KƏRKÜK’DE TÜRK SOYQIRIMLARI
Dr. Şəmsəddin Kuzeci
Sözün düzü İraqı ( Kərkükü ) doğma vətənimi tərk etməyi heç vaxt ağlıma gətirməmişəm. Orada qalıb mübarizə apararaq millətimə, xalqıma, torpağıma xidmət etmək arzusunda olmuşam. Ancaq siyasi hadisələr ümid etdiyim kimi olmadı. Yaşadığımız sıxıntılı və acılı günlər qalmağımı dözülməz hala gətirdi tir.
Hələ uşaq yaşlarından ibtidai sinif şagirdi olarkən milli mübarizəni bizlərə və Türkmən gənclərinə öyrədən, sevdirən musiqi müəllimimiz şəhid Mehmet Korkmaz başda olmaqla yaşanan hadisələr və yaşadığımız mədəni mühit nəticəsində torpağını, xalqını, mədəniyyətini sevən, onunla bərabər bir gələcək xəyal edən, hisslərimizlə, düşüncələrimizlə yaşamağa başlamışdıq.
Vəziyyət olduqca acı idi. Türklərin bir deyimi var: “Allah heç kəsi gördüyü gündən geri qoymasın.” Biz müstəqil bir keçmişdən işğala düçar olmuş, sonra sistemli bir şəkildə təzyiqlər, əziyyətlər və qətliamların bir hissəsi halına gətirilərək, sahibsiz qalmışdıq.
Gün keçdikcə milli duyğularımız, hiss və həyəcanlarımız, səylərimiz daha da artırdı. Dərslərində ud ifa edib bizə Türkmən və Türk Milli marşlarını və mahnılarını öyrədən Korkmaz hoca; marşları əzbərləmə həvəsimizi artıraraq, duyğularımızın ən dərin yerinə təsir edir, dünyagörüşümüzü genişləndirirdi.
“Dağ başını duman almış
Gümüş dərə durmaz axar”
“And olsun mavi asimanım sənə
And olsun şanlı bayrağım sənə”
“Biz Türkmənik, Türkmənik
Şanlıyıq, qəhrəmanıq
Könlü təmiz insanıq
Biz Türkmənik, biz Türkmənik”
Bu marşları demək olar ki, uşaqlardan eşidərək əzbərləmişdik. Hər dün fürsətdən edərək, xüsusilə də cümə axşamı günlərində “Bayrağa sayğı” mərasimində coşgulu bir şəkildə oxuyaraq Türkün nə qədər uca və insanlığın ən bariz nümunəsi olduğunu iliklərimizə qədər hiss edirdik. Amma duyğular, hisslər bir yerə qədər. Böyük səylə çalışıb əmək sərf etmək, xalqa aid digər addımlar da atmaq lazım idi. Biz öncə yaşamaq haqqımızı, varlığımızı qorumalıydıq. Amma bunun nə qədər çətin və acı olacağını da anlayır, dərk edirdik.
1970-ci ildən sonra təhsil aldığımız məktəblərin öncə adları, sonra da Türk dili dəyişdirildi. Dərslər ərəb dilində keçirilməyə başladı. Yenidən İngiltərənin işğal günlərinə çevrildi. Müəllimlərimiz tək tək sorğu suala çəkilir, heç nədən günahlandırılaraq cəzalandırılır və işgəncə verirdilər. Bununla kifayətlənməyib ya ömürlük həbs cəzası verilir, ya da edam olunurdular.
