Skip to content
23 Kasım 2026
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

Özgür Basın, Özgür Toplum

Sosyal medya hesaplarımız

  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Primary Menu
  • HABERLER
    • Akademik Makaleler
    • Arapça
    • Azerbaycan
    • Basın
    • Dünya
    • Editörden
    • İngilizce
    • Kitap
    • Kültür – Sanat
    • Türkiye
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Genel Tanıtım
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim
  • Home
  • Azerbaycan
  • Azerbaycan Kadın Şairlerinden: ZEYNƏB BƏHMƏNLİ
  • Azerbaycan

Azerbaycan Kadın Şairlerinden: ZEYNƏB BƏHMƏNLİ

Kerkük Gazetesi 23 Kasım 2026
ZEYNEP BEHMENLİ

Azerbaycan Kadın Şairlerinden: 

ZEYNƏB BƏHMƏNLİ

Şair · Musiqişünas · Pedaqoq

 Zeynəb Usub qızı Bəhmənli 1954-cü il noyabrın 20-də Qarabağın Füzuli rayonunun Böyük Bəhmənli kəndində dəmiryolçu ailəsində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra iki il pedaqoji institutda oxumuş, ailə qurduğu üçün təhsilini yarımçıq qoymuşdur. Sonralar Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Otuz ilə yaxın Füzuli Musiqi məktəbində müəllim və direktor vəzifələrində çalışmışdır. Məcburi köçkün kimi Bakıya köçdükdən sonra Səbail Rayon İcra Hakimiyyətində, televiziyada, Avrasiya Mətbuat Fondunda və nəşriyyatda müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və İraq Türkmən Yazarlar Birliyinin fəxri üzvüdür. Dünya Söz Akademiyasının “Uluslararası Kültür və Ədəbiyyat Ödülü” diplomuna layiq görülmüş, Prezident mükafatçısıdır. Haqqında məlumat bir sıra tarixi ensiklopediyalarda yer almışdır. Şeirlərinin 70-ə yaxınına tanınmış bəstəkarlar tərəfindən musiqi bəstələnmişdir. Çoxsaylı kitabın müəllifidir. “Görüşə gəlmişəm söz qatarımla, sazla, kamanla, tarımla.”

 

QARABAĞ AZƏRBAYCANDIR!

Şuşanı Qarabağın tacı bildik,

Şuşasız ömrü zəhər, acı bildik.

Həsrət gözümüzü acıdır dedik,

Nələr çəkmişik, dünyaya əyandı,

Qarabağ Azərbaycandır!

Xan Şuşa açıb qolların “gəl” deyir,

Xarıbülbül “gəl məni dər, gül” deyir.

Sinəmdəki ağrıları sil deyir,

Gəl, uyumuş xəyalları oyandır

Qarabağ Azərbaycandır!

Gözü yolda Pənah xanın qalası,

Dağı dəlir igidlərin sədası.

Bax, qoyuldu ər oğlunun “Nida”sı,

Bu ərənlik, bu dünyaya bəyandır,

Qarabağ Azərbaycandır!

Gözlərimiz bundan sonra güləcək,

Bizi böyük Turan təbrik edəcək.

Muğam beşiyində bayram olacaq,

Qonaqlar bizimlə Yallı gedəcək,

Zeynəb, bu birliyin tonqalın yandır,

Qarabağ Azərbaycandır!

2020-ci il

***

İSLAMIN UCA ZİRVƏSİ

Susub qaranlığın dərinliyində,

Bir ziya aradım öz mənliyimdə,

Zülmətdən mən nura doğru yönəldim.

Tanrı sevgisiylə qalxıb-yüksəldim.

O, səda – İslamın uca zirvəsi,

Ruhuma xoş gələn azan səsidi.

Məhəmməd nurudur, haqqın yoludur.

Qəlb evim kəlamla, nurla doludu,

İslamın sütunu orucla-namaz,

Haqqa söykənən kəs, heç odda yanmaz

Əməli salehlər, kamil insanlar,

Tanrı sevgisinə layiq olarlar.

