
BAĞIŞLA[1]
Bağışla ömrünə yara olmuşam
mən belə bilməzdim, belə bilməzdim
mən olan ürəyə yara vurmuşam
mən belə bilməzdim belə bilməzdim
Körpə arzularin agarmiş saci
ay mənim başimin qirilmiş taci
səni unutmagin ölüm əlaci
mən belə bilməzdim, belə bilməzdim
Sevgim ürəyinə dərd olacagmiş
Aci xatirəylə qovrulacagmiş
İsti göz yaşlarin göl olacagmiş
Mən belə bilməzdim, Belə bilməzdim
Sən məni bagişla, Bagişla gülüm
Dəli sevgimizin qara bəxtinə
Mən belə bilməzdim, Belə bilməzdim
Sevgim təsəlliymiş para bəxtinə..
Mən belə bilməzdim, Belə bilməzdim
Belə getmə canim, gözüm Dayan dur
tək qalmişam kimsəsizəm Hayan dur
öləcəyəm vallah sənə ayandir
AYBENİZ HAŞİMOVA
[1] Aybeniz Haşimova, Bağışla. Kerkük Gazetesi, 5 Ağustos 2016