
SƏNİN SAHİLİN[1]
Şafak Sahibli
İçimdə bir dəniz ölüb,
Duzlu suların yuxusu
Ləpələnir xatirələrimdə…
Yaşıl-Yaşıl
yosun qoxusu gəlir
kirpiklərimdən…
Üzür göz yaşlarımda
ölü balıqların səsi.
Bu ölü dənizin sahilində
səbrim
havalı-havalı gəzir.
… İçimdə ölən dəniz,
Əvvəlimi, sonramı
ölmək-ölməkdir.
Ölmək -Tanr səbrinin
sahilinə gəlməkdir…
Mən sənin sahilinə,
İçimdə ölən dəniz.
**
[1] Şafak Sahibli, “Sənin Sahilin”. Kerkük Gazetesi. 11 Kasım 2024 Kerkük