Tebrizli Şair Xosrov Barışan’dan Sıxac qəzəli

SIXAC qəzəli

Nə diktatörəm mən, nə də ki başda tacım var.
İnsan kimi, azad yaşamaq tək amacım var.

Nə kimsəni tabe edərək zorla bac allam;
Nə də, verəcək kimsəyə dünyadə bacım var.

Yarram yalanı, haqqı yazınca, çün əlimdə;
Musa kimi ferövnə qənim bir ağacım var.

Şərr ilə savaşda yaralansam, nə qəmim var…
Şerim kimi könlümdə sağaldan əlacım var.

Yar, bunca ərazil, lat ü lüt, övbaş içində;
Əmniyət olan bir qucağa ehtiyacım var.

Yerdə gəzərəm göy üzünü əl ələ versək;
Nə mudlu mənə, göy qapısında sıxacım var.

ŞEİR:XOSROV BARIŞAN

“سیخاج” غزلی

نه دیکتاتورام من، نه ده کی، باشدا تاجیم وار.
اینسان کیمی، آزاد یاشاماق تک آماجیم وار.

نه کیمسه‌نی تابع ائدرک زورلا، باج آللام‌‌‌؛
نه ده، وئره‌جک کیمسه‌یه دونیاده باجیم وار.

یاررام یالانی، حقی یازینجا، چون الیمده
موسی کیمی فرعونه غنیم بیر آغاجیم وار.

شر ‌‌ایله ساواشدا یارالانسام، نه غمیم وار..،
شعریم کیمی گؤنلومده ساغالدان علاجیم وار.

یار، بونجا اراذل، لات و لوت، اوباش ایچینده؛
امنیت اولان بیر قوجاغا احتیاجیم وار.

یئرده گزرم گؤی اوزونو، ال-اله وئرسک؛
نه مودلو منه، گؤی قاپیسیندا سیخاجیم وار.

شعر: خسرو باریشان