Skip to content
15 Ekim 2026
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

Özgür Basın, Özgür Toplum

Sosyal medya hesaplarımız

  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Primary Menu
  • HABERLER
    • Akademik Makaleler
    • Arapça
    • Azerbaycan
    • Basın
    • Dünya
    • Editörden
    • İngilizce
    • Kitap
    • Kültür – Sanat
    • Türkiye
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Genel Tanıtım
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim
  • Home
  • Azerbaycan
  • Azadə Novruzova’dan Şiirler
  • Azerbaycan
  • Türk Dünyası

Azadə Novruzova’dan Şiirler

Kerkük Gazetesi 1 Ekim 2021
242808515_1539317183089557_4558544586006481121_n
Araz Suyuna 
Ovum-ovum ovulub,
Bircə çimdik toz olmuşam.
Gülüm, gəl “XƏLVƏT”ində gizlət məni.
VƏTƏN BÜTÖVLƏNƏNDƏ
Qatarsan ARAZ suyuna.
***

Yet Dadına Bu Dünyanın, Ay Allah!

 

Yaxşı-yaman bir ölçüyə biçilib,

Əyri-düzə, düz- əyriyə tikilib,

Quru əppək qəhət olub, çəkilib

Yet dadına bu dünyanın, ay Allah!

 

Əfi ilan üzübəri sürünür,

Qaçan qaçıb, mağmın hələ düşünür,

Bazarı bol, meydanı gen zalımın

Yet dadına bu dünyanın, ay Allah!

 

Haqq üzülüb, divan əyri qurulub,

Dili gödək əli uzun olubdur,

Gedən gəlib? Yoxsa dünya boşalıb?

Nə hay- küydür?

Yet dadına bu dünyanın, ay Allah!

***

Hardasan…

Bir yaz görüm necəsən?

Yarıcanım hardasan?

Sağım, solum, bütünüm,

Sənsiz elə darıxdım.

Dolanıram başına

Dörd divarın səhərdən.

Gələn-gedən nəfəsim

Yenə səssiz pıçılda

Gecənin qulağına.

Səni çox istəyirəm,

Mehribanım, əzizim.

Yatmamışam gecəni

Oturub səhərəcən

Adını zikr etmişəm

Dilim ucu qabardı.

Səhv-düz, tələm-tələsik,

Qara-qura eybi yox.

Eləcə yaz ki, sağam.

Canım, gözüm, əzizim.

Bağışladığın güzgü

Əlimdən heç düşməzdi.

Dünən salıb qırmışam,

Topalayıb yığmışam,

Bərk sıxıb saxlamışam

Ovucumun içində.

Qorxuram küsər, gedər

Bir ömür xatirələr…

Ayım, günüm, əzizim

Yarıcanım hardasan?

Köhnə şəhər, dar küçə

Külək, sazaq, dörd divar.

Yolun hansı yanadır?

Ordan boylanım sənə

Sağım, solum, bütünüm

Yarıcanım hardasan?

***

İki damla göz yaşısan

İki damla göz yaşısan
sıxsam gözlərimi dənizə
gəmilər boğulacaq
balıqların donu daralacaq
dərya yetim ayrılıqlar doğacaq
həsrət-həsrət baxışlar boylanacaq
küçələrin gözlərindən.
Qəhər tıxanacaq boğazına
yosunlar dolaşıq düşəcək
telləri əlçimlənəcək dalğaların
qağayılar sərgərdan olacaq
özgə ellər Vətən olmur
qaçqın uşağa.
Vətən yarımır naxələfdən oğul doğanda
noğullar kəsərsiz olur
oğullar fərsiz olanda.
Arılar bal yığammır
çiçəklər solanda.
yağış ol, ələn üstümə
quruyum …günçıxanda.

 

 

Pəncərəsi qırıq küçələr

Pəncərəsi çiliklənib küçələrin

O tay, bu tay.

Çölə tökülüb,

üşüyür, evlərə doluşur

pəncərəsi qırıq küçələr..

inildəyir yarası dərin olanlar,

dalanlara, döngələrə qısılır,

qaçqın, köçkün, qərib olanlar.

O tay, bu tay olanlar

Hamısı bizim olanlar

körpə, cavan, ahıl  küçələr

bizim küçələr…

pəncərəsi qırıq küçələr..

***

Bu yağış ondan danışır

Bu yağış ondan danışır…

darıxır…

nəfəsi tərlədir pəncərənin şüşəsini

kül qabısı küllənib,

qalaqlanıb kötüklər…

Çəkən deyildi axı?