Əqli-zəkasıyla ucalar insan,

Belə buyurmuşdur Uca Yaradan,

Məhşərin zülmündən, yanar odunda,

Qoruyan bizləri namaz olacaq.

 *** 

ŞAİRLƏR TEZ QOCALIRLAR

Qarabağdan gəlmir səs-səmir,

Dünya kormu? Haqqı bəs niyə görmür?

Köçkünlər Vətənsiz ölmək istəmir,

Şair qəlbi qocalmasın, neyləsin?

Şüşa, Laçın işğalçının əlində,

Musiqimiz oğruların dilində.

Cismim burda, ruhum doğma elimdə,

Şair qəlbi qocalmasın, neyləsin?

Xan əmi oxumur «Kəsmə-Şikəstə»

İnləyir tar-kaman qəmli, ahəstə.

Sinəmizə dağ çəkildi – dağ üstə,

Şair qəlbi qocalmasın, neyləsin?

Leyli, Əsli eşqdən çəkdisə qəhər,

O eşq, Qeysi Məcnun etdisə əgər,

Eşqin badəsində içdisə zəhər,

Şair qəlbi qocalmasın, neyləsin?

Gözlərim qan-qada müsübət gördü,

Qəm karvanı atın üstümə sürdü.

Zeynəb gül əkdi, niyə qəmi dərdi?

Şair qəlbi qocalmasın, neyləsin?

 *** 

ALA GÖZLÜM OXU

(Türk müğənnisi Müşərrəf Akaya ithaf edirəm. Bakıda görüşdən sonra)

Aləmə nur saçan Günəş olaram,

Sevinc olub gözlərinə dolaram,

Ya könlündə xoş misra tək qalaram,

«Ala gözlüm oxu», qurbanın olum!

Ruhum Qarabağda, Şuşa dağında,

İsa bulağında, yurd sorağında,

O Cıdır düzündə, Xan sarayında,

«Ala gözlüm oxu», qürbanın olum!

Qoy könlüm ümiddən bir xeymə qursun,

Hicranın özüylə vüsal barışsın,

Aləm də bu anın seyrinə dursun,

«Ala gözlüm oxu», qurbanın olum!

Səsinlə ucalıb sənətin tacı,

Könüllər Sultanı, Müşərrəf bacı,

Bu qaçqın Zeynəbə eylə əlaçı,

«Ala gözlüm oxu», qurbanın olum!

 *** 

EY HƏKİM

Bu dünya yaranıb əzəldən belə,

Dahilər bəxş edib cahana, elə.

Tarixə düşmüsən öz zəkan ilə,

Bir sirli aləmsən özün, ey həkim.

Sanıram gözündən heç nə yayınmaz,

Sən olan aləmdə dərd, məraz olmaz.

Qartalsan, yerini Sar ala bilməz,

Rentgen tək görürmüş gözün, ey həkim.

Qəm-kədər içimdə ağırdı yüküm,

Qoymayın dərdimi içimdə çəkim.

Arzumdu, bağça salım, güllər əkim,

Qalsın bu həyatda izim ey həkim.

Ömrüm keşməkeşli keçdi beləcə,

Dərd-qəmilə üyüdür könlüm hər gecə.

Nəvə toylarını görəydim bircə,

Zeynəbəm, güləydi üzüm, ey həkim.

2010

***  

ƏCƏL ŞƏRBƏTİNİ İÇƏNDƏN SONRA

Sevməmişdən öyrən sevdiyin yarı,

Gec olacaq sevib-seçəndən sonra.

“Yüz dəfə ölçməmiş bir dəfə biçmə”,

Ölçmək olmayacaq biçəndən sonra…

Məbədə çevirib tikək qəbrini,

Ölənə nə xeyri, öpək qəbrini?

Heyif ki, bilirik ana qədrini,

Analar dünyadan köçəndən sonra.

