Skip to content
23 Nisan 2026
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

Özgür Basın, Özgür Toplum

Sosyal medya hesaplarımız

  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Primary Menu
  • HABERLER
    • Akademik Makaleler
    • Arapça
    • Azerbaycan
    • Basın
    • Dünya
    • Editörden
    • İngilizce
    • Kitap
    • Kültür – Sanat
    • Türkiye
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Genel Tanıtım
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim
  • Home
  • Kültür - Sanat
  • İraq-Türkman şairləri silsiləsindən: Əbdüllətif Bəndəroğlunun şeirləri
  • Azerbaycan
  • Kültür - Sanat
  • Şairler
  • Türkmen Edebiyatı

İraq-Türkman şairləri silsiləsindən: Əbdüllətif Bəndəroğlunun şeirləri

Kerkük Gazetesi 17 Şubat 2024
photo_11341

İraq-Türkman şairləri silsiləsindən: Əbdüllətif Bəndəroğlunun şeirləri –

Qəzənfər Paşayevin təqdimatında

Azərbaycanda çox tanınan və sevilən Əbdüllətif Bəndəroğlu haqqında məlumat Dr.Şəmsəddin Kuzəçinin ikicildlik “Kərkük şairləri” (İraq Türkman şairləri) kitabı əsasında bir çox əlavələr və düzəlişlərlə tərtib etdiyim, akademik İsa Həbibbəylinin redaktəsi ilə çap etdirdiyim “İraq türkman poeziya antologiyası”ndan götürülmüşdür (Bakı, “CBS PP”, 2021, s.96-112).

Türkman ədəbiyyatının öndə gələn ziyalılarından olmuş araşdırmaçı, şair, yazar və jurnalist Əbdüllətif Omran Bəndəroğlu Tuzxurmatuda doğulub. İbtidai və natamam orta təhsilini Tuzxurmatu və Kərkükdə başa vurub. Kərkük Petrol şirkətinə aid Texniki məktəbdə oxuyarkən siyasi səbəblərdən məktəbdən xaric edilib (1956). Bundan sonrakı həyatını bəzi şirkətlərdə işləyərək davam etdirib. Artan siyasi təqiblər nəticəsində ölkədən getmək məcburiyyətində qalan Bəndəroğlu 1964-cü ildə Livan, Bolqarıstan, və Yunanıstanda olub. O vaxtlar Sofiyada türk dilində yayımlanan qəzet və jurnallarda yazdığı məqalə və şeirləri dolanışığına kömək olmuşdur.

1965-ci ildə yenidən Vətənə qayıdıb. 24 yanvar 1970-ci ildə türkmanların mədəni haqlarının qismən tanınmasından sonra Bəndəroğlu Kərkükdə İrşad müdiri vəzifəsinə təyin olunub. Bir müddət sonra isə Bağdada – Mədəniyyət Nazirliyinə bağlı Türkman Mədəniyyət müdiri və hər həftə çıxan “Yurd” qəzetində baş yazar vəzifəsinə gətirilib. Bu vəzifədə olarkən yazar və alimlərin 400-dən artıq kitabını çap etdirib. Bu, ölçüyəgəlməz xidmət idi.

1997-2000-ci illər arasında Türkiyənin “Anadolu” Xəbər Agentliyinin İraq müxbiri vəzifəsinda çalışıb. 1999-cu ildə Türkman Mədəniyyət müdiri və “Yurd” qəzetindəki vəzifələrindən ayrılaraq təqaüdə çıxıb. 2002-ci ildə yenidən “Yurd” qəzetinin baş yazarı vəzifəsinə gətirilib. 2003-cü ilin dekabr ayında öz istəyi ilə vəzifədən gedib.

“Yurd” qəzetinin türkman ictimaiyyətinə göstərdiyi xidmət tarixə qızıl hərflərlə yazılacaq qədər dəyərlidir. “Yurd” qəzetində yayımlanan hər bir yazıda gənc nəslin başa düşəcəyi bir dil və üslub işlədilməsi gənc nəslin önünü açmış və təsirini bütün ictimaiyyətə göstərmişdir. Doğma dilin yaşadılmasında “Yurd” qəzetinin böyük xidmətləri olmuşdur. Bəndəroğlunun və onun iş yoldaşlarının bu xidmətini qiymətləndirmək hər bir ziyalının vəfa borcudur.

