Skip to content
12 Mayıs 2026
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

Özgür Basın, Özgür Toplum

Sosyal medya hesaplarımız

  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Primary Menu
  • HABERLER
    • Akademik Makaleler
    • Arapça
    • Azerbaycan
    • Basın
    • Dünya
    • Editörden
    • İngilizce
    • Kitap
    • Kültür – Sanat
    • Türkiye
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Genel Tanıtım
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim
  • Home
  • Azerbaycan
  • Azərbaycan Mətbuatının 150 İllik Yolunun Biblioqrafik Nəşrləri (Qısa Xülasə)
  • Azerbaycan

Azərbaycan Mətbuatının 150 İllik Yolunun Biblioqrafik Nəşrləri (Qısa Xülasə)

Kerkük Gazetesi 5 Haziran 2025
1749138880630

Azərbaycan Mətbuatının 150 İllik Yolunun Biblioqrafik Nəşrləri (Qısa Xülasə)

Təranə RÜSTƏMOVA*

2025-ci ildə görkəmli ziyalı Həsən Bəy Zərdabinin rəhbərliyi ilə əsası 1875-ci ildə qoyulmuş Azərbaycan mətbuatının 150 ili tamam olur. Bu münasibətlə Azərbaycan mətbuatının yaranmasının 150 illik (1987-2025) yubileyi respublikamızda geniş miqyasda qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncam, əsasnamə və fərmanlar ilə:

  • “Azərbaycan Milli Mətbuatının 150 İlliyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında əsasnamə”
  • “Azərbaycan Mıllı Mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublıkasının yubiley medalının təsis edilməsı ilə əlaqədar “Azərbaycan Respublikasının Orden və Medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublıkasının Qanununda dəyışıklık edilməsi barədə” fərmanı (20 fevral 2025),
  • “Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin keçirilməsi” haqqında Sərəncamı (25 aprel, 2025)

Milli Mətbuatın yaradılmasının 150 illik yubileyi dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir.

22 iyul 1991-ci ildə imzalanmış Fərmana əsasən ilk Azərbaycan mətbu orqanı olan  “Əkinçi” qəzetinin ilk yayımlandığı gün Azərbaycanda  “Milli mətbuat və jurnalistika günü” kimi qeyd olunmağa başladı.  21 iyul 1992-ci ildə isə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi.

Qeyd edək ki, Sovet müstəmləkəsi illərində ağır senzura altında olan Azərbaycan mətbuatı üzərindən senzuranın götürülməsi müstəqillik qazandıqdan sonra mümkün olmuşdur. Senzuranın ləğv edilməsinin hüquqi olaraq təsdiqlənməsi ümummilli lider Heydər Əliyevin 6 avqust 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman ilə həyata keçmişdir. Digər mühüm faktlardan biri də  1999-cu il 7 dekabr tarixində “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunun imzalanması oldu. Qanuna
23 noyabr 2001, 28 dekabr 2001 və 30 aprel 2002-ci illərdə əlavə və dəyişikliklər edilmişdir.

Qanunda bildirildiyi kimi “Bu Qanun Azərbaycan Respublikasında kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını, habelə mətbuatın, informasiya agentliklərinin, televiziya və radio təşkilatlarının, vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönəldilmiş fəaliyyətinin təşkilatı, hüquqi və iqtisadi əsaslarını müəyyən edir”.

Bununla da respublikada azad sözün, azad mətbuatın inkişafında yeni addımlar atıldı. Yeni kütləvi informasiya vasitələri (ənənəvi forma ilə bərabər, multimedia vasitələri: sayt, internet televiziyası və radio kanalları və s.) yaranaraq müasir Azərbaycan mətbuatının inkişaf dinamikasının əsası qoyuldu.