İraq İnqilabi Komitə Şurasının çıxardiğı 89 saylı 24 yanvar 1970-ci il tarixli qərarı ilə Türkmənlərə aid olan mədəni haqqlarında da əsil üzünü ortaya qoymuşdu. Saxtakarlıq, yalan və satqınlıq. Bu qərar nəticəsində yaşanan “mədəni və mənəvi soyqırımlar” a etiraz olaraq yenə də ən böyük sığınacaq hoyratlar, yəni bayatılar olacaqdı. Çıxış yolunun başlanğıcı da…
Mədəniyyət, sənət, təhsil bizim üçün həyat demək idi. 1970-ci ildən 1993-cü ilə qədər görüb eşitdiklərim ancaq yaşanan qəm qüssələr oldu. Evlərdən gələn fəryadlar, qorxa-qorxa nəql olunan hadisələr getdikcə daha da dərinləşirdi. Həm bu sıxıntılar, həm 1993-cü ildə Səddam rejimi tərəfindən “ bir Türkmən şairi” olduğum üçün həbs olunmağım məni olkəni tərk etməyə vadar etməyə məcbur etdi.
Sentyabr, 1993-cü il… Kərkükün Türkmən şəhəri olan Tuzhurmatuda tələbə yoldaşım Yaşar Ahmet Gaibin toyu olacaqdı və biz bir qrup dostlar ailələrimizlə birgə toya getdik. Mən şair olduğuma görə duyğu və düşüncələrimi ifadə etmək üçün səhnəyə dəvət olundum. Təbrikdən sonra duyğularıma hâkim ola bilmədim və bir neçə hoyrat, şeir söylədim. Ailə içi tədbirlərin belə nəzarətdə olduğunu bilə bilə:
“Kərkük’üm, mərd Kərkük’üm
Milləti sərt Kərkük’üm
İçinə yadlar girib
Çəkiri dərd Kərkük’üm”
“Qul qaçdı, qazı qaldı
Yazılmış yazı qaldı
Əl qaldırın Allaha
Zalımın azı qaldı”
Şeirlərimi söylədikdən sonra həyat yoldaşım və hələ 3 yaşında olan qızımın yanına getdim. Bir neçə dəqiqədən sonra təhlükəsizlik qrupu toy gedən məkana silahlı şəkildə hücum etdilər. Musiqini dayandırıb ən son şeir oxuyanın kim olduğunu soruşdular. Artıq hər şey aydın idi. Çünki ən son şeiri mən söyləmişdim. Qızımı qucağımdan yerə endirdim və “şeirləri, hoyratları söyləyən mən idim” dedim. Toy darmadağın olmuşdu. Məni, musiqiçiləri, bəyi və ortada sübut olaraq səs yazmaları belə götürüb polis idarəsinə götürdülər. Sorğu başlandı, ardından da işgəncələr…
Gözlərim bağlı əllərimi arxadan birləşdirib bərk-bərk bağlamışdılar. Səsyazma aparatindan söylədiyim şeirləri dinlətdirib tərcümə etməyimi və bir açıqlama verməyimi istədilər. Bir başqa Baaslı özü bildiyi kimi yəni şeir və hoyratları öz xeyrinə uyğun tərcümə edib fikir söyləyir, hətta şeirlərimdə Səddam rejiminə qarşı çıxdığımı, üsyan etməyə çağırış etdiyimi anladırdı.
İraq Ədəbiyyatçılar və Yazarlar Birliyinin üzvü, hətta Kərkük Televiziyasında aparıcı olduğumu söyləməyim belə nəticələri dəyişmədi. Yaşadığım işgəncə və təhqirlər saysız, hesabsız idi. Səhəri gün Səddamın şəhəri olan Tikrit Polis İdarəsinə göndərildim.
Gözlərimi açdıqda özümü qaranlıq bir quyuda gördüm. İlk ağlıma yoldaşım və üç yaşlı qızım Aybəniz gəldi. Öz-özümə pıçıldadım:
“Bağladılar qolumu
İtirdim sağ, solumu
Gözləməyin yolumu
Günahım Türk olmaqdır.”
