Qarabağ bizimdir, Qarabağ Azərbaycandır
Dr. Şemsettin Küzeci
30 ilə yaxındır ki, erməni terrorizmi Azərbaycan ərazisinin 20%-ni, ilk növbədə Qarabağı işğal edib, iyul ayında Tovuz şəhərinə hücum edib, oktyabrda isə Azərbaycana rəsmən müharibə elan edib. Bu düşüncəni şiddətlə qınayırıq. Dünya İnsan Haqları təşkilatları və sülh adından danışan Qərb dövlətləri illərdir Azərbaycan torpaqlarına məhəl qoymadan susaraq “Əshabi-Kəf” kimi dərin yuxuya gedirlər.
Bu erməni terroru öz arxasına Fransa və Moskvanı alıb türk torpağı olan can azərbaycanlı soydaşlarımızın ana-baba yurdlarını işğal etmişlər. Türkiyə haqlı olaraq Azərbaycan xalqının yanında olub, “bir millət, iki dövlət” şüarı ilə bütün dünyaya birlik və həmrəylik dərsi, nümunəvi münasibət nümayiş etdirdi. Ancaq Türk Dünyasının digər ölkələri və Moskvanın nəzarətində olan türk toplumları səsini çıxarmır.
Biz; İraq azərbaycanlıları (Kərkük türkləri) olaraq bütün dünyaya səslənirik. Çirkin erməni işğalçı terroru Azərbaycan torpaqlarından çəkilməlidir. Uşaq, körpə qətliam atəşkəsə baxmayaraq, Gəncəyə, digər azərbaycanlı yaşayış məntəqələrinə, dinc əhaliyə hücum edərək həyata susamış dəli kimi son mübarizələrini göstərir. Bu haqlı davada zəfər mütləq bizimdir. Zəfər Azərbaycanındır. Gec-tez Qarabağ torpaqları azad olunacaq, türklük səslənəcək, Qarabağ səmasında Azərbaycan bayrağı dalğalanacaq. Ayrılıq nəğmələri yox olacaq, birlik nəğmələri dastana çevriləcək.
Azərbaycanın Müstəqillik Günündə bütün şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfalar diləyir, Allah türkləri qorusun və uca tutsun. Qarabağda görüşmək ümidi ilə… Məqaləmi Vətənim Qarabağa şeirimlə bitirirəm.
Kərkükün qalasından
Öz Türkman balasından
Mor sünbül lalasından
Məhəbbət gətirmişəm.
Azərbaycan soyundan
Oğuz, bayat köyündən
Dəclə Fərat suyundan
Dad fəryad gətirmişəm.
Füzuli nəfəsindən
Kərbəla havasından
Kuzəçinin səsindən
Min xoyrat gətirmişəm.
Kərkük, Təbriz, Marağa
Xudam salma irağa
Vətənım Qarabağa
Mən övlad gətirmişəm
***
