Home Azerbaycan Qana bulaşmış əllərinizlə saf suyumuzu çirkləndirməyin!

Qana bulaşmış əllərinizlə saf suyumuzu çirkləndirməyin!

Qana bulaşmış əllərinizlə saf suyumuzu çirkləndirməyin!

Cənubi Qafqaz regionunda dağıdıcı rol oynayan, Azərbaycan torpaqlarını təxminən 30 il ərzində işğal altında saxlayan Ermənistan bu müddətdə ərazilərimizdə, sözün əsl mənasında, ağır cinayətlər törədib. Bu cinayətlərə mülki infrastrukturun məqsədyönlü şəkildə kütləvi miqyasda dağıdılması (urbisid), mədəni irsin dağıdılması, saxtalaşdırılması və talan edilməsi (kultursid), ətraf mühitə və bio müxtəlifliyə zərər vurulması (ekosid), mülki əhalimizə, girov və ya əsir götürülmüş vətəndaşlarımıza münasibətdə törədilən əməllər… daxildir. Rəsmi İrəvan postmüharibə dövründə oxşar hərəkətləri başqa formada davam etdirir. Necə deyərlər, forma dəyişsə də, məzmun dəyişməyib.

Ermənistan nəinki Azərbaycanın Naxçıvanla sərhədində transsərhəd ekoloji fəlakət törədir, həm də, bütövlükdə, onun dağ-mədən sənayesi Cənubi Qafqaz regionunda ekoloji sabitliyi ciddi şəkildə pozur. Məhz bu səbəbdən Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları baş nazir Nikol Paşinyana açıq məktub ünvanlayıblar. Məktubda baş nazirdən beynəlxalq standart və prinsipləri nəzərə alaraq Ermənistanın bütün dağ-mədən sənayesi obyektlərinin qapılarını ekologiya və səhiyyə sahəsində ixtisaslaşmış ekspertləri, Azərbaycanın bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyətləri təşkilatları üçün açmaq, yerində müəssisələrə baxış keçirilməsinə, qiymətləndirmə və monitorinq aparılmasına, müvafiq nümunələr götürülməsinə, ölçmə işləri edilməsinə tam şərait yaratması tələb edilib.

Açıq məktubun müəllifi olan “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, burada məqsəd Ermənistanda dağ-mədən sənayesində aparılan işlərdə ətraf mühitə ciddi ziyan vurulması hallarına diqqəti yönəltməkdir. Bu ölkədə aparılan dağ-mədən sənayesi işləri heç bir hesabatlılığa malik deyil və şəffaflıq gözlənilmir: “Qeyri-şəffaf şəkildə işlər aparılır və eyni zamanda, ekologiya ilə bağlı bütün beynəlxalq norma və standartlar pozulur. Bu da Cənubi Qafqaz bölgəsi əhalisinin hüquqlarının pozulması deməkdir. Dağ-mədən sənayesi işləri həm Cənubi Qafqaz dağlarına təsir göstərir, aşınmaya səbəb olur, həm də buradan keçən çayları çirkləndirir. Belə ki, dağ-mədən sənayesində işlər nəticəsində kombinatlardan atılan ağır metal tullantılar çayları zəhərləyir. Bunlar transsərhəd kontekstə malik çaylardır. Eyni zamanda, Ermənistanın dağ-mədən sənayesi Xəzər dənizi hövzəsi üçün də ciddi təhlükə törədir. Naxçıvan Muxtar Respublikası ərazisindən axan Arpaçay, eləcə də Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Beləliklə, bu, təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur”.