Azərbaycanda mətbuata dövlət tərəfindən dəstəyin verilməsi, jurnalistlərin, ümumiyyətlə mətbuat işçilərinin  sosial təminatının yaxşılaşdırlması, peşə bayramları münasibətilə mükafatların tədqim edilməsi və s. nümunə göstəriləcək müsbət addımlardandır. Məsələn,

  • Azərbaycan Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin (KİV) inkişafına Dövlət Dəstəyi Konsepsiyası (DDK)”,
  • 22 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında “Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (DDF)”nun  yaradılaraq fəaliyyətə başlaması,
  • “Medianın İnkişafı Agentliyi”nin (12 yanvar 2021-ci il) yaradılması haqqında Fərmanın verilməsi təqdir olunan hallardandır.

“Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi” (“Əməkdar mədəniyyət işçisi” fəxri adı) haqqında (21 iyul 2005-ci il), “Mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər” haqqında (21 iyul 2015-ci il) sərəncamların və s. imzalanması, “Azərbaycan jurnalistlərinin I qurultayı”nın (15 mart 2003-cü il) dövlət səviyyəsində keçirilməsi bir daha Azərbaycan dövlətinin və hakimyyətinin mətbuata xüsusi önəm verdiyinin bariz nümunələrdəndir.

Respulikada mətbuatın yubileyinə həsr edilmiş bir sıra tədbirlər planı həyata keçirilməyə başlamışdır. Belə tədbir planlarından biri də mətbuatın elmləşdirilməsi, onun haqqında ənənəvi və eletron formatlarda çap edilmiş, yayımlanan informasiyaların biblioqrafiyalaşdırılmasıdır. Buna müvafiq olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası da “Azərbaycan Milli Mətbuatı müstəqillik dövründə: (1990-2025)” adlı biblioqrafik mənbə hazırlamağı qarşısına məqsəd qoymuşdur. Qeyd edək ki, bugünədək Azərbaycan mətbuatına dair xeyli sayda ətraflı zəngin məlumatları özündə əks etdirən biblioqrafik vəsaitlər hazırlanaraq çap edilmişdir. Məsələn,

  • “Mətbəəyi-İctihadın fehrist nəşriyyatı. Biblioqrafiya” (1908),
  • “Azərbaycanda dövri mətbuat: (1832-1920)”: biblioqrafiya (N.Axundov,1965),
  • “Azərbaycan dövri mətbuatı: 1875-1990”. Biblioqrafiya (S.Rüstəmova-Tohidi, 1993),
  • “Azərbaycan dövri mətbuatı: (1920-1970-ci illər)”. Biblioqrafiya (Z.Mustafayeva, 1979),
  • “Azərbaycan dövlət nəşriyyatı kataloqu” (1925,1926,1926),
  • “Bakı fəhləsi” kooperativ nəşriyyatının kataloqu” (1926),
  • “Azərbaycan mətbuat salnaməsi və çap kartoçkalarından istifadə olunması” (Ə.Əliyev 1962),
  • ”Gəncədə mədrəsə kitabxanası. Əsamül – kütüb Bağçasaray: “Tərcüman” qəzetinin elektrik basmaxanası” (1912),
  • “Azərbaycan türk mətbuatı: (1875-1921)”. (M.Məhəmmədzadə, 1922),
  • “Danişməndani-Azərbaycan” (M.Tərbiyət 1987), “Azərbaycan dövri mətbuatı”: biblioqrafiya (N.Axundov, 1987),
  • “Hümmət” qəzetinin izahlı biblioqrafiyası” (N.Axundov, 1987),
  • “Azərbaycan dövri mətbuatı 1832-1920”: biblioqrafiya (1987),
  • “Ədəbi yaddaşımız “Ədəbiyyat qəzeti”. Biblioqrafiya” (Ə.Əfəndiyev 1964; 1965-1989,1990-2010 (2013),
  • “İranda mövcud olan və çap edilmiş Azərbaycan türkcəsindəki sənədlərin biblioqrafiyası” (Nuşin Musəvi, 1994),
  • “Türkiye dışındakı türkler biblioqrafiyası” (1992),
  • “Azərbaycan” jurnalının biblioqrafik göstəricisi: (1920-1972) (R.Tağıyev, 1973),
  • “Бакинская печать в 1905-1907” (Е.А.Богословский, 1907-1909),
  • “Azərbaycan kitab letopisi” (Salnamə),
  • “Azərbaycan qəzet məqalələri letopisi” (Ə.Qəhrəmanov),
  • “Əkinçi” qəzeti və “Molla Nəsrəddin” “Azərbaycan Mətbuat tarixinin salnaməsinin tərtibi” (Ə.Mirəhmədov),
  • “Molla Nəsrəddin” jurnalının nəşri tarixi”,
  • “Azərbaycan sa­tira jurnalları”,
  • “Mətbuat: biblioqrafiya” (Axundov, 1875–1920) və s.