Azərbaycan mədəniyyət aləmində İraq-Türkman tarixinə, mədəniyyətinə və İraq türkmanlarına duyulan böyük maraqda Bəndəroğlunun payı böyükdür. Azərbaycanlı elm və ədəbiyyat xadimlərindən biri olan Qəzənfər Paşayev ilə şəxsi dostluqları sayəsində gördükləri işlər heç vaxt unudulmaz. Onların əlaqələri bir çox araşdırma və ədəbi əsərin meydana çıxmasına zəmin yaratmışdır. Bəndəroğlu Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının fəxri üzvü seçilmişdi. Eyni zamanda Bakı Dövlət Universiteti Filologiya fakültəsində 20 il boyunca tələbələrə verdiyi mühazirə və seminarlara görə 1992-ci ildə ona universitetin Fəxri doktoru adı verilmişdir. Səddam rejimindən sonra İraq-Türkman mədəniyyət işlərinə baxan Prezident köməkçisi vəzifəsinə gətirilib. Daha sonra, Quzey İraqda – Ərbildə qurulan Federal Kürd Bölgəsi Hökumətində nazir olub.

2 fevral 2008-ci ildə İordaniyada keçirdiyi ağır ürək əməliyyatı nəticəsində həyata gözlərini yumub və Nəcəfdə torpağa tapşırılıb.

Tərtibçidən: Əbdüllətif Bəndəroğlu Azərbaycanı çox sevirdi. 1968-ci ildən ömrünün sonuna qədər, demək olar, hər il ölkəmizə gələrdi. Azərbaycan sevgisini şairin aşağıdakı bayatısından da görmək olur:

Yaşar könlüm;

qəm içər, yaşar könlüm.

Dostların arzusuyla

Çırpınar, yaşar könlüm.

Bağdadda bir ah çəkər,

Bakıda yaşar könlüm.

Ə.Bəndəroğlu Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü (1994), Bakı Dövlət Universitetinin fəxri doktoru (1992) seçilib. O, heca vəznində və sərbəst şeirlər yazırdı. Şairin Azərbaycanda “Qərənfil” (1977), “Göylər unutmuşdu yağacağını” (1991), “Yolun sonunadək” (2001) şeir kitabları və prof. Qəzənfər Paşayevlə birgə “Azərbaycan folkloru antologiyası” (İraq-Türkman cildi, 1999, 2009) və “Çağdaş İraq şeirindən seçmələr” (2001) çap olunmuşdur. “Qərənfil” poemasına Bəxtiyar Vahabzadə, yerdə qalanlarına mən Ön söz yazmışam. Bağdadda Azərbaycanla bağlı “Ərəb ölkələrində Azərbaycan şeiri” (1971, ərəb dilinə çevirən: Sinan Səid), “Çağdaş Azərbaycan poeziyasından seçmələr” (1974), “Azərbaycan şairləri” (1987), Bəxtiyar Vahabzadə. “Seçilmiş əsərləri” (1989), Nəbi Xəzri. “Seçilmiş əsərləri” (1989), “Azərbaycan hekayələri” (1991), Kamil Vəli Nərimanoğlu. “Xalqın sözü” (1991), Qəzənfər Paşayev. “İraq Türkman folkloru” (1995), Elçin. “On ildən sonra. Hekayələr” (1996), Qəzənfər Paşayev. “Altı il Dəclə-Fərat sahillərində” (1996, Ərəb dilinə çevirən: Ə.Bəndəroğlu), Rəsul Rza. “Ağlayan çox, gülən hanı?” (Kərkük, 2007), Elçin. “Mahmud və Məryəm” (Kərkük, 2007) və s. kitabları çap etdirmişdir.