Həsrət çəkir…

siqaret kağızına bələyib ayrılığı külləyir

çayı soyutmur daha

qaynar içir yana-yana.

Səni qınamır daha

əzizləyir şəkillərdən…

yağışı çətir tutub,

evdən o dar küçəyə dönür…

qupqurudur…

bir damcıda dammayıb,

yağışdan bu küçəyə.

yazır oxunmamış mesajların ardına

…..mənə nəfəssən

nəfəs!

 

 

Sənsizəm

Sənsizəm….
Adını yazmışam nəlbəkimin arxasına
İsti saxlasın çayımı.
Qurutmusan Allahın göz yaşını
daha bizə yağmır yağış…
Dolu tökür, ardıncada qarlayır…
Soyuq olur evimiz.
Adın isidir istəkanı qucaqlayan əllərimi…
Yuxumda yenə oxuyurdun…
“Təbrizin küçələri dalanbadalan”
Qaragiləm, gəl silim gözün yaşın
bəri dolan!

***

Yolumun üstündə çiçək bitirdin

Bütün çiçəklərdən çox sevdim onu.

Adımı çiçəyin adına qoydun

Çox sevdim adımı, çiçək adında.

***

Tərsinə geyinmişəm  əynimi

başıhavalı.

ayaqyalın dolanıram küçəni o baş, bu baş

qarhavasında…

şaxta kəsir  ah-naləni

cınqırım belə çıxmır…

Sən üşüyürsən?

Külək sovurur məni…

Qovuşsaq bir VƏTƏN olarıq.

***

Sən hardan biləsən?

Sən hardan biləsən….
Küsüb öz-özünə barışmaq nədir?
Susmaq…
danışmamaq nədir?
Özünü yada salmaq
təkrar-təkrar yazmaq, pozmaq
ürəyi durmamaq nədir?
Yerdə göylə, göydə yerlə əlləşmək
Sevmək, sevmək , sevmək nədir?
Allahın evində birdən…
Səndən darıxmaq nədir?

***

Yalan

Ayaq tutar yeriməz

Ayağı var yalanın.

Yalandan düzəltdiyi

Yalanı var, yalanın.

Həqiqətdən gen düşən

Lap ağı var, yalanın.

Bozu var, qarası var

Doğrunun mayasından

Oğurlanan parası,

Öldürən həqiqətdən

Yaxşısı var yalanın.

Təzə eşitdim bunu

Təzəsi var, təzəsi.

Yallı yalan dedilər,

Yallısı var yalanın.

Əl-ələ, qol-qoladır,

Sarmaş-dolaşdır yalan.

Yaman meydan sulayır,

Meydanı gen yalanın.

***

Bu gecə yuxumda bir uşaq ağlayırdı…

Bu gecə yuxumda bir uşaq ağlayırdı,

Əlləri xınalı, telləri qıvrım.

Can deyib, haray çəkirdi.

Harayı dağ çəkirdi.

Gözündən od tökülürdü,

Alışıb, yanırdı dünya!

 

Bu gecə yuxumda bir uşaq ağlayırdı,

Əynində qırmızı don, ayağı yalın.

Don vurmuşdu ayağını,

Ünü ərşə çatırdı.

Diziüstə çökmüşdü

Səcdədən qalxırdı, dünya!

 

Bu gecə yuxumda bir uşaq ağlayırdı,

Xocalıdan…

Gəlinciyi qucağında.

Cəsədi qar içində.

Yiyəsi ölmüşdü,

Ortalıqda qalmışdı, dünya!

***

Azadə Novruzova
Paylaş:

Continue Reading

Previous: Başbakan Kazımi: Seçim Güvenliğinin Sağlanmasını Bizzat Denetleyeceğim
Next: Bugün Azerbaycan, kendi hedefleri olan istikrarlı, güvenli, hoşgörülü, çok kültürlü bir ülkedir.

