(İgidimiz – Fəttahov Əkbərin 44 günlük müharibədə qəhrəmanlığından)
Firuzə Quliyeva
Ayağının altında
min illik dağlar əsdirdin!
Sən addımlayanda
daş da ümidlənirdi.
Gözlərində
bir millətin tarixi çırpınırdı –
sən baxınca
zəfər özü göz qırpırdı.
Tutuşmuşdular,
yaralı bir səhər idi yurdun adı…
Sən isə qaranlığı
qılınc kimi doğrayıb
işığa yol salanlardansan.
Əlin palçıqda idi,
ürəyin göydə –
bayrağın dalğası kimi
alovlu və sərbəst!
Nə zaman adını çəkirik,
könlümüzün üstü
ordu kimi sıraya düzülür.
Nəfəsinlə ovunur
Həsrətdən susayan quru torpaq.
Yaralı qayalar sağaldı
çinarlar ayağa qalxdı.
Ana Vətənin namusundan,
Ananın can qoxusundan,
Əllərinin tən ortasından
Keçdi müharibə yolu…
Əkbər –
Sən savaşdan yox,
Savaş sənin içindən çıxdı.
Qəhrəmanlığın
Bütün ellərə imzadı!
01.08.2025.
Anası Səmirə xala bizim qonşumuzdur. Onun oğlu Əkbərə olan sevgisindən təsirlənərək yazdım.