Onu da deyim ki, Rəsul Rzanın “Ağlayan çox, gülən hanı?” kitabına Bəndəroğlu ilə birgə doqquz səhifəlik Ön söz yazmışıq.

Elçinin “Mahmud və Məryəm” əsərinə isə mən, “Elçinin sənət dünyası” adlı səkkiz səhifəlik Ön söz yazmışam.

Xüsusi qeyd etməyə dəyər ki, 2000-ci ildə Bakıda “Kitabi-Dədə Qorqud”un 1300 illiyinə həsr olunmuş Beynəlxalq Konfransda Ə.Bəndəroğlu söz vermişdi ki, abidənin ərəb dilinə tərcüməsini və çapını təşkil edəcək. O, ulu öndərin qarşısında çıxışı zamanı verdiyi sözü yerinə yetirdi. Abidə kürəkəni Cəlal Poladın tərcüməsində, Bəndəroğlunun Ön sözü ilə ərəbcə “Hekayət Dədə Qorqut” adıyla (Bağdad, 2007, 264 səh.) çap olundu.

Bütün bunlara görədir ki, Əbdüllətif Bəndəroğlu Azərbaycan Sovet Ensiklopediyasına (bax: IV cild, s.126) daxil edilmişdir. Məlumdur ki, ensiklopediyada böyük xidmətləri olan şəxsiyyətlər yer alır.

Ə.Bəndəroğlu haqqında, eləcə də möhtəşəm “Azərbaycan yazıçıları XX-XXI yüzillikdə” Ensiklopedik məlumat kitabında (Bax: Bakı, “Nurlar”, 2011, səh.217) oçerk verilmişdir. Azərbaycanda yaradıcılığına universitetlərdə diplom işləri yazılır və mənim rəhbərliyimlə Səkinə Qaybalıyeva 2011-ci ildə “Əbdüllətif Bəndəroğlunun elmi-bədii fəaliyyəti” mövzusunda dissertasiya müdafiə edib.

Şair və tədqiqatçı Ə.Bəndəroğlunun Azərbaycanda, Türkiyədə, İraqda ərəbcə çıxan əsərlərilə birlikdə 36 kitabı nəşr olunub. Elmi araşdırma xarakterli kitablarını burada qeyd edirik:

– “İraq Türkman ədəbiyyatı yolunda bir addım”. Araşdırma və Şeirlər. Bağdad, 1962.

– “Türkman şairi Füzuli Bayatlı”. Araşdırma. Bağdad, 1971.

– “İmadəddin Nəsimi Əl-Bağdadi”. Araşdırma. Bağdad, 1973.

– “İraq Türkman dili”. Araşdırma. Bağdad, 1977.

– “Atalar sözlərimiz”. Araşdırma, İncələmə və Qarşılaşdırma. 2 cilddə. Bağdad,1988.

– “İraq Türkman ədəbiyyatına bir nəzər”. 2 cilddə. Bağdad, 1989.

Qəzənfər PAŞAYEV

Şeirlərindən nümunələr

Atamın dəzgahı

Bu dəzgahda neçə dəmir,

Neçə çəlik

kül oldu.

Sənin kimi milyonlarla dəmirçi

zənginlərə qul oldu.

Bu dəzgahda neçə qılınc,

Neçə xəncər düzləndi.

Qaranlığın zəhər saçan bağrında da

gizləndi.

Bu dəzgahdan gözə saçdı

qığılcımlar,

Ulduzlarla qovuşdu,

Şimşəklərlə çarpışdı,

Çətin qorxu

və sevgi, sevinc aradı:

illər keçdi, gur çəkicin

və dəzgahın

paslanmadı,

parladı.

 

Keçmişdən xatirələr

Çağlar keçdi, oyanmadıq,

Dərd çəkməkdən usanmadıq,

Əl verdilər, dayanmadıq,

Sanımızı unutmuşuq.

 

Bu ellərdən düşmən qaçdı,

İldırımla işıq saçdı,

Dənizlərə yollar açdı,

Şanımızı unutmuşuq.

 

Şimşək vurdu, biz də yandıq,

Boş sözlərə tez inandıq,

Qaranlığı aydın sandıq,

Anımızı unutmuşuq.