Pərvanə Vəliyeva qeyd edib ki, sadalanan faktlar hələ törədilmiş ekoloji fəlakətlərin görünən hissəsidir, ictimaiyyətdən gizlədilən faktlar daha çoxdur: “Təsadüfi deyil ki, bir müddət öncə Ermənistanda fəaliyyət göstərən 60-dan çox vətəndaş cəmiyyəti təşkilatı Paşinyana müraciət ünvanlayaraq xəbərdarlıq ediblər ki, Amuldağ (Amulsar) mədəninin işi ətraf mühitə böyük ziyan vuracaq və buna görə də Ermənistan hakimiyyəti onun fəaliyyətini bərpa etmək qərarını ləğv etməli, prokurorluq isə mədənin ətraf mühitə təsiri ilə bağlı ekspertizanın nəticələrini yoxlamalıdır. Lakin Ermənistan hökuməti regionun şirin su ehtiyatına təsir göstərə biləcək dağ-mədən sənayesinin təşkilində qonşu kəndlərdə yaşayan gürcü, azərbaycanlı və o cümlədən ermənilərin bu günədək rəylərini, fikirlərini nəzərə almayıb və onları ətraf mühitin qiymətləndirilməsi prosesinə cəlb etməyib”.

Əlbəttə, hələlik Ermənistan baş nazirinin Azərbaycan QHT-lərinin bu açıq məktubuna necə reaksiya verəcəyi məlum deyil. Amma müraciətin özü ən azı beynəlxalq ictimaiyyətin diqqətini Hayastanın dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ciddi ekoloji fəlakət yaratmasına çəkmək baxımından mühüm əhəmiyyət daşıyır. Bəyanatın ruhundan hiss olunur ki, Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları da hayların çoxdan qana bulaşmış əllərini içməli su mənbələrindən çəkmələrini tələb edirlər. Və bu tələb elə saf suyun özü qədər təbiidir.

Səxavət Həmid

Xalq Qəzetindən 

RELATED ARTICLES

Petrol haftalık kazançlara doğru ilerliyor

Petrol fiyatları, Rusya Devlet Başkanı Vladimir Putin'in Ukrayna savaşının küresel bir çatışmaya dönüşebileceği yönündeki uyarısının ardından yoğunlaşmasıyla, Cuma günü kazanımlarını pekiştirdi ve haftalık %4'ten...

ITC Kerkük İl Başkanlığı’ndan basın açıklaması

ITC Kerkük İl Başkanlığı Kerkük Polis Komutanlığı'ndan yaşanan son gelişmeler hakkında basın açıklamasında bulundu. Yayınlanan basın açıklamasında şu ifadelere yer verildi: Kerkük İl Emniyet Müdürlüğü, mevcut...

Türkiye’den Kerkük’teki nüfus hareketliliğine ilişkin açıklama

Türkiye Dışişleri Bakanlığı Sözcüsü Öncü Keçeli, Irak'taki nüfus sayımı bağlamında Kerkük'e yönelik gerçekleşen nüfus hareketliliğine ilişkin, "Söz konusu nüfus sayımında etnik kökene dair veri...

Most Popular

Petrol haftalık kazançlara doğru ilerliyor

Petrol fiyatları, Rusya Devlet Başkanı Vladimir Putin'in Ukrayna savaşının küresel bir çatışmaya dönüşebileceği yönündeki uyarısının ardından yoğunlaşmasıyla, Cuma günü kazanımlarını pekiştirdi ve haftalık %4'ten...

ITC Kerkük İl Başkanlığı’ndan basın açıklaması

ITC Kerkük İl Başkanlığı Kerkük Polis Komutanlığı'ndan yaşanan son gelişmeler hakkında basın açıklamasında bulundu. Yayınlanan basın açıklamasında şu ifadelere yer verildi: Kerkük İl Emniyet Müdürlüğü, mevcut...

Türkiye’den Kerkük’teki nüfus hareketliliğine ilişkin açıklama

Türkiye Dışişleri Bakanlığı Sözcüsü Öncü Keçeli, Irak'taki nüfus sayımı bağlamında Kerkük'e yönelik gerçekleşen nüfus hareketliliğine ilişkin, "Söz konusu nüfus sayımında etnik kökene dair veri...

Azerbaycan’ın Halk Şairi Zalimxan Yakub’dan “Halin Necedi Kerkük” şiiri

Halin Necedi Kerkük  Zalimxan Yakub-Azerbaycan Atılanlar, atılmış, satılanlar satılmış, Ağı zeher katılmış, balın necedi Kerkük El verdin el kestiler, yeridin yol kestiler Danıştın dil kestiler, lalın necedi Kerkük Yamaç yandı,...

Recent Comments