Qənirə Paşayeva yenidən Tovuzdan Bağımsız Milletvekli adayı olacak

Beşinci çağırış Milli Məclisin deputatı Qənirə Paşayeva yenidən parlament seçkilərində namizədliyini irəli sürəcək. AZXEBER.COM-un xəbərinə görə, bu haqda Q.Paşayevanın özü məlumat verib. O qeyd edib ki, elə deputatı olduğu dairədən namizəd olacaq:
“Milli Məclisdə şərəflə və qürurla təmsil etdiyim 105 saylı Tovuz Seçki Dairəsindən yenidən deputatlığa namizədliyimi irəli sürməyə qərar verdim. İnanıram ki, seçicilərimin təkrar etimadını qazanacaq və növbəti 5 ildə də onları ləyaqətlə təmsil edəcəm. Bütün bu illər ərzində onların etimadını itirməmək üçün və onları layiq olduqları kimi təmsil etməyə çalışdım. Hər bir seçicim mənim üçün çox əziz və dəyərlidir”.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-da keçiriləcək.