 

Dağlar coşdu, qol qırıldı,

Sümük sındı, bel qırıldı,

Əlimizdə tel qırıldı,

Sazımızı unutmuşuq.

 

Dəniz coşdu ürəyimdə,

Zəncir izi biləyimdə,

Həsrət gizli diləyimdə,

Yazımızı unutmuşuq.

 

Balıqçının ağ ağında,

Ovçuların tozağında,

Yurdumuzun torpağında

Qanımızı unutmuşuq.

 

Ağ göyərçin qanadlandı,

Damarlardan qan atlandı,

Əkməyimiz boyatlandı,

Yurdumuzu unutmuşuq.

 

Günəş doğar üzümüzdə,

İldırım var gözümüzdə,

Mərdlik, şərəf sözümüzdə,

Elimizi unutmuşuq.

 

Gəzər göydə gözəl quşlar,

Gerçəkləşməz heç bir düşlər,

Düyünlənib yaram işlər,

Dilimizi unutmuşuq.

 

Qərənfil

Poemadan parça

Gözlərinin baxışını saxladım,

Ürəyimdən keçən yolu yoxladım.

Sənə baxan yad gözləri oxladım,

Öz-özümə yan demişəm, qərənfil!

Mən yurduma can demişəm, qərənfil!

Çoxdan bəri yazdım adın könlümdə,

Sözün gəzər hər vaxt mənim dilimdə.

Sənə hörmət göstərirlər elimdə,

Dilim şəkər, dilin şəkər, qərənfil!

Bir-birini sevər, çəkər, qərənfil!

 

Bağ-bağçalar gül ocağı olanda,

Bulaqlar da şirin suyla dolanda,

Aşıqlar da sazlarını çalanda

Sənin üçün şeir yazdım, qərənfil!

Ürəyimdə adın qazdım, qərənfil!

 

Sənin sevgin göylərədək ucalır,

İnsan oğlu həsrətinlə qocalır.

Qəmlər görüb, dərd çəkərək incəlir,

Saxla bizi qucağında, qərənfil!

Şimşək kimi ocağında, qərənfil!

 

Həyat gözəl bir səhnədir – keçilir,

Səndəki bu incilər də seçilir.

Yavaş-yavaş eşq badəsi içilir,

Sənin sevgin çox uludur, qərənfil!

Baharlarla gül doludur, qərənfil!

 

İnsan odur – çətinliyə dayansın,

Bir çağrışla duruxmasın, oyansın.

Yurdu üçün günəşlərə boyansın,

Sənin kimi heç görmədim, qərənfil!

Başqasını mən sevmədim, qərənfil!

 

Tarix boyu gur-gur səsin sellərdə,

Əzbərlənib sənin adın dillərdə.

Bənzərin yox çiçəklərdə, güllərdə,

Harda olsa, ətrin saçar, qərənfil!

Dumanları keçər, açar, qərənfil!

 

Qış vaxtında yarpaqların titrərkən,

İldırımlar göydən enib bitərkən,

Gözəl-gözəl bülbüllərin ötərkən,

Yarpaqların gül olaydı, qərənfil!

Ürəklərə bir dolaydı, qərənfil!

 

Saç ətrini bütün xalqlar üstünə,

Sevinc gətir qardaşına-dostuna.

Qoyma girsin insan qurdlar postuna!

Azadlığı dünyaya yay, qərənfil!

Gözəl-gözəl xalları say, qərənfil!

 

Dağlar başı sisli duman olanda,

Gözlərimiz qan yaşıyla dolanda,

Aclıq, qorxu qanadını salanda

Sən də görün qüvvətinlə, qərənfil!

Əl-ələ ver millətinlə, qərənfil!

 

Vur ildırım, qaranlıqlar qalmasın,

Sümürgəçi düdüyü də çalmasın.

Bir də savaş pərdəsini salmasın

Qırılmayan qol-qanadlar, qərənfil!

Ruzigarda qoşan atlar, qərənfil!

