EŞQ ZÜMZÜMƏSİ
Rubaba SAHİB Gasimova
Gizli gümanlarım günaha döndü,
Eşidilməz oldu eşq təranəsi.
Necə alışmışdım titrək səsinə,
Beləmi olurmuş sevgi qəfəsi.
Getdin, arzu, kamım gözümdə qaldı,
Getdin, ürəyimi qəm-qübar aldı,
Könlümün rübabı qəm, kədər çaldı,
Üzün gülməz oldu toy ərəfəsi.
Bəxtimin qapısı çırpıldı tay-tay,
İsitməz könlümü nə bahar, nə yay,
Sənsizlik ömrümə ən qorxunc olay,
Səninlə itirdim eşqi, həvəsi.
Nə geriyə dönüş, nə irəli yol,
Yoxdur daha, get möhnətə yar ol,
Şeirlərimi qoxla yerimə bol-bol,
Düşdü payımıza sevginin nəsi.
Rübabənin gözlərində gülüşsən,
Çəkinmədən gəl dərdini bölüş sən,
Bil ki, ürəyimdə yenə ilişsən,
Daha olmayacaq qəm zümzüməsi.