Adları çəkilən biblioqrafiyalarda nəinki Azərbaycan ərazisində, həmçinin xarici dövlətlərdə də (Gürcüstan, İran, Türkiyə və s.) yayılanan Azərbaycan mətubuatının nümunələri haqqında zəngin məlumatlar toplanaraq vəsaitlərə daxil edilmişdir. Həmin mənbələr əsasən gürcü, ərəb, fars dillərində vəya həmin dillərin əlifba qrafikasına uyğun olaraq azərbaycan türkcəsində nəşr olunmuşdur.

Bu biblioqrafiyaların son nəşr tarixi 1993-cü ildir.  Həmin tarixdən sonra Azərbaycan mətbuatının biblioqrafiyası külliyyat formasında tərtib edilməmişdir.

Bütün bu  faktları nəzərə alaraq, Mərkəzi Elmi Kitabxana Azərbaycan Mətbuatının müstəqillikdən sonrakı dönəmlərinin xronologiyasını əsas götürərək  biblioqrafiya hazırlamağı planlaşdırmışdır. Buna müvafiq olaraq biblioqrafiyanı “Azərbaycan Milli Mətbuatı müstəqillik dövründə: (1990-2025)” mövzu göstəricisi  adlandırmışdır.

 “Azərbaycan Milli Mətbuatı müstəqllik dövründə: (1990-2025)” biblioqrafiyasının ilkin quruluş sxemi aşağıdakı kimidir:

  1. Kitablar;
  2. Məqalələr;
  3. Məcmuə, kataloq, toplu, bülleten, lüğət, ensklopediyalar;
  4. Dissertasiyalar, avtoreferatlar;
  5. Konfrans materialları;
  6. Jurnallar;
  7. Qəzetlər;
  8. Xəbər saytları;
  9. Televiziya kanalları;
  10. İnformasiya agentlikləri;
  11. İnternet televiziyaları;
  12. Radio kanalları.

Yekun olaraq bildirək ki, Azərbaycan mətbuatının zəngin tarixi keçmişini əks etdirən biblioqrafiyaların çoxluğu bir daha onu təsdiq edir ki,  dövlət tərəfindən göstərilən qaygı, mətbuat xadimlərinin (işçilərinin) qiymətləndirilməsi, mətbuata həsr olunmuş əsərlərin, mətbu orqanların (qəzet, jurnal və s.) və multimedia vasitələrinin (sayt, peyk tv, radio və s.) geniş vüsət alması Azərbaycanda söz, məlumat, fikir və mətbuat azadlığının ən böyük sübutudur.

*Azərbaycan Milli Elmlər Akademiyası

e-poçt: terane.mirzeyeva.rustemova@gmail.com

orcid: https://orcid.org/0000-0001-5729-1919

 

Paylaş:

Continue Reading

Previous: Antalya Yörük Türkmen Festivali’nde Irak Türkleri rüzgarı esti
Next: Modern Azerbaycan Edebiyatının Mimarı ve Yol Haritası Akademik İsa Habibbeyli

Related Stories

497578594_23865546206416000_8408688167672572405_n
  • Azerbaycan

Kerkük Kültür Derneği Azerbaycan temsilciliğine Prof. Dr. Elçin İskenderzade atandı

Kerkük Gazetesi 11 Mayıs 2026
c098d16b-f432-46ad-8c15-b68233980719
  • Azerbaycan