 

Sevgi erkən oyandı

Qaranlıq küçələrdə

Çalınan zəng səsindən

Qulaqlarım usandı.

Gecə-gündüz həsrətlə

Türkülər söyləməkdən

Dodaqlarım da yandı.

 

Ver əllərin, görüşək.

Səninçün yorğun canım

Fəlakətə dayandı.

 

Yetər, artıq bunca naz!

Bu yaralı könlümdə

Sevgi erkən oyandı.

 

Mərhəba

Millətimin uğrunda hər zaman qaynar qanım,

Dilimi yaşatmaqçün qalxandır ona canım.

Tarix boyu yayıldı; türkmandır mənim soyum,

Qorxu nədir bilmədik, dedik, ölüm, mərhəba!

 

Gəzdim Ural, Altayı, sevgiylə türkü çaldım,

Parçalanan dilimə həsrətlə durub baxdım.

Oğuzların səsiylə ildırım kimi çaxdım,

Uzun illər gülmədik, dedik, ölüm, mərhəba!

 

Orxon abidələri, Gültəkin qalıqları,

Göy Türkün yazıları, tarixin sübutları,

İçimizdə bəllidir, sualın cavabları,

Şəhid olduq, ölmədik, dedik, ölüm, mərhəba!

 

Ağsu

Sənin suyundan içib, yaşadım torpağında,

Ən ağır günlərimi keçirdim bucağında

Müqavimət göstərdim, sevgili qucağında

Gözümdə yaş qurudu, sən quruma, ax, Ağsu.

 

Ən balaca yaşdaykən düşdüm qorlu atəşə,

Barışı hər an sevdim, nifrət duydum savaşa.

Zəncirləndi əllərim, yalqız qaldım, baş-başa,

Dostunu bas bağrına, düşməni yandır, Ağsu.

 

Keçdi ömür, yorulduq, keçmiş xatirə qaldı,

Damarlardan qan axdı, zamanın adı qaldı.

Yurdumuzun uğrunda şəhidin şanı qaldı,

Gündə deyil, ildə bir, bir dön bizə bax, Ağsu.

 

Ana dili

Ana dilini sevmək

Ana qucağını sevməkdir,

Yaşamın ilk günlərində.

 

Ana dilini sevmək

Yenidən yaşamaqdır,

Yaşamın son günlərində.

 

Oyanış

Ümidlərim vulkan kimi qaynarkən,

Uzun çəkən yuxulardan oyandım.

Taleyimlə kirli əllər oynarkən,

Bu mənasız həyatımdan usandım.

 

Yurdda həsrət, könüldə ah yaşarkən,

Quşlar bizdə darmadağın dolaşır.

Ümid qırıq, qayğı canı aşarkən,

Qınsız xəncər yaramıza ulaşır.

 

Sizin üçün türküləri söylərkən,

Qırx il, qırx ay gecə-gündüz yoruldum.

Dayandım mən, qapınızdan keçərkən,

Xəyal gördüm, ürəyimdən vuruldum.

 

Kərkük

İçimdəki həsrətin

İçində yaşar Kərkük,

Analar laylasıyla

Oyanar, yatar Kərkük,

Gurgur baba ağlasa,

Silkənər, qaçar Kərkük,

Tarixin açılmayan

Sirrini açar Kərkük,

İldırımı dünyaya

Alovla çaxar Kərkük.

 

Kükrədi

Eşq oduyla sıxılmayan bu ruhum

Bir sevginin qısqacında titrədi.

Təzyiqlərə alışılmış ürəyim,

İllər boyu qəzəbindən kükrədi.

 

Nə sən gəldin dərman tapdın dərdimə,

Nə mən durub xəyallardan oyandım.

Dünya qorun tutuşdurdun sevgimə,

Gülləsinə nişan oldum, dayandım.

