Psixoloq Elnare Isazade’den “Düşünce”

“`Hər səhər hesabınıza 86400 manat pul yatıran bir bank düşünün Gün boyu istədiyiniz qədər və istədiyiniz şeyə pulu xərcləməkdə sərbəstsiniz. Sadəcə bir şərt var: günün sonunda xərcləmədiyiniz bütün məbləğ hesabınızdan geri alınacaq, batacaq, o biri günə 1 qəpik belə keçməyəcək. Növbəti gün üçün yenidən eyni məbləğ balansınıza yüklənəcək. Super bir şeydir, eləmi?“`
“`Əslində hər birimizin belə bir bankı var. Adı “Zaman” olan…Hər səhər hesabımıza 86400 saniyə yatırılır və o gün daha artığını qətiyyən xərcləyə bilmirik. İstifadə etmədiyimiz qisim axıb gedir və hesabımızdan silinir. Hər gün yeni bir hesab açılır və günün sonunda istifadəsiz zamanımız itki kimi silinir. Əgər günlük hesabımızı faydalı istifadə etməmişiksə, bu zərər bizimdir, geriyə dönüşü yoxdur.“`
*Zamanınızı itirməyin