Öz sıxıntılarımı dilə gətirsəmdə hər gün bir başqa günahsızı, məsumu gözləyən həbsxanadakılar nələr yaşamışdı, nələr yaşayacaq bir Allah bilirdi. Hər biri də müxtəlif günahlanmalarla, fərqli işgəncələrlə saxlanılırdı. Və bütün bu haqsızlıqlar hər gün baş verirdi. Allahın hər günü…
Heç nədən xəbərim yox kimi davransam da hər cür işgəncələrə özümü hazırlayırdım. Hər qapı açıldığında vücudum təpədən dırnağa qədər titrəməyə başlayır, adım çəkiləndə işgəncə seansları film kimi gözlərimin önündə sərgilənirdi. Sığınacaq yerimiz yalnız uca Allah idi. Gecələri isə başqa bir kâbus idi.
“Söyləsəm təsiri yox; sussam könül razı deyil
Çəkdiyim ələmləri bir mən, bir Allahım bilir.”
(Məhəmməd Füzuli)
Bir müddət sonra məni darağacından qurtarmağa çalışan dostlarımın sayəsində sərbəst buraxıldım. Xilas olmağıma, sağ qalmağıma heç ümidim yox idi. Çünki həbs olunan, günahlandırılan insanların heç birinin xilas olduğunu nə görmüşdüm, nə də eşitmişdim. Qismət. Xilas oldum.
“Bir zaman çilə çəkdim, yüzlərlə acı gördüm
Doğmayan günəş üçün özümü boşa yordum.
Keçdi gənclik çağlarım, boğuldu pəmbə ərək
Solmuşsa da papatyam peşmanlıq nəyə gərək.”
Bu hadisə məni və ailəmi çox sarsıtdı. Ailəlikcə doğulub boya başa çatdığımız Kərkükü tərk etmək qərarı aldıq. Gözyaşları içində, hər tin bucağında xatirələr buraxdığımız Kərkükü 1994-cü ildən başlayaraq 1996-cı ilə qədər tərk etmə prosesi davam etdi. Öncə anam, qohumlarımın bir hissəsi, qardaşlarım, ən sonda isə mən və yoldaşım tərk etdik. Ailəliklə ana vətənimiz olan Türkiyəyə yerləşdik. Ancaq Türkiyədə olan həyat şərtləri, yaşamaq hüququ, anamın və digər qardaşlarımın Avropaya köçmələrinə səbəb oldu.
“Yetər axma gözyaşım azadlıq anı gəldi,
Yaşıllaşar çiçəklər bağrımın canı gəldi
Qurtuldum qaranlıqdan tapdım yeni dünyamı
Qovuşdum ana yurda gerçək etdim röyamı”
Sözün qısası, bir adamın yaşadıqlarından bir bölüm, min illərdir Oğuz soyundan gələn atalarımın necə dövlətlər qurduğunu, bugün isə kultur, sənət və İraq Türklərinə qarşı edilən qətliamlar, zəncirləmə siyasətləri həmin torpaqların bir övladı, vətəndaşı olaraq məni bu kitabı yazmağa sövq etdi.
Əsasən də ABD və İngiltərənin İraqa qarşı hazırlamış olduğu adına da Azadlıq Əməliyyatı dedikləri hadisədən və illərdən bəri işlədiyim çalışmalar bu şəkildə yarandı. İraq Türklərinin düçar olduğu qətliamları bir kitab halına gətirib dəyərli oxuyucularıma təqdim etməkdən xoşbəxt olacağıma inanıram. Əlimizdə olan bu kitabda 1920- 2004-cü illər arasında İraq Türkmənlərinin düçar olduqları qətliamları qələmə alaraq ictimaiyyətə çatdırmağa çalışdım.
Bu çalışmalarımda məni dəstəkləyən, yanımda olan və köməyini əsirgəməyən dostlarıma təşəkkür etməyi borc bilirəm.
“Nə zaman ki, Kərkük gəlir ağlıma
Boğazlanan bir Türk gəlir ağlıma”
(A. Akbaş)