 

Paylaş:

Continue Reading

Previous: Nesibe Nesib Qizi’ndan Bir Şiir
Next: TÜRK DÜNYASINDAN BİR ŞAİR BİR KİTAP

Related Stories

EHİTLERİN ANNESİ
  • Azerbaycan

Kerkük Gazetesi 20 Nisan 2026
0a475cc3-e609-4f23-ad39-96eac51616faff
  • Azerbaycan

Tarixin Lal Şahidləri: Kərkük və Mosulun Diplomatik Tənhalığı

Kerkük Gazetesi 18 Nisan 2026
b7f88537-3b8b-40d8-8d18-38679a7d6972
  • Azerbaycan

Azerbaycan’dan Kerkük Kültür Derneğine Kitap Bağışı

Kerkük Gazetesi 16 Nisan 2026

Güncel Haberler

Yeni Dünya Aranıyor image 1

Yeni Dünya Aranıyor

21 Nisan 2026
Kürşat Çavuşoğlu ve Mohammed Ziyad Taher çifti altın madalya kazandı 673766955_2514876448934074_4886264264891818050_n 2

Kürşat Çavuşoğlu ve Mohammed Ziyad Taher çifti altın madalya kazandı

21 Nisan 2026
Kerkük Kültür Derneği’nden Irak Büyükelçiliği’ne ziyaret 2 3

Kerkük Kültür Derneği’nden Irak Büyükelçiliği’ne ziyaret

20 Nisan 2026
EHİTLERİN ANNESİ 4

20 Nisan 2026
Antalya Diplomasi Forumu 2026 sona erdi thumbs_b_c_6cb9d58b7484085b3cbd5c2cae7468db 5

Antalya Diplomasi Forumu 2026 sona erdi

20 Nisan 2026

Editörden

8a680ac8-4ae7-4206-affa-f7b541cd7857
  • Azerbaycan
  • Editörden

Şemsettin Küzeci’nin Azerbaycan Kitaplarının imza günü

11 Ocak 2026
178386911_1925588547591950_2559509787806110237_n
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Haberler
  • Türkmeneli
  • Yazarlar

Irak Türkmen Cephesi 26 Yaşında

24 Nisan 2021
ALTUNKÖPRÜ ŞEHİTLERİ (1)
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Türkmeneli
  • Yazarlar

30. Yılında Kerkük’te Altunköprü Katliamı

28 Mart 2021

Videolar

eed5bfac-185e-4361-a144-ea9eb702ee9d
  • Azerbaycan
  • Basın
  • Haberler
  • Türk Dünyası
  • Türkmen Edebiyatı
  • Video
  • Videolar

Kerkük’ün Milli Yazarı Ata Terzibaşı’nın Hayatı Filim Oldu

26 Aralık 2024
demirel
  • Haberler
  • Türk Dünyası
  • Türkiye
  • Türkmeneli
  • Videolar

20 önce Süleyman Demirel Irak Türkmen Öğretmenlerini kabul etmişti

23 Aralık 2020
indir
  • Basın
  • Haberler
  • Türkmen Basını
  • Türkmeneli
  • Videolar

Kerkük Gazetesi’nin YouTube kanalı açıldı

16 Kasım 2020

Foto Galeri

DSCI8493
  • Basın
  • Foto Galeri
  • Haberler

Türkmeneli TV’nin eski Teknik Müdürü Sacit Baydar Vefat etti

17 Ekim 2020
M ZİYA1
  • Foto Galeri
  • Kitap
  • Kütüphane

Mustafa Ziya’nin Küçük Not Defterinden Şiirler kitabı çıktı

20 Ocak 2020
1828866_620x410
  • Foto Galeri

ABD’li komutandan Münbiç’e ziyaret!

8 Şubat 2018
Facebook
kerkuk_turkuleri
Youtube

AMACIMIZ

Irak’taki Türkmenlerin gerçek anlamda varlıklarını, birlik ve beraberliklerini sağlamak; gazete yoluyla da sıkıntılarını, kültürlerini ve varlıklarını dünyaya tanıtmak ve Türk dünyası arasında bir köprü oluşturmaktır.

Bizi Takip Edin

Facebook Twitter Youtube Instagram
Menu
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim

  • HABERLER
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Genel Tanıtım
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Copyright © All rights reserved. | MoreNews by AF themes.