Topla iradəni, bezmə dünyadan,

Qismətin çıxsa da qanlı qayadan.

Olubmu dünyaya bir də qayıdan,

Əcəl şərbətini içəndən sonra?

Canım çox oyunun oduna düşdü,

Qaçqınlıq bəxtimin adına düşdü.

Zeynəb də taleyin yadına düşdü,

Nədənsə, iş-işdən keçəndən sonra…

***  

BİLMƏDİM

 

“Kaşki”dən, “bəlkə”dən bir dağ ucaltdım,

Dərd içimi yedi vaxtsız qocaldım.

Güman yastığına baş qoyub yatdım,

Məchul sualları aça bilmədim.

Ağladım içimdə, güldüm içimdə,

Dünyada dərd varmı dərdim biçimdə.

Dərd-sərim, ah-aman, ömür köçümdə,

Tale yazısından qaça bilmədim.

Gözəl bağ bəslədim, barın dərmədim,

Zəhmət çəkdim, bəhrəsini görmədim.

Bağım soldu, ətir saça bilmədi,

Səadətin qapısın aça bilmədim.

Könlüm arzulara məzarlıq oldu,

Kam almayan könlüm saçını yoldu:

Yerlə-göy arası uzun bir yoldu,

Çox qanad çalsam da, uça bilmədim…

2023

***  

SEVGİ DOLU BİR ÜRƏYƏM

(sərbəst şeir)

Sevgi dolu bir ürəyəm,

Qoru məni, hər sənə gərəyəm.

Sənlə birgə doğulmuşam,

Saf sevgidən yoğrulmuşam,

Məni dərdlə çox yükləmə,

Sına bilərəm,

Soyuq, sərt baxışdan dona bilərəm,

Qəmin qəhrindən yana bilərəm.

Axı mən daş deyil ürəyəm,

Qoru məni hər an sənə gərəyəm.

Məni ürək kimi saxlamadın,

Ağrıdım, vecinə almadın.

Gözlərin də günahı çoxdu burda,

Dərdli insanı gördüsə harda,

Özü yandı, yaş tökə-tökə.

Ağrını ötürdü mənə, qəhərdə boğdu,

Uzun illərdi məni zərrələrə,

Böldün təsəlli üçün dərdlilərə payladın…

Mən dərd çəkə-çəkə şişdim, fəryad elədim,

Sən məni iynə, dərmanla susdurdun,

Mənsə payladığın o sevgidən istəyirdim.

Kimsə sevgisindən bir zərrə vermədi ki,

o boşluq dolsun…

Yaram sağalsın, mən çat-çat olmuşam,

Bir ovuc sevgi,

İlıq bir təbəssüm istəyirəm.

Mən ürəyəm, əzablı günləri sənlə yaşadı,

Dünəni bu günə birgə daşıdıq,

Bir düşün, dərdlə çox yükləmisən məni,

Yarı yolda qoya bilərəm səni.

Daş deyil, sevgi dolu bir ürəyəm,

Zeynəb, hər yerdə, hər zaman sənə gərəyəm.

Qoru məni, hər ağrı, acıdan

Səndən göz yaşı, dərd yox,

Bir ovuc sevgi, ilıq bir təbəssüm istəyirəm.

Çoxmu, çətinmi şey istədim!!!

***

 

 DALĞALAR MƏNƏ GÖZ VURDU

(Mənsur şeir)

Bu gecə yenə yuxuma gəldin… Elə bil illərin o tayından boylanıb mənə baxırdın. Gözlərində sözə çevrilməmiş bir həsrət, baxışlarında yarımçıq qalmış bir sevginin nisgili vardı. Sanki nəsə demək istəyirdin, amma susurdun…

Məni ilk görüşümüzün şahidi olan dənizin sahilinə çağırırdın. Mən də dərdimi çiyinlərimə alıb gəldim. Gəldim ki, səninlə danışım, ürəyimdə illərdir yığılıb qalan sözləri bir-bir dənizə söyləyim. Bəlkə dalğalar aparar o sözləri sənə, bəlkə bir gün ruhuna toxunar səsim…

