Azerbaycanlı Yazar Cemile Çiçek’ten Değerlerimizin Kreativ Tanıtımı

Araşdırmaçı jurnalist, filologiya üzrə fəlsəfə doktoru Cəmilə Çiçəyin daha bir kitabı işıq üzü gördü. Bu kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Elm, təhsil, mədəniyyət və azərbaycançılığın təbliği təşəbbüslərinin dəstəklənməsi” istiqamətində “Milli dəyərlərin innovativ-kreativ təbliği: azərbaycanlıları birləşdirən mental sərvətlərimizin qorunması” adlı üçaylıq layihə çərçivəsində hazırlanmışdır.


Kitabda Azərbaycanın milli-estetik dəyərlərinin, mental qayda-qanunlarının, mədəniyyətinin, yaşam dünyagörüşlərinin populyarlaşdırılması, daha da inkişafı, eyni zamanda dünyaya səpələnmiş 55 milyonluq soydaşımızı birləşdirən mental-mədəni sərvətlərimizin müxtəlif formalarda – innovativ-kreativ təbliği mövzusunda hazırlanmış elmi-sosioloji materiallar toplanıb. Toplu humanitar sahələrin mütəxəssisləri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Dəyərlərin kreativ tanıtımı PDF son tıklayınız