Takvimde Bir Gün, Oysa Bir Ömür: ANNE

Kerkük Gazetesi 10 Mayıs 2026
Kbal1
  • Akademik Makaleler

“Önce Vatan” serisinden: Tebessümü Yüzünde Donmuş ŞEHİT

Kerkük Gazetesi 9 Mayıs 2026

Güncel Haberler

T.C. İletişim Başkanlığından Basın Duyurusu letişim_Başkanlığı_logo.svg 1

T.C. İletişim Başkanlığından Basın Duyurusu

12 Mayıs 2026
100. Yılında Ankara Antlaşması Gazi Üniversitesinden Masaya Yatırıldı 91641fa6-c142-40de-bd6e-d9fad8bd1097 (2) 2

100. Yılında Ankara Antlaşması Gazi Üniversitesinden Masaya Yatırıldı

12 Mayıs 2026
Gazi Üniversitesi ile Kerkük Kültür Derneği arasında İşbirliği Protokolü imzalandı e862275a-b6df-419b-935e-5b8aa9d11cf1 3

Gazi Üniversitesi ile Kerkük Kültür Derneği arasında İşbirliği Protokolü imzalandı

12 Mayıs 2026
Kerkük Kültür Derneği Azerbaycan temsilciliğine Prof. Dr. Elçin İskenderzade atandı 497578594_23865546206416000_8408688167672572405_n 4

Kerkük Kültür Derneği Azerbaycan temsilciliğine Prof. Dr. Elçin İskenderzade atandı

11 Mayıs 2026
Türkiye’nin Bağdat Büyükelçisi Kerkük ve Tuzhurmatu’yu ziyaret etti sliskgskjrosgjdossfjsjghbsdkj (1) 5

Türkiye’nin Bağdat Büyükelçisi Kerkük ve Tuzhurmatu’yu ziyaret etti

11 Mayıs 2026

Editörden

8a680ac8-4ae7-4206-affa-f7b541cd7857
  • Azerbaycan
  • Editörden

Şemsettin Küzeci’nin Azerbaycan Kitaplarının imza günü

11 Ocak 2026
178386911_1925588547591950_2559509787806110237_n
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Haberler
  • Türkmeneli
  • Yazarlar

Irak Türkmen Cephesi 26 Yaşında

24 Nisan 2021
ALTUNKÖPRÜ ŞEHİTLERİ (1)
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Türkmeneli
  • Yazarlar

30. Yılında Kerkük’te Altunköprü Katliamı

28 Mart 2021

Videolar

eed5bfac-185e-4361-a144-ea9eb702ee9d
  • Azerbaycan
  • Basın
  • Haberler
  • Türk Dünyası
  • Türkmen Edebiyatı
  • Video
  • Videolar

Kerkük’ün Milli Yazarı Ata Terzibaşı’nın Hayatı Filim Oldu

26 Aralık 2024
demirel
  • Haberler
  • Türk Dünyası
  • Türkiye
  • Türkmeneli
  • Videolar

20 önce Süleyman Demirel Irak Türkmen Öğretmenlerini kabul etmişti

23 Aralık 2020
indir
  • Basın
  • Haberler
  • Türkmen Basını
  • Türkmeneli
  • Videolar

Kerkük Gazetesi’nin YouTube kanalı açıldı

16 Kasım 2020

Foto Galeri

DSCI8493
  • Basın
  • Foto Galeri
  • Haberler

Türkmeneli TV’nin eski Teknik Müdürü Sacit Baydar Vefat etti

17 Ekim 2020
M ZİYA1
  • Foto Galeri
  • Kitap
  • Kütüphane

Mustafa Ziya’nin Küçük Not Defterinden Şiirler kitabı çıktı

20 Ocak 2020
1828866_620x410
  • Foto Galeri

ABD’li komutandan Münbiç’e ziyaret!

8 Şubat 2018
Facebook
kerkuk_turkuleri
Youtube

AMACIMIZ

Irak’taki Türkmenlerin gerçek anlamda varlıklarını, birlik ve beraberliklerini sağlamak; gazete yoluyla da sıkıntılarını, kültürlerini ve varlıklarını dünyaya tanıtmak ve Türk dünyası arasında bir köprü oluşturmaktır.

Bizi Takip Edin

Facebook Twitter Youtube Instagram
Menu
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim

  • HABERLER
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Genel Tanıtım
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Copyright © All rights reserved. | MoreNews by AF themes.