QƏNİRƏ PAŞAYEVAYA
Tovuzda dünyaya göz açıb, amma,
Dünyadır, cahandır Qənirə Paşa!
Soyadı boşuna Paşa deyildir,
Paşadır, sultandır, Qənirə Paşa!
Hər yerdə, hər zaman hey anır haqqı,
Ən ali bir ünvan o sanır haqqı!
Görsə ki, kiminsə tapdanır haqqı,
Şimşəktək çaxandır, Qənriə Paşa!
Oğuz xan nəslindən, soyundan gəlir,
Qorqud qopuzundan, boyundan gəlir,
Göyün günəşindən, ayından gəlir,
Nə nurlu insandır Qənirə Paşa!
Keçməz Vətəninin bircə daşından,
Millət sevdasını atmaz başından.
Ellər anasıdır cavan yaşından,
Son anda amandır Qənirə Paşa!
O nə mən deməkdir, nə sən deməkdir!
Bir qəlbdə birləşən min tən deməkdir!
Başdan-ayağacan Vətən deməkdir,
Azərbaycandır O-Qənirə Paşa!
GÜLƏMAİL MURAD
