
Kərküyüm Yadıma Düşdü
Rəsmiyyə Sabir
Şəmsəttin Kuzəçiyə
Yenə qəlbim onu andı,
Həsrətdən ürəyim yandı,
Dəli ruhum havalandı,
Kərküyüm yadıma düşdü.
Sevdası gəzir başımda,
Əksi dayanıb qarşımda,
Sıralanıb göz yaşım da,
Kərküyüm yadıma düşdü.
Durub yollarına baxdım,
Yalquzaq kimi darıxdım,
Özümü yandırıb yaxdım,
Kərküyum yadıma düşdü.
Ondan uzaqda nə edim,
Vətənimi çox özlədim,
İstəyirəm yurda gedim,
Kərküyüm yadıma düşdü.
Həsrətdən olmuşam xəstə,
Gözüm yolda, qulaq səsdə,
Can üstəyəm, son nəfəsdə,
Kərküyüm yadıma düuşdü.
***