Özbəkistanın nüfuzlu “Kitab dunyası” qəzetinin baş redaktoru, tanınmış şairə Xasiyyət Rüstəmin KANAL 5-ə eksklüziv müsahibəsi.
– Bu gün Azərbaycanla Özbəkistan jurnalistələrinin əməkdaşlığı hansı səviyyədədir?
Kanal 5. az/ Məncə, indi daha yaxşıdır! Yoxsa əvvəllər daha yaxşı idi, bilmirəm! Deyirlər ki, nəyi düşünsünüz onu görəcəksiniz. Bu o deməkdir ki, ağlınızdakı düşüncə beyninizdə əks-səda verecek. İndi Azərbaycandakı bir çox jurnalist dostlarımın işlərindən az-çox xəbərdaram. Uzaqda deyil, bunu Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun və mətbuat xidmətinin rəhbəri Qulu Kəngərlinin işlərində aydın görmək olar!– Siz özünüz jurnalist olaraq Azərbaycan mediası ilə necə əməkdaşlıq edirsiz?
– Azərbaycan jurnalistləri ilə, yəni yoldaşlarımızla faydalı əməkdaşlıq qurmuşuq. Xüsusilə, yoldaşlarımız qəzetimiz “Kitab dünyası”na böyük maraq və sevgi ilə baxırlar. Qəzetin bu gün dünya ədəbiyyatının diqqət mərkəzlərindən birinə çevrildiyini söyləmək mübaliğə deyil. Azərbaycanla dostluğumuzu mətbuata daxil edərkən, əminliklə deyə bilərəm ki, yüksək səviyyədədir!
– Azərbaycan haqqında lazımı məlumatları Özbəkistanda dərc etdirə bilirsizmi?
– Əlbəttə! İnşallah!
– Ümumiyyətlə, rəhbəri olduğunuz “Kitab dünyası” qəzetində Azərbaycan reallıqlarına nə dərəcədə yer verilir?
– Azərbaycan reallıqları haqqında qəzetimizdə böyük səhifələrdə yazılar verilir.
– Dost, qardaş ölkə olaraq hər iki xalq ortaq milli, mədəni dəyərlərə sahibdirlər. Bu baxımdan təbliğati media layihələri etmək nə dərəcədə mümkündür?
– Yalnız birləşmək, fikir daha da yaxınlaşmak gərək! İki xalq arasında qəzet və jurnallar arasında əməkdaşlıq qurmaq lazımdır. Bir-birinin iş prosesləri ilə tanış olmaq lazımdır. Məsələn, Azərbaycandan olan jurnalist dostlarımız Özbəkistana gəlsin və onların iş prosesləri ilə tanış olaq! Hər halda, xeyirxahlıq – gözdədir! Öz gözlərimiz ilə görmək başqadır!
– Biz sizi həm də bir şairə kimi tanıyırıq. Azərbaycana həsr olunun hansı əsərləriniz var?
– Şairlər Elçin İskəndərzadə, Əkbər Qoşalı və Rəsmiyyə Sabir mənim ilk “Qorxu” kitabımın Azərbaycanda çap olunmasında böyük xidmətləri var. Türkiyədə nəşr olunan “Sabahsız Günlər” kitabımdan Azərbaycan dilinə tərcümə etdilər. Əlbətdə, yaradılışınızın dildən başqa bir dildə çevrilməsi, sözün əsl mənasında yeni bir əsərin doğulmasına bərabərdir. Əlbəttə ki, Azərbaycanda nəşr olunan ilk kitabım həyatımın ən yaxşı anları ilə unudulmayacaqdır! Bu kitabın yaranmasında xidmətləri olan bütün dostlarıma bir daha təşəkkür edirəm. Yenə də başqa ölkələr və dillərlə iş birliyimdən danışanda həmişə tərcümənin tərcüməçiyə aid olduğunu düşünürəm, tərcümənin çətinliyini hiss edirəm! Nə qədər (şıltaq) olsam da, tərcüməçilərlə bacardığım qədər işləməyi, işlərinə hörmətlə yanaşmağı qarşıma qoydum! İndi başqa ölkələrdə başqa dillərdə yayımlanan kitablarım, bu sözlə, bu həyatda ən güclü dayaqlarımdır.