
Bitsin Savaş
Bitsin savaşlar dünyada,
Dinlənsin qoy göz yaşları.
Sussun top- tüfəng, bombalar,
Danışsın qoy sülh quşları.
**
Körpələrin gülüşüylə,
Açılsın sabah, yeni gün.
Qaranlıqlar aydınlansın,
Sönsün nifrət, qoy bitsin kin.
**
Analar heç ağlamasın ,
Qanla sulanmasın torpaq,
Sevgi olsun hər addımda –
Hər bir evdə yansın ocaq.
**
Bax, torpaq da yorulubdu
Altı insan sümüyündən.
Göy üzünə ahlar çökür –
Dua qalxmır küy içindən.
**
Bitsin bu savaş dünyada,
Cana dolub yer, göy , hər yan.
Gəlsin barış əllərində –
Oyansın qəlblərdə iman.
**
Səadət Qərib
23.06.2025