Related Stories

9b8dd9ca-2bcf-4591-b114-fa427590d2f6
  • Azerbaycan

Azerbaycanlı Şair Ülviyyə Əbülfəzqızı’ndan İki şiir

Kerkük Gazetesi 13 Ekim 2026
c9899cc1-1182-498d-a747-4c1cf0dd1e34
  • Türk Dünyası

“Türk Dünyası Ebedi Birlikte: Gençlerle Açık Diyalog” başlıklı uluslararası çevrim içi seminer düzenlendi

Kerkük Gazetesi 12 Ekim 2026
1791694700_img_20261011_085123
  • Azerbaycan

AYAZ VAFALİ VEFAT ETTİ

Kerkük Gazetesi 11 Ekim 2026

Güncel Haberler

Azerbaycanlı Şair Ülviyyə Əbülfəzqızı’ndan İki şiir 9b8dd9ca-2bcf-4591-b114-fa427590d2f6 1

Azerbaycanlı Şair Ülviyyə Əbülfəzqızı’ndan İki şiir

13 Ekim 2026
Irak Türkmen Birliği ve Dayanışma Derneği 25. yılını muhteşem bir gece ile kutladı 846206831_938287075714027_249577316445675670_n 2

Irak Türkmen Birliği ve Dayanışma Derneği 25. yılını muhteşem bir gece ile kutladı

13 Ekim 2026
ABD Başkanının Irak Özel Temsilcisi: Yargıç Faik Zeydan ile görüşmem verimli geçti 19c5885137_photo_2026-10-12_18-37-06 3

ABD Başkanının Irak Özel Temsilcisi: Yargıç Faik Zeydan ile görüşmem verimli geçti

13 Ekim 2026
“Türk Dünyası Ebedi Birlikte: Gençlerle Açık Diyalog” başlıklı uluslararası çevrim içi seminer düzenlendi c9899cc1-1182-498d-a747-4c1cf0dd1e34 4

“Türk Dünyası Ebedi Birlikte: Gençlerle Açık Diyalog” başlıklı uluslararası çevrim içi seminer düzenlendi

12 Ekim 2026
Türkiye Cumhurbaşkanı Erdoğan: Türkiye olarak ‘Dilde, fikirde, işte birlik’ mefkuremizi daha öteye taşımayı hedefliyoruz thumbs_b_c_493c2f8f41a58afaed1547cc20f61532 5

Türkiye Cumhurbaşkanı Erdoğan: Türkiye olarak ‘Dilde, fikirde, işte birlik’ mefkuremizi daha öteye taşımayı hedefliyoruz

12 Ekim 2026

Editörden

8a680ac8-4ae7-4206-affa-f7b541cd7857
  • Azerbaycan
  • Editörden

Şemsettin Küzeci’nin Azerbaycan Kitaplarının imza günü

11 Ocak 2026
178386911_1925588547591950_2559509787806110237_n
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Haberler
  • Türkmeneli
  • Yazarlar

Irak Türkmen Cephesi 26 Yaşında

24 Nisan 2021
ALTUNKÖPRÜ ŞEHİTLERİ (1)
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Türkmeneli
  • Yazarlar

30. Yılında Kerkük’te Altunköprü Katliamı

28 Mart 2021

Videolar

eed5bfac-185e-4361-a144-ea9eb702ee9d
  • Azerbaycan
  • Basın
  • Haberler
  • Türk Dünyası
  • Türkmen Edebiyatı
  • Video
  • Videolar

Kerkük’ün Milli Yazarı Ata Terzibaşı’nın Hayatı Filim Oldu

26 Aralık 2024
demirel
  • Haberler
  • Türk Dünyası
  • Türkiye
  • Türkmeneli
  • Videolar

20 önce Süleyman Demirel Irak Türkmen Öğretmenlerini kabul etmişti

23 Aralık 2020
indir
  • Basın
  • Haberler
  • Türkmen Basını
  • Türkmeneli
  • Videolar

Kerkük Gazetesi’nin YouTube kanalı açıldı

16 Kasım 2020

Foto Galeri

DSCI8493
  • Basın
  • Foto Galeri
  • Haberler

Türkmeneli TV’nin eski Teknik Müdürü Sacit Baydar Vefat etti

17 Ekim 2020
M ZİYA1
  • Foto Galeri
  • Kitap
  • Kütüphane

Mustafa Ziya’nin Küçük Not Defterinden Şiirler kitabı çıktı

20 Ocak 2020
1828866_620x410
  • Foto Galeri

ABD’li komutandan Münbiç’e ziyaret!

8 Şubat 2018
Facebook
kerkuk_turkuleri
Youtube

AMACIMIZ

Irak’taki Türkmenlerin gerçek anlamda varlıklarını, birlik ve beraberliklerini sağlamak; gazete yoluyla da sıkıntılarını, kültürlerini ve varlıklarını dünyaya tanıtmak ve Türk dünyası arasında bir köprü oluşturmaktır.

Bizi Takip Edin

Facebook Twitter Youtube Instagram
Menu
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim

  • HABERLER
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Genel Tanıtım
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Copyright © All rights reserved. | MoreNews by AF themes.