Bilmirəm, səni məndən alan dənizlə barışa biləcəyəmmi? Axı sən o dənizi hamıdan, hər şeydən çox sevirdin. Bəlkə də elə dəniz də səni sevə-sevə aldı qoynuna…

Gözlərim səni axtarırdı. Elə bil bir an sonra dalğaların arasından çıxıb sahilə gələcək, mənə baxıb gülümsəyəcəkdin. Amma sən yox idin… Sənin yerinə dalğalar sahilə doğru qaçır, bir-birinə sarılır, öpüşür, sonra yenidən geri çəkilirdilər. Sanki mənə göz vurur, sənin əvəzinə salam göndərirdilər.

Xəyalım məni çox uzaqlara apardı. Xatirələr içimdə tufan qopardı. Dəniz bizi ayırdı, mən sənsiz qaldım, sən isə sevdiyin dənizin qoynunda əbədiyyətə qovuşdun.

O gündən sonra heç kimi sənin kimi sevə bilmədim. Sənin xatirələrinlə yaşadım, xatirələrinlə qocaldım. Hərdən elə bildim ki, qarşımda dayanıb mənimlə danışarsan. Səsini eşitdim, nəfəsini duydum, baxışlarını gözlərimdə hiss etdim.

Sanki mənə belə deyirdin:

– Özünə gəl, sil göz yaşlarını. Daha məni gözləmə. Dərd daşını götür, dənizə at. Axı mən yoxam, mən artıq bir xəyalam… Məni unut, məni ürəyindən çıxar, xatirələrindən sil. Bəlkə onda ruhum rahatlıq tapar. Bilirəm, söz mülkünün səni necə tanıtdığını, hər hissini misralara çevirdiyini… Amma məni daha ağrılı misralarla yaşatma. Mən sənin qəlbində bir yara olaraq qalmaq istəmirəm.

Bağışla məni, səni yaşın yox, mənsizlik, tənhalıq və dərd qocaltdı. Arzularımız indi sahilə çırpılan dalğalar kimi dağılıb yox oldu.

Bu gecə yenə sahildəyəm. Dəniz sakitdir. Ay işığı ləpələrin üzərində titrəyir. Dalğalar asta-asta sahilə yaxınlaşır. Hər dalğada sənin nəfəsini, hər ləpədə sənin baxışlarını axtarıram.

Birdən bir dalğa ayaqlarıma toxunub geri çəkildi… Diksindim. Elə bildim, sən idin. Bəlkə də dalğalar yenə mənə göz vurdu… Bəlkə də sən idin – dalğaların dilində mənə salam göndərən. Kim bilir, bəzi sevgilər əbədi olaraq bitmir… Sadəcə bir sahildə həsrətə çevrilir, o biri sahildə xatirəyə…

Və mən hələ də səni gözləyirəm, ey dənizin qoynunda əbədiyyətə qovuşan dənizgözlüm…

***

 

Paylaş:

Continue Reading

Previous: AZERBAYCAN’A 31. SEYAHATİM (2)

Related Stories

WhatsApp Image 2026-10-29 at 10_22_05 (2)
  • Azerbaycan

AZERBAYCAN’A 31. SEYAHATİM (2)

Dr. Şemsettin Küzeci 23 Kasım 2026
24eb8d11-02b0-41d4-b07c-1e0c6291b08b
  • Azerbaycan

DÜNYAYA İKİ SES HAKİM… ANNE NİNNİSİ… ÇOCUK MIŞILTISI…

Kerkük Gazetesi 19 Kasım 2026
82b662e8-33f5-433f-9d7c-0b7982572102
  • Azerbaycan

Azerbaycan’ın Ünlü Halk Sanatçısı Aybeniz Haşimova’nın Öğrencisi ABD’de2.lik Ödülünü kazandı

Kerkük Gazetesi 18 Kasım 2026

Güncel Haberler

Azerbaycan Kadın Şairlerinden: ZEYNƏB BƏHMƏNLİ ZEYNEP BEHMENLİ 1

Azerbaycan Kadın Şairlerinden: ZEYNƏB BƏHMƏNLİ

23 Kasım 2026
AZERBAYCAN’A 31. SEYAHATİM (2) WhatsApp Image 2026-10-29 at 10_22_05 (2) 2

AZERBAYCAN’A 31. SEYAHATİM (2)

23 Kasım 2026
Curf es-Sahr: El-Kaide ve IŞİD’in İşlediği Suçlardan Silah ve Petrol Krizine, Devlet Otoritesinin Sınandığı Bir Bölge ec2821b4-3894-4125-b70b-1cdd5db2f572 3

Curf es-Sahr: El-Kaide ve IŞİD’in İşlediği Suçlardan Silah ve Petrol Krizine, Devlet Otoritesinin Sınandığı Bir Bölge

22 Kasım 2026
Irak Türkleri, Antalya’da düzenlenen COP31 İklim Zirvesi’nde yerini aldı 915220780_3064245870612992_8186122449212354580_n 4

Irak Türkleri, Antalya’da düzenlenen COP31 İklim Zirvesi’nde yerini aldı

21 Kasım 2026
Irak Ordusu Çurful Sahıra girdi img_5672 5

Irak Ordusu Çurful Sahıra girdi

21 Kasım 2026

Editörden

8a680ac8-4ae7-4206-affa-f7b541cd7857
  • Azerbaycan
  • Editörden

Şemsettin Küzeci’nin Azerbaycan Kitaplarının imza günü

11 Ocak 2026
178386911_1925588547591950_2559509787806110237_n
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Haberler
  • Türkmeneli
  • Yazarlar

Irak Türkmen Cephesi 26 Yaşında

24 Nisan 2021
ALTUNKÖPRÜ ŞEHİTLERİ (1)
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Türkmeneli
  • Yazarlar

30. Yılında Kerkük’te Altunköprü Katliamı

28 Mart 2021

Videolar

eed5bfac-185e-4361-a144-ea9eb702ee9d
  • Azerbaycan
  • Basın
  • Haberler
  • Türk Dünyası
  • Türkmen Edebiyatı
  • Video
  • Videolar

Kerkük’ün Milli Yazarı Ata Terzibaşı’nın Hayatı Filim Oldu

26 Aralık 2024
demirel
  • Haberler
  • Türk Dünyası
  • Türkiye
  • Türkmeneli
  • Videolar

20 önce Süleyman Demirel Irak Türkmen Öğretmenlerini kabul etmişti

23 Aralık 2020
indir
  • Basın
  • Haberler
  • Türkmen Basını
  • Türkmeneli
  • Videolar

Kerkük Gazetesi’nin YouTube kanalı açıldı

16 Kasım 2020

Foto Galeri

DSCI8493
  • Basın
  • Foto Galeri
  • Haberler

Türkmeneli TV’nin eski Teknik Müdürü Sacit Baydar Vefat etti

17 Ekim 2020
M ZİYA1
  • Foto Galeri
  • Kitap
  • Kütüphane

Mustafa Ziya’nin Küçük Not Defterinden Şiirler kitabı çıktı

20 Ocak 2020
1828866_620x410
  • Foto Galeri

ABD’li komutandan Münbiç’e ziyaret!

8 Şubat 2018
Facebook
kerkuk_turkuleri
Youtube

AMACIMIZ

Irak’taki Türkmenlerin gerçek anlamda varlıklarını, birlik ve beraberliklerini sağlamak; gazete yoluyla da sıkıntılarını, kültürlerini ve varlıklarını dünyaya tanıtmak ve Türk dünyası arasında bir köprü oluşturmaktır.

Bizi Takip Edin

Facebook Twitter Youtube Instagram
Menu
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim

  • HABERLER
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Genel Tanıtım
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Copyright © All rights reserved. | MoreNews by AF themes.