Skip to content
2 Temmuz 2026
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

Özgür Basın, Özgür Toplum

Sosyal medya hesaplarımız

  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Primary Menu
  • HABERLER
    • Akademik Makaleler
    • Arapça
    • Azerbaycan
    • Basın
    • Dünya
    • Editörden
    • İngilizce
    • Kitap
    • Kültür – Sanat
    • Türkiye
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Genel Tanıtım
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim
  • Home
  • Azerbaycan
  • Türkman irsi Azərbaycanın diqqət mərkəzində: Naxçıvandan Bakıya uzanan həmrəylik forumu
  • Azerbaycan
  • Türk Dünyası

Türkman irsi Azərbaycanın diqqət mərkəzində: Naxçıvandan Bakıya uzanan həmrəylik forumu

Kerkük Gazetesi 28 Haziran 2026
AS

Türkman irsi Azərbaycanın diqqət mərkəzində: Naxçıvandan Bakıya uzanan həmrəylik forumu

Fuad Hüseynzadə-Azerbaycan*

  İraq, Suriya, Livan və Türkiyədən gələn türkman vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycana səfəri təkcə mədəni tədbir deyil, həm də türk dünyasında yeni əməkdaşlıq platformasının formalaşmasının mühüm göstəricisinə çevrildi. “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə Naxçıvanda başlayan və Bakıda keçirilən II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu ilə yekunlaşan proqram türkman irsinin qorunması, elmi araşdırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm nəticələrlə yadda qaldı.

 İyunun 23-də başlayan səfərdə İraq, Suriya, Livan və Türkiyədən 30-a yaxın vətəndaş cəmiyyəti nümayəndəsi əvvəlcə Naxçıvanın tarixi-mədəni irsi ilə yaxından tanış oldular. Nümayəndə heyəti “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini, Möminə Xatun türbəsini, Xan Sarayını, Nuhun türbəsini ziyarət edərək Azərbaycanın qədim dövlətçilik və mədəniyyət tarixini əks etdirən abidələr haqqında ətraflı məlumat aldı. Proqram çərçivəsində qonaqlar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini və Heydər Əliyev Muzeyini də ziyarət etdilər. Bu ziyarət Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm mərhələləri ilə tanışlıq baxımından xüsusi əhəmiyyət daşıdı.

Elmi müzakirələr türkman irsinin gələcəyinə işıq saldı

 Səfərin əsas tədbirlərindən biri “Türkman irsi: dil, mədəniyyət və tarix” mövzusunda keçirilən elmi müzakirə oldu. “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyi və AMEA Naxçıvan Bölməsinin tərəfdaşlığı ilə baş tutan tədbirdə Azərbaycan, İraq və Türkiyədən alimlər, tədqiqatçılar və ictimai xadimlər çıxış etdilər. AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev türkman irsi ilə bağlı Azərbaycanda aparılan elmi tədqiqatların genişləndirildiyini vurğuladı.

Türkmanşünas alim Orxan İsayev isə son illərdə aparılan araşdırmaların nəticələrini təqdim edərək türkman kimliyinin formalaşması, türk tayfalarının tarixi, “türkman” etnoniminin mənşəyi və müasir türkman toplumlarının vəziyyəti barədə geniş məruzə ilə çıxış etdi.

Diskussiyada çıxış edən İraq, Türkiyə və Azərbaycan alimləri ana dilinin qorunması, milli kimliyin yaşadılması, ortaq ədəbiyyat və musiqi ənənələrinin öyrənilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etdilər.

 Qazi Universitetinin müəllimi Ömər Türkmənoğlu Azərbaycan və İraq-Türkman musiqisi arasında oxşarlıqlardan danışaraq melodik quruluş, ifa tərzi və musiqi alətlərindəki paralellərin ortaq mədəni köklərdən qaynaqlandığını bildirdi.

Türk Dövlətləri Təşkilatının QHT Platforması ilə görüş

 Naxçıvan proqramı çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Katibliyi ilə türkman nümayəndələrinin görüşü də keçirildi. Platformanın Baş katibi Azər Allahverənov çıxışında bildirdi ki, ortaq tarix, dil və mədəniyyət türk xalqlarını vahid ailəyə çevirən əsas dəyərlərdir. Onun sözlərinə görə, İraq, Suriya, Livan və Türkiyədə fəaliyyət göstərən türkman təşkilatlarının da bu platformada daha fəal iştirakı gələcək əməkdaşlıq üçün geniş imkanlar yaradır.

 Görüş zamanı qarşılıqlı layihələr, birgə təşəbbüslər və gələcək fəaliyyət istiqamətləri müzakirə olundu.

 İki günlük proqram çərçivəsində nümayəndə heyəti Əshabi-Kəhf ziyarətgahını, Duzdağ kompleksini, Hüseyn Cavid məqbərəsini və Naxçıvanın digər tarixi məkanlarını da ziyarət etdi. Beləliklə, Naxçıvan proqramı Azərbaycanın zəngin tarixi-mədəni irsinin nümayişi baxımından yadda qalan səfərlərdən biri oldu.

Bakıda türkman həmrəyliyinin beynəlxalq platforması

 İyunun 25-də isə tədbirlər Bakıda yerləşən Beynəlxalq Muğam Mərkəzində keçirilən II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu ilə davam etdi. Forumda dörd ölkədən gəlmiş türkman vətəndaş cəmiyyəti nümayəndələri ilə yanaşı, 250-dən artıq Azərbaycan QHT-si təmsil olundu.

Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov tədbiri “türkman irsinin bayramı” adlandıraraq Kərkükün Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutduğunu vurğuladı.

QHT Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev forumların bundan sonra hər il keçiriləcəyini açıqladı. Onun sözlərinə görə, gələcək forumların İraq, Suriya və Livanda təşkil olunması istiqamətində də hazırlıqlara başlanılıb.

İraq Türkman Cəbhəsinin lideri Ərşad Salihi Azərbaycanın türkmanlar üçün doğma ölkə olduğunu qeyd edərək forumun Azərbaycan-İraq münasibətlərinin inkişafına mühüm töhfə verdiyini bildirdi.

 Suriya parlamentinin deputatı Tarık Sulo Cevizci isə Azərbaycanın Suriya ilə əlaqələrinin inkişaf etdiyini, xüsusilə təhsil sahəsində göstərilən dəstəyi yüksək qiymətləndirdi.

 Livanda fəaliyyət göstərən “Azərbaycan Evi”nin rəhbəri Xalid İsmayıl Kavaşrada həyata keçirilən layihələr barədə məlumat verərək bu mərkəzin iki xalq arasında mədəni körpü rolunu oynadığını vurğuladı.

 Forum çərçivəsində keçirilən “Nə yaxınmış uzaqlar” adlı panel müzakirəsində Azərbaycan, İraq və Suriyadan olan tanınmış türkmanşünas alimlər və ictimai xadimlər iştirak etdilər. Paneldə türkman tarixinin araşdırılması, milli kimliyin qorunması, diaspor fəaliyyətinin gücləndirilməsi və ortaq layihələrin həyata keçirilməsi istiqamətində mühüm fikir mübadiləsi aparıldı.

Türkman irsinə həsr olunan yeni musiqi əsəri təqdim edildi

 Forumun bağlanış mərasimində türkman irsini əks etdirən bədii proqram təqdim olundu. Tədbirin ən diqqətçəkən hadisələrindən biri isə “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi tərəfindən hazırlanmış “Kərkük Oğuz Gözəli” adlı yeni musiqi əsərinin təqdimatı oldu.

Akademik Rafael Hüseynovun sözlərinə yazılmış, Xalq artisti Siyavuş Kəriminin bəstələdiyi əsəri Əməkdar artist Ramil Qasımov ifa etdi. Estrada-simfonik orkestr və xorun müşayiəti ilə səsləndirilən kompozisiya Kərkükün qədim oğuz ruhunu və Azərbaycanla mənəvi bağlarını musiqi dili ilə ifadə etdi.

Layihə çərçivəsində mahnının klipinin İraq və Suriyada çəkilməsi də planlaşdırılır.

Yeni mərhələnin başlanğıcı

 II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu göstərdi ki, türkman irsinin qorunması artıq təkcə elmi və mədəni məsələ deyil, həm də türk dünyasında vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın inkişafına xidmət edən mühüm platformaya çevrilib. Naxçıvandan başlayan və Bakıda yekunlaşan tədbirlər türkman irsinin araşdırılması, ortaq tarixi yaddaşın qorunması, elmi əməkdaşlığın genişləndirilməsi və gələcək beynəlxalq layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaratdı. Forumun hər il keçirilməsi barədə verilən qərar isə bu əməkdaşlığın davamlı xarakter alacağını və türkman irsinin beynəlxalq miqyasda daha geniş tanıdılmasına xidmət edəcəyini göstərir.

*Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri

Paylaş:

Continue Reading

Previous: Doç. Dr. Yurdagül Atun’un kaleminden “Takla attırılmış bir plan: Holguín Planı”
Next: Dr. Şemsettin Küzeci’nin “Ben Kerküküm” Eseri Arapça Olarak Yayımlandı

Related Stories

dfdf
  • Arapça

الإرث التركماني في صدارة اهتمام أذربيجان: منتدى للتضامن يمتد من نخجوان إلى باكو

Kerkük Gazetesi 30 Haziran 2026
Binbaşı Elmir Hesenov 1
  • Azerbaycan

Kerkük Gazetesi 18 Mayıs 2026
Kapak
  • Akademik Makaleler

Türkiye’nin ve Kazakistan’ın İşbirliği Bölgesel Güç Birliğini Stratejik Bir Boyuta Taşıyor

Kerkük Gazetesi 16 Mayıs 2026

Güncel Haberler

Kerkük’te Edebiyatçı Esat Erbil’in “Üç Ülke Bir Dil” Kitabı Tanıtıldı kitap 1

Kerkük’te Edebiyatçı Esat Erbil’in “Üç Ülke Bir Dil” Kitabı Tanıtıldı

30 Haziran 2026
صدور كتاب السيرة الذاتية “أنا كركوك” للدكتور شمس الدين كوزجي باللغة العربية 1 (2) 2

صدور كتاب السيرة الذاتية “أنا كركوك” للدكتور شمس الدين كوزجي باللغة العربية

30 Haziran 2026
Irak’ta Yolsuzluğa Dev Darbe: Bakan Yardımcıları ve Milletvekilleri Şafak Operasyonuyla Yakalandı WhatsApp Image 2026-06-30 at 12.39.05 (1) 3

Irak’ta Yolsuzluğa Dev Darbe: Bakan Yardımcıları ve Milletvekilleri Şafak Operasyonuyla Yakalandı

30 Haziran 2026
الإرث التركماني في صدارة اهتمام أذربيجان: منتدى للتضامن يمتد من نخجوان إلى باكو dfdf 4

الإرث التركماني في صدارة اهتمام أذربيجان: منتدى للتضامن يمتد من نخجوان إلى باكو

30 Haziran 2026
Dr. Şemsettin Küzeci’nin “Ben Kerküküm” Eseri Arapça Olarak Yayımlandı 1 (2) 5

Dr. Şemsettin Küzeci’nin “Ben Kerküküm” Eseri Arapça Olarak Yayımlandı

28 Haziran 2026

Editörden

8a680ac8-4ae7-4206-affa-f7b541cd7857
  • Azerbaycan
  • Editörden

Şemsettin Küzeci’nin Azerbaycan Kitaplarının imza günü

11 Ocak 2026
178386911_1925588547591950_2559509787806110237_n
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Haberler
  • Türkmeneli
  • Yazarlar

Irak Türkmen Cephesi 26 Yaşında

24 Nisan 2021
ALTUNKÖPRÜ ŞEHİTLERİ (1)
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Türkmeneli
  • Yazarlar

30. Yılında Kerkük’te Altunköprü Katliamı

28 Mart 2021

Videolar

eed5bfac-185e-4361-a144-ea9eb702ee9d
  • Azerbaycan
  • Basın
  • Haberler
  • Türk Dünyası
  • Türkmen Edebiyatı
  • Video
  • Videolar

Kerkük’ün Milli Yazarı Ata Terzibaşı’nın Hayatı Filim Oldu

26 Aralık 2024
demirel
  • Haberler
  • Türk Dünyası
  • Türkiye
  • Türkmeneli
  • Videolar

20 önce Süleyman Demirel Irak Türkmen Öğretmenlerini kabul etmişti

23 Aralık 2020
indir
  • Basın
  • Haberler
  • Türkmen Basını
  • Türkmeneli
  • Videolar

Kerkük Gazetesi’nin YouTube kanalı açıldı

16 Kasım 2020

Foto Galeri

DSCI8493
  • Basın
  • Foto Galeri
  • Haberler

Türkmeneli TV’nin eski Teknik Müdürü Sacit Baydar Vefat etti

17 Ekim 2020
M ZİYA1
  • Foto Galeri
  • Kitap
  • Kütüphane

Mustafa Ziya’nin Küçük Not Defterinden Şiirler kitabı çıktı

20 Ocak 2020
1828866_620x410
  • Foto Galeri

ABD’li komutandan Münbiç’e ziyaret!

8 Şubat 2018
Facebook
kerkuk_turkuleri
Youtube

AMACIMIZ

Irak’taki Türkmenlerin gerçek anlamda varlıklarını, birlik ve beraberliklerini sağlamak; gazete yoluyla da sıkıntılarını, kültürlerini ve varlıklarını dünyaya tanıtmak ve Türk dünyası arasında bir köprü oluşturmaktır.

Bizi Takip Edin

Facebook Twitter Youtube Instagram
Menu
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim

  • HABERLER
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Genel Tanıtım
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Copyright © All rights reserved. | MoreNews by AF themes.