ZƏFƏR NƏĞMƏSİ
Bir millət tarixə imza atanda,
Daşların köksündə dastan oyandı.
Qırx dörd gün bir əsrin yolunu keçdi,
Zəfərin nuruna Vətən boyandı.
Dağların başında üçrəngli bayraq
Ucaldı, nur səpdi doğma ellərə.
Şuşanın köksündə susan nəğmələr
Qayıtdı yenidən bizim dillərə.
Torpağın bağrında uyuyan igid,
Qanından bu yurdun gülü göyərdi.
Ömrünü Vətənə bağışladın sən,
Vətən də adına ölməzlik verdi.
Bu zəfər bir xalqın alın yazısı,
Bu zəfər min şəhid ruhunun səsi.
Bir ömrə sığmayan qürur yaşadır
Vətənin hər qarış azad nəfəsi.
Dəmir yumruq oldu xalqın birliyi,
Haqqın qarşısında zülüm diz çökdü.
Vətən sevgisiylə döyüşən əsgər
Dağları aşaraq sədləri sökdü.
Qoy əsrlər keçsin, nəsillər gəlsin,
Ucalsın yurdumun qələbə səsi.
Qəlblərdə yaşasın şəhidlərimiz,
Dillərdən düşməsin Zəfər nəğməsi!
Səadət Qərib ✍️
