən, adiləşdirməyən bir əl saçlarına toxunsaydı… Özündən diksindi, doğrudan? Yenidən yarı ümidli gözünə baxdı, İlahi, görəsən belə əl mövcuddurmu, nələr düşünürəm?
O, astaca göz yaşını sığalladı, qıymırdı silsin,incitsin, içindəki ağrıların yenidən canına çökməsindən qorxmurdu. Hardasa bir uzaqlıqda, hardasa bir yaxınlıqda iki adam danışırdı, iki adam dinləyirdi, iki adam darma dağın olurdu, iki adam ümidlənirdi, İki adam ümidini itirirdi, iki adam yol gözləyirdi, iki adam yol gedirdi…
Paylaş:

Continue Reading

Previous: İran’daki muhalif partilerin Irak Kürdistan bölgesindeki karargahlarına füze saldırısı düzenlendi
Next: Dünya Kupasında İlk Sürpriz Suudi

Related Stories

file (1)
  • Akademik Makaleler

«Yenı Bir Ritim»: Xosrov Barışanın Şeirinə Postmodern Yanaşma

Kerkük Gazetesi 14 Mayıs 2025
484706367_693480616345057_4633719267356651412_n
  • Azerbaycan

Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor

Kerkük Gazetesi 14 Mayıs 2025
24cbb0a3-95e1-4554-83b1-5a9368a4b38e
  • Azerbaycan

Seadet Qerib’ten Aşk Acısı

Kerkük Gazetesi 13 Mayıs 2025

Güncel Haberler

Bağdat’ta Arap Zirvesi Başladı Adsız 1

Bağdat’ta Arap Zirvesi Başladı

15 Mayıs 2025
Türkmen Lideri Şehit Mustafa Kemal Yayçılı Kerkük’te anıldı 6bebdfdf-2acd-436d-8c47-19e9217c25f1 2

Türkmen Lideri Şehit Mustafa Kemal Yayçılı Kerkük’te anıldı

15 Mayıs 2025
Bağdat’ta Arap Zirvesi Dışişleri Bakanları Hazırlık Toplantısı Başladı aa 3

Bağdat’ta Arap Zirvesi Dışişleri Bakanları Hazırlık Toplantısı Başladı

15 Mayıs 2025
«Yenı Bir Ritim»: Xosrov Barışanın Şeirinə Postmodern Yanaşma file (1) 4

«Yenı Bir Ritim»: Xosrov Barışanın Şeirinə Postmodern Yanaşma

14 Mayıs 2025
Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor 484706367_693480616345057_4633719267356651412_n 5

Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor

14 Mayıs 2025

Editörden

178386911_1925588547591950_2559509787806110237_n
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Haberler
  • Türkmeneli
  • Yazarlar

Irak Türkmen Cephesi 26 Yaşında

24 Nisan 2021
ALTUNKÖPRÜ ŞEHİTLERİ (1)
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Türkmeneli
  • Yazarlar

30. Yılında Kerkük’te Altunköprü Katliamı

28 Mart 2021
120594794_3362293387141128_9047910336164904962_n
  • Azerbaycan
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Türk Dünyası
  • Yazarlar

Karabağ Bizimdir. Karabağ Azerbaycan’dır

18 Ekim 2020

Videolar

eed5bfac-185e-4361-a144-ea9eb702ee9d
  • Azerbaycan
  • Basın
  • Haberler
  • Türk Dünyası
  • Türkmen Edebiyatı
  • Video
  • Videolar

Kerkük’ün Milli Yazarı Ata Terzibaşı’nın Hayatı Filim Oldu

26 Aralık 2024
demirel
  • Haberler
  • Türk Dünyası
  • Türkiye
  • Türkmeneli
  • Videolar

20 önce Süleyman Demirel Irak Türkmen Öğretmenlerini kabul etmişti

23 Aralık 2020
indir
  • Basın
  • Haberler
  • Türkmen Basını
  • Türkmeneli
  • Videolar

Kerkük Gazetesi’nin YouTube kanalı açıldı

16 Kasım 2020

Foto Galeri

DSCI8493
  • Basın
  • Foto Galeri
  • Haberler

Türkmeneli TV’nin eski Teknik Müdürü Sacit Baydar Vefat etti

17 Ekim 2020
M ZİYA1
  • Foto Galeri
  • Kitap
  • Kütüphane

Mustafa Ziya’nin Küçük Not Defterinden Şiirler kitabı çıktı

20 Ocak 2020
1828866_620x410
  • Foto Galeri

ABD’li komutandan Münbiç’e ziyaret!

8 Şubat 2018
Facebook
kerkuk_turkuleri
Youtube

AMACIMIZ

Irak’taki Türkmenlerin gerçek anlamda varlıklarını, birlik ve beraberliklerini sağlamak; gazete yoluyla da sıkıntılarını, kültürlerini ve varlıklarını dünyaya tanıtmak ve Türk dünyası arasında bir köprü oluşturmaktır.

Bizi Takip Edin

Facebook Twitter Youtube Instagram
Menu
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim

  • HABERLER
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Copyright © All rights reserved. | MoreNews